Amazon FBA Nədir? Amazon FBA Biznesi Necə İşləyir? Amazon FBA ilə İnternetdən Pul Qazanmaq

Share this post

Amazon FBA (Fulfilled By Amazon), özünüz istehsal etdiyiniz və ya hər hansı istehsalçı-təchizatçıdan hazırladığınız məhsulları Amazon anbarlarına göndərməyə imkan verən və bu məhsulların qiymətini və təsvirini siyahıya alıb əlavə etdikdən sonra satılan hər bir məhsulun Amazon tərəfindən müştərilərinizə göndərilməsinə imkan verən biznes modelidir. Amazon FBA ilə məşğul olduqda Amazon hər şeyi öz üzərinə götürür. (qablaşdırma, karqolama, müştəri xidməti və s.) Sizin görəcəyiniz iş məhsullarınızı Amazon anbarlarına göndərmək və onları Amazonda yəni veb-saytda siyahıya salmaqdır!

Ümumiyyətlə, bu biznes modelində Amazon FBA satıcılarının əksəriyyəti öz məhsullarını Çində istehsal etdirirABŞ-dakı Amazon anbarlarına karqoladırlar. Yəni, diqqət edəcəyimiz tərəf Çin-Alibaba.com saytı olacaq. Əslində, məhsulumuzu istənilən yerdən istehsal edə bilərik, lakin hələlik ən uyğun olanı şübhəsiz ki, Çin tədarükçüləri olacaq. Həm dəyərinə görə, həm də Çin tədarükçüləri bu işin necə aparıldığını çox yaxşı bilirlər və biz artıq bilirik ki, çinlilər məhsuldardırlar. (Amazon FBA Kursu üçün KLİKLƏYİN!)

Təbii ki, yalnız Çindən asılı olmaq lazım deyil. Əgər Türkiyədə və ya dünyanın hər hansı bir yerində yaxşı təchizatçınız varsa, məhsulunuzu onlardan hazırlatdıra bilərsiniz.

Məhsulunuzu hazırlatdıra bilərsiniz dedikdə, məhsulunuza loqo əlavə etmək, onu bir az fərqli şəkildə dizayn etmək, yəni fərq yaratmaq nəzərdə tutulur. Bilirsiniz ki, biz Amazonda məhsul axtarırıq və bəzi tətbiqlər və ya təbii yollarla məhsulu tapa bilirik. Yəni hansı məhsulun satışı daha yaxşı olar və ya hansı məhsul daha çox gəlir gətirər və s. bunun kimi şeylər. İndi deyək ki, siz loqosuz bir məhsul tapdınız və eyni məhsulu Amazonda satışa çıxarıb heç bir dəyişiklik etmədən, loqosuz satsanız, digər satıcıdan nə ilə fərqlənəcəksiniz? Yəni, müştərilər üçün yeni bir şey təklif edəcəksiniz? Təbii ki, yox.

Bu səbəbdən məhsulun üzərinə öz loqotipinizi çap edərək və təchizatçınızla danışaraq yeniliklər əlavə edə bilərsiniz. Təbii ki, loqonun maliyyəti 1 məhsul üçün $0,05-0,10 və s. kimi ödənişlər etməniz olacaq. Amma unutmayaq ki, bu uzun bir yoldur və zarafat deyil, biz Çindən ABŞ-a məhsul göndəririk. Bunun üçün hər tədbir alınmalı, müştərilərimizin önünə gözəl bir məhsul çıxarılmalı və ən önəmlisi də digər satıcılardan fərqimiz olmalı, yəni o fərqi yaratmalıyıq.

Əslində, məhsulumuzu Çindən ABŞ-a göndərmək çox sadədir, 2-7 gün ərzində Amazon-da satışa təqdim olunur. Belə düşünəndə, sadədir, lakin bu işin ən vacib tərəfi düzgün məhsulu tapmaqdır. Və bu da ən kritik tərəfdir. Əksər dostlar risk almaqdan qorxurlar – birdən satılmasa necə olacaq? Demək olarki, Amazonda satılmayan məhsul yoxdur, lakin satılan məhsulların sayı, gəliri və zamanı fərqlilik göstərə bilər.

Eyni gün içində satılan məhsullar da var, 1 həftədə satılanlar da var. Bəzən 1 ay anbarda qalıb satılmayan məhsullar da var. Bizim macəramız e-ticarət nəhənglərindən biri olan Amazon-da düzgün məhsul seçməklə başlayır və gözəl taktikalar ilə davam edir.

“Marketinq, taktikalar, müştəri rəyləri, rəqabət, optimallaşdırmalar və s. bütün bunlar xoş bir iş modelidir.”

İşin ən gözəl tərəfi də odur ki, Amazon məhsulumuz satışa təqdim olunduğu andan etibarən hər şeylə maraqlanır. Yəni, tutaq ki gecə 3:00-da mənim məhsulum satıldı, bunlarla necə məşğul olacam deyə fikirləşməyinizə ehtiyac yoxdur. Hətta siz yuxuda olduqda belə Amazon hər şeyin öhdəsindən gəlir – məhsulunuzu qablaşdırır, karqolayır, müştəriyə çatdırır, müştəri xidmətlərini təmin edir və s. Pulunuzu da hesabınıza əlavə edir.

Amazon-dan pulunuzu Payoneer və ya Wise hesabla asanlıqla çəkə bilərsiniz. Zatən Amazon ilə Payoneerin anlaşması var, ABŞ-da olmadan da Payoneer hesabı açaraq ABŞ-da virtual bank hesabına sahib olursunuz. Bundan sonra etməli olduğunuz tək şey, Payoneer Bank məlumatlarınızı Amazon-a daxil etməkdir. Beləcə ödənişlər olduqda Amazon avtomatik şəkildə pulunuzu Payoneer hesabınıza göndərir.

Əlbəttə zamanında əmək verib çalışdıqdan sonra irəli zamanlarda zəhmətinizin bəhrəsini görəcəksiniz. Bunun üçün düzgün hesablayaraq, doğru düşünərək bu işə girmək daha məntiqlidir.

Bu məqaləmizdə Amazon FBA ilə satış etməyi və necə pul qazana biləcəyinizi öyrənmiş oldunuz.

Ümid edirik ki, bu məzmunumuz sizə faydalı oldu və biraz da olsa “Amazon FBA nədir?” sualını beyninizdə aydınlatdı.

Amazon FBA kursu almaq istəyirsinizsə, indi Klikləyin!

 

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.