Dropshipping Nədir? Dropshipping Necə İşləyir? Dropshipping ilə İnternetdən Pul Qazanmaq

Share this post

Dostlar, bildiyiniz kimi, Dropshipping biznes modeli son vaxtlar geniş yayılmışdır. Və bu yolla pul qazanmaq cazibədar görünür. Asan və bir o qədər də ucuz olan bu biznes modelini davam etdirə bilərik. Bu çox vacibdir dostlar – Biz sıfır xərclə yox, az xərclə davam edə bilərik. 

Bu yazıda biz dropshipping haqqında geniş danışacağıq.

İlk öncə Dropshipping nədir sualına cavab verək;

Dropshipping (stoksuz e-ticarət) stokunuz olmadan, məhsulu karqolamadan, maliyyətiniz aşağı olsa belə, başqa saytlardan öz saytınıza istənilən məhsulu əlavə edib sataraq bu yolla pul qazanacağınız biznes modelidir.

Bəs Dropshipping necə işləyir?

Siz təchizatçınızın saytından istənilən məhsulu alıb öz mağazanızda və ya istənilən onlayn platformada (Amazon, Ebay, Etsy, Walmart, Shopify və s.) siyahıya salırsınız(yükləyirsiniz), əgər tədarükçü misalçün 2-yə satırsa, siz 6-ya satırsınız. Belə ki, müştəri saytınıza gələndə sifariş edir, ödəyir və siz müştərinizin məlumatlarını birbaşa tədarükçünüzə ötürür, pulunu ödəyir və məhsula toxunmadan məhsulu müştərinizə göndərirsiniz. Qazancınız 2-yə alınıb, 6-ya satılır! Beləliklə, istənilən qiyməti təyin edə bilərsiniz. Məsələn: 4, 5 və ya 7-yə sata bilərsiniz!

Dropshipping biznes modelini istənilən yerdə edə bilərsiniz. Bu biznes modelini öz onlayn mağazanızda (Shopify və ya öz xüsusi WordPress saytınızda), eBay, Amazon, Etsy və ya başqa yerdə davam etdirə bilərsiniz.

 

(Dropshipping-i sıfırdan öyrənmək istəyirsiniz? – Bəli? Onda KURSUMUZA İNDİ QEYDİYYAT OLUN!!!)

Bir sözlə, dropshipping ilə məhsulu görmədən, qablaşdırmadan və karqolamadan pul qazana bilərsiniz. Bunun üçün yalnız kompüter, internet, təchizatçı və məhsulları siyahıya alıb (yükləyib) satacağınız platforma kifayət edir.

Dropshipping üçün mağaza lazımdır?

Bəli, sizin onlayn mağazanız olmalıdır. Bildiyiniz kimi, insanların çoxu Dropshipping-i Shopify kimi tanıyır və ya Shopify deyəndə dərhal insanların yadına Dropshipping gəlir. Lakin bu belə deyil. Bəli, insanların çoxu Dropshipping üçün Shopify-dan istifadə edir, amma siz Shopify-da öz məhsullarınızı da sata bilərsiniz.

Ümumiyyətlə, daha az xərclə, məsələn WordPress, Woocommerce, Magento, Bigcommerce və s. kimi platformalardan istifadə etməklə öz saytınızı qurmağınızı və onu idarə etməyinizi tövsiyə edirik. Beləcə həm mağazanızı aşağı xərclərlə idarə edirsiniz, həm də çoxlu plaginlərdən əlavələrdən və s. istifadə edirsiniz.

İndi isə biz ucuz məhsul tapıb üzərinə bir az pul əlavə edib satmalı olacağıq. Bunun üçün AliExpress məhsulların bizim üçün ucuz və uyğun olmasında ön sıralarda görünür. Xüsusilə Shopify + Oberlo istifadə edirsinizsə, işi daha sürətli və daha avtomatlaşdırılmış şəkildə görə bilərsiniz. WordPress üçün də avtomatik məhsul yükləyəcəyiniz plaginlər var.

Amma, mənfi cəhətləri odur ki, Shopify-a ayda 29 dollar ödəməli olacaqsınız və çatdırılma müddətinin çox uzun olması müştəri üçün problem kimi görünür. Bilirsiniz ki, müştəri gözləmək istəmir. Təbii ki, bir az da baha satacağımız üçün çatdırılma müddətini də uzun dediyimizdə işimiz daha da çətinləşir, və üstəlik reklam xərclərini də əlavə etsək, ortaya yüksək rəqəmlər çıxa bilər. (Facebook, Google Ads, Yandex.Direct və s.).

Buna görə də öz saytınızda Dropshipping çox baha başa gələ bilər. Ama yenə də öz saytı ilə uğur qazanan insanlar çoxdur. Hər şey sizdən asılıdır. Bunun üçün ilk mərhələdə hazır müştəriləri olan platformalarda (Amazon, Ebay və.s) satmağınızı məsləhət görürük.

Məqalənin əvvəlində aşağı xərclərdən danışmışdıq, lakin bunlar Amazon, Ebay və Etsy və s. kimi saytlara şamil edilir Çünki burada ən vacib məqam müştəri bazasıdır və bu saytlar bizə öz zəngin trafikini təklif edir.

 

Dropshipping’i necə öyrənə bilərəm? Tipslər

Dropshipping kursu almaq istəyirsinizsə, buraya klikləyərək “Kurslarımız” səhifəsindən məzmuna daxil ola bilərsiniz!

Dropshipping edərkən diqqət etməniz gərəkən nüanslar:

  • Öz saytınız və Amazon kimi platformalarda satış etmə fərqliliklərini bu yazıda nəzərdən keçirə bilərsiniz (Amazon və eBay-da Dropshipping).
  • Çin vasitəsilə Dropshipping-dən əlavə lokal və sürətli Dropshipping yolları da var. İngiltərədən Dropshipping, ABŞ içində Dropshipping Kanadadan ABŞ-a və ABŞ-dan Kanadaya Dropshipping, Amazon’dan eBay’a, eBay’dan Amazon’a, Amazon’dan Amazon’a və s. bu şəkildə də, lokal yollarla Dropshipping edə bilərsiniz. Bu da sizin üçün müsbət olacaq, çünki belə olduqda həm karqo vaxtı az olur , həm də bunu yerli və sürətli yollarla etmiş olursunuz.
  • Harada Dropshipping etsəniz, Dropshipping etdiyinizi həmişə tədarükçünüzə bildirin.
  • Amazon-da Dropshipping üçün qaydalar var. Bu qaydalara öz saytlarından daxil olub baxa bilərsiniz.
  • Dostlar, Amazon Dropshipping-i qadağan etmir, sadəcə məhsullarınızı anbarda saxlaya biləcək bir tədarükçünüzün olmasını istəyir. Bu məsələni də tədarükçümüzlə həll edə bilərik.
  • Bundan əlavə, məhsulu satın aldığınız zaman tədarükçüdən məhsulunuza faktura qoymamasını xahiş edin. Həqiqi qiymət də bilinməməlidir. Çünki Dropshipping edirsiniz. Amazon stok faturası istəsə, tədarükçünüzdən istəyin. Adətən məhsullarınızı Amazon-da siyahıya almadan öncə stok fakturanızı tədarükçüdən təchiz etmənin tərəfdarıyıq. Stok fakturası Amazon’la sizin aranızda olacaq, ancaq normal məhsul fakturasının isə tədarükçünüzə məhsulu müştəriyə karqoladığı zaman içərisinə qoymamasını deməlisiniz. Və ya məhsulun həqiqi qiymətini məhsul paketinə əlavə etməməsini bildirməlisiniz. Bunu unutmamalısınız!

Nümunə olaraq Doba, Inventory Source kimi saytlarda sürətli və lokal yollarla dropshipping edə bilər və avtomatik olaraq məhsulunuzu istədiyiniz platformalara əlavə edə bilərsiniz!

Bəli dostlar Dropshipping’in mənfi və müsbət tərəflərindən danışdıq. Bir sözlə, Dropshipping düzgün tətbiq edildiyi müddətcə yaxşı və pul qazandıran bir biznes modelidir. Düzgün tətbiq etsəniz, inanılmaz satışlar əldə edə bilərsiniz.

Bu yazını oxuduğunuz üçün təşəkkür edirik!

Dropshipping və E-ticarət Təlimi almaq üçün İNDİ KLİKLƏYİN!!!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.