Shopify SEO Xidməti. Shopify Mağazanızın SEO-nu Yüksəldin və Axtarış Motorlarında Üst Pillələrdə Tapılın

Share this post

Elektron Ticarətinizi Dərəcələndirin və Daha Geniş Bir Auditoriyaya Çatın

Günümüzdəki doymuş rəqəmsal bazarda rəqabətdə qalmaq çox vacibdir. İcazə verin, məhsullarınızı və xidmətlərinizi dünya miqyasında birdən çox kanalda satışa çıxarmağınıza kömək edək. NM Digital Team-in xüsusi Shopify SEO xidmətləri ilə qloballaşın markanızın düşüncə liderliyini qurun.

Shopify ilə Özünüzə Uyğun Onlayn Mağazanızı Yaradın

E-ticarət, biznes ssenarisini əhəmiyyətli dərəcədə dəyişdirdi. Bu gün Shopify dünya miqyasında bir milyondan çox biznesə güc verir. Beləliklə bu, e-ticarət marketinqinin çoxları arasında yalnız bir strategiya olmadığını sübut edir – e-ticarət qlobal bir biznes zərurətidir.

Shopify, dünya bazarını yenidən müəyyənləşdirməyə davam edən aparıcı e-ticarət həlləri və yeniliklərindən sayılır. Yalnız son altı ayda Shopify 46,45 milyondan çox ziyarət olunub və ondan əvvəlki ildə təxminən 218 milyon sifariş alıb.

Hər şey daxil olan bu e-ticarət platformasının hazırda 2 milyondan çox aktiv istifadəçisi var ki, bu da qlobal iqtisadi fəaliyyətə 183 milyard dollardan çox gəlir gətirir. Ümumilikdə Shopify, e-ticarət bazarının 31% -inə sahibdir.

Şübhəsiz ki, Shopify, onlayn mağazasını qurmaq istəyən markalar üçün əla bir platformadır. Elektron ticarət biznesiniz üçün hələ də Shopify istifadə etmirsinizsə, onlayn marketinq səylərinizi yenidən nəzərdən keçirməyinizin indi əsl vaxtıdır.

Shopify Marketinqi Vasitəsi ilə E-ticarət Biznesinizi Böyüdün

Shopify günümüzün ən etibarlı, tam olaraq özündə hər şeyi barındıran e-ticarət platformalarından biridir. Beləliklə Shopify, bizneslərə e-ticarət vasitəsilə onlayn satış etməkdə, eləcə də inteqrasiya olunmuş POS (Satış Nöqtəsi) sistemləri vasitəsilə oflayn satış etməkdə kömək edir. Shopify marketinqi vasitəsilə müştəri etibarını qazanın və e-ticarət satışlarınızı artırın.

Markanızın Rəqabət Gücünü Artırın

Shopify bir e-ticarətdən daha çoxunu təklif edir. İndiki vaxtda bir çox təşəbbüskar daha geniş bir auditoriyaya müxtəlif çözümlər satmaq üçün Shopify-dan istifadə edir. Bunlara daxildir:

  • Xidmət randevuları
  • Konsultasiyalar
  • Rəqəmsal məhsullar (yəni elektron kitablar, marketinq təlimatları və s.)
  • Üzvlüklər
  • Digital hədiyyə kartları
  • Onlayn dərslər və seminarlar

 

Daha Cəlbedici və Şəxsi Marka Təcrübələri Yaradın

Shopify güclü bir e-ticarət platformasıdır. Satışın üstündə və ötəsində dəyər yaradan marka topluluqları yaradır. Shopify, marka sədaqətini artırır və çoxsaylı e-ticarət satıcıları üçün ildən ilə artım təmin edir. Dünyada Shopify-ın səhmlərinin yaxın illərdə 60% artacağı gözlənilir.

Müştərilərlə qalıcı bir münasibət qurun və marka təcrübənizə dəyər qatın. Shopify ilə aşağıdakı üstünlükləri qazanırsınız:

  • Tam bulud əsaslı e-ticarət platforması
  • Dünyada 100-dən çox ödəmə sistemini dəstəkləyən inteqrasiya olunmuş ödəmə xidmətləri
  • 100-dən çox mağaza teması
  • Dəyişdirilə bilən və xüsusiyyət baxımından zəngin bir platforma
  • 7/24 müştəri dəstəyi
  • Sağlam data analitikası və hesabatı
  • Təhlükəsiz onlayn biznes əməliyyatları
  • Maliyyələşmə imkanı
  • Daxili applikasiya dəstəyi xüsusiyyətləri
  • Müştərilərə baxan daha yaxşı proqram
  • Tərk edilən Shopify səbətinin (kartının) bərpası
  • Asan arxa idarəetmə

 

Shopify mağazanızı yaratmaq, bir hesab yaratmaq və vitrin dizaynınızı xüsusiləşdirmək qədər asan ola bilər. Shopify mağazası üçün NM Digital Team’in SEO xidməti ilə onlayn mağazanızı qısa müddətdə işə salın!

 

Başlamağa hazırsınız?

Bu gün Shopify SEO mütəxəssislərimizlə danışmağı planlaşdırın.

GƏLİN DANIŞAQ 

Shopify üçün SEO

Shopify-da SEO-nu təkmilləşdirin və sərhədlər xaricində öz biznesinizi başladın

Müştəriləri cəlb etmək və saxlamaq üçün estetik bir veb dizayndan daha çox şey lazımdır. Bir marketoloq olaraq, ümumi satışlarınızı yaxşılaşdırmaq və bu sərfəli satış platformasından istifadə etmək üçün güclü bir Shopify SEO strategiyasına ehtiyacınız var. Shopify SEO mütəxəssislərimizin köməyi ilə güclü bir veb varlıq yaradın və axtarış nəticələrində yüksək yer tutun.

NM Digital Team İnternet Marketinq sertifikatlı bir Shopify tərəfdaşıdır. Shopify-da SEO-nu yaxşılaşdırmaq üçün bizneslərə kömək etmək məqsədilə hamısı bir arada bir həll təqdim edirik. Gəlin strukturlaşdırılmış bir onlayn mağaza yaratmağınıza, axtarış və mobil üçün optimallaşdırmanıza və saytınızın təhlükəsizliyini yaxşılaşdırmağa kömək edək.

Bizimlə tərəfdaş olun və Shopify mağazası üçün nəticələrə əsaslanan SEO əldə edin.

 

Shopify SEO xidmətləri

  • Markanızı Sektorun Düşüncə Lideri edin
  • Shopify Veb səhifə SEO Auditi

Biz sizin e-ticarət saytınızın performansını, istifadəsini və təhlükəsizliyini təyin etmək üçün araşdırmalar aparırıq. Shopify SEO mütəxəssislərimiz onlayn mağazanızda şirkətinizin adı, ünvanı və telefon nömrəsi (NAP) olmasını təmin edir. Eyni zamanda biz digər sayt elementləri arasında geri linklərinizin (baclkink) keyfiyyətini, mövcud onlayn nüfuzunuzu və məhsul təsvirlərini də qiymətləndiririk.

 

Açar söz araşdırması və strategiyası

Shopify SEO mütəxəssislərimiz hədəf bazarınızı müəyyənləşdirir, yüksək performanslı açar sözləri müəyyənləşdirir, klaster mövzularına axtarış sözlərini orqanizasiya edir və SEO-optimallaşdırılmış kontent yaradır. Bu yolla biz satınalma etməyə hazır olan müştərilərdən uyğun ibarət lidlər (potensial müştərilər) və trafik yaratmağınıza kömək edirik.

 

Link Qurma

Shopify mağazaları üçün SEO ilə onlayn mağazanızda davamlı bir trafik və satış axını yaradın. NM Digital Team olaraq biz, linkqurma üçün kontent marketinq, onlayn araşdırma menecmenti və sosial media marketinqindən (link qoyariq smm ucun) istifadə edirik. Bu təcrübələr keyfiyyətli geri linklər (backlink) əldə etməyimizə, marka bilinirliyi yaratmamıza və biznes əlaqələrini inkişaf etdirməyimizə kömək edir.

Səhifədaxili və Səhifəxarici Optimizasiya

SEO mütəxəssislərimiz onlayn mağazanızın hər yönünün tamamilə optimallaşdırılmasını təmin edir. Shopify üçün SEO-ya 360 dərəcə yanaşırıq. Kontent optimizasiyasından link qurma strategiyanıza və sosial media interaksiyanıza qədər sizi əhatə etmişik.

 

Texniki SEO

Shopify üçün SEO ilə saytınızın axtarış görünürlüyünü və onlayn sıralamanızı yaxşılaşdırın. Shopify SEO mütəxəssislərimiz Google’un ən yaxşı təcrübələrinə riayət edirlər. Sayt auditi aparırıq, sayt sürətinizi optimallaşdırırıq, tarama səhvlərini düzəldirik və problemləri yenidən yönləndiririk. Kanonik etiketlər yerləşdiririk və saytınıza Google Analytics quraşdırırıq.

 

Kontent Yazısı (Kontent Marketinq Xidmətimiz haqqında ətraflı öyrən)

Keyfiyyətli kontent dərc edin və saytınıza daha çox müştəri cəlb edin. SEO kopirayterlərimiz, hədəf müştərilərinizin xəyal gücünə xitab edən məzmun yaradır. Cəlbedici məhsul təsvirləri və bloq yazıları yazırıq və bütün bunları sosial təsdiq üçün istifadə edirik. Eyni zamanda məhsul səhifələriniz üçün ən yaxşı formatı müəyyən etmək məqsədilə A / B split testləri aparırıq.

 

Shopify Klikləmə Başına Ödəmə (PPC) Reklamı

Shopify PPC reklamı ilə konversiya faizlərinizi çoxaldın artırın və gəlirinizi artırın. NM Digital Team, ödənişli axtarışın Shopify-da SEO-nu necə artıracağını anlamağınız üçün pulsuz, heç bir öhdəlik olmayan PPC konsultasiyası təklif edir. PPC xidmətlərimizə hesab yaratma, məhsul lentinin (fid) qurulması, açar söz araşdırması, kampaniya optimallaşdırması və aylıq hesabat daxildir.

 

Shopify Veb Dizayn

Markanıza uyğun olaraq əlverişli Shopify tema inkişaf xidmətləri təklif edirik. Shopify SEO mütəxəssislərimiz vizual hyerarxiyasını birləşdirir, sayt naviqasiyanızı sadələşdirir, müvafiq məhsul filtrləri yerləşdirir və axtarış üçün onlayn mağazanızı optimallaşdırır.

Fərdi müştəri təcrübəsi yaşatmaq üçün sayt baxımını və dəstəyini, eləcə də Shopify tətbiqetmə inteqrasiyasını təmin edirik.

 

Konversiya Faizi / Optimizasiya

NM Digital Team’in CRO xidmətləri ilə daha çox sayt ziyarətçilərini müştərilərə çevirin. NM Digital Team-də, daha yüksək investisiya gəliri (ROI) yaratmaq üçün sayt elementlərinizi optimallaşdırırıq. Bunlara ana səhifəniz, karusel şəkilləriniz, hərəkətə çağırış (CTA) düymələri, məhsul detalları səhifələriniz, daxili linklər, alış-veriş səbətləri və ödəmə düymələri daxildir.

Reputasiya Menecmenti / İnteqrasiyalar

İstehlakçıların təqribən yüzdə 70-i satınalma etməzdən əvvəl onlayn rəyləri oxuyur. Onlayn reputasiyanın idarə olunması və cavab təhlili xidmətləri ilə müsbət bir marka imici yaradın və sosial təsdiqin üstünlüyündən yararlanın. Shopify mağazalarına müştərilərin marka interaksiyasını izləməyə və istehlakçıların etibarını qazanmağa kömək etmək üçün hamısı bir arada reputasiya menecment proqramı təklif edirik.

 

Shopify-da SEO-nu Təkmilləşdirin

Shopify SEO Mütəxəssisləri ilə Tərəfdaş olun və Markanızın Etibarlılığını Artırın

NM Digital Team İnternet Marketinq Agentliyi, ABŞ-da mükafat qazanan bir digital marketinq agentliyidir. Hər növ və hər ölçülü müəssisələrə məlumat mərkəzli SEO həlləri təqdim edirik. Onlayn marketinq xidmətlərimiz Shopify-da SEO-nu yaxşılaşdırmaq üçün hazırlanmışdır.

NM Digital Team-dən nələr gözləyə bilərsiniz:

  • Shopify marketinq mütəxəssisi
  • Nəticələrə əsaslanan Shopify SEO strategiyası
  • İnteqrasiya olunmuş onlayn marketinq həlləri
  • Şəffaf kampaniya monitorinqi
  • Xüsusi layihə menecerləri
  • Aylıq hesabatlar

 

Shopify mağazası üçün NM Digital Team-in xüsusi SEO-sı ilə e-ticarət saytınızı qaldırını və konversiya sürətinizi artırın. Hədəf trafikinizi, potensialınızı və satışınızı ələ keçirmək üçün məlumatlara əsaslanan optimallaşdırma strategiyalarını tətbiq edirik. İndi bizə zəng edin və sizin Shopify SEO kampaniyanıza başlayaq.

 

Qlobal Bazarda Biznesinizi Başladın

Shopify Mağazanız üçün SEO ilə Hədəf Müştərilərinizlə daha dərin bir əlaqə qurun

BU GÜN SHOPIFY SƏYAHƏTİNİZƏ BAŞLAYIN

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.