Amazon Satıcılarının Amazon SEO Haqqında Bilməli Olduğu 5 Şey. Amazon SEO Xidməti

Share this post

Əgər siz nə vaxtsa Amazon axtarışı etmisinizsə, yəqin ki, ən çox rəyi olan məhsulların daha yüksək sıralanmaya meylli olduğunu görmüsünüz və bu, sizi rəylərin məhsulların daha yaxşı sıralanmasının yeganə səbəbi olduğunu düşünməyə vadar edir.

Yenə də, sizcə, burada əsas nədir? Yaxşı reytinq çoxlu sayda rəyin nəticəsidir, yoxsa çoxlu sayda rəy yaxşı Amazon reytinqinin və dolayısıyla buna görə də çoxlu satınalmaların nəticəsidir?

İstər satış kanallarınızı genişləndirmək istəyən bir biznes sahibi olun, istərsə də əlavə gəlir axtaran şəxs olun, Amazon-da satış sizin üçün əla fürsət ola bilər.

Amazon ilə yanaşı, böyük rəqabət də gəlir. Məhsul listinqlərinizin Amazon-un A9 Alqoritmi üçün düzgün optimallaşdırılması rəqabətdə böyük rol oynayır.

 

Amazon satıcılarının Amazon SEO haqqında bilməli olduğu 5 şey

  1. Amazon-un axtarış motoru digər axtarış motorlarından fərqlidir

 Amazon-un axtarış motoru Google və ya Bing kimi axtarış motorlarından fərqli şəkildə qurulub və buna görə də fərqli davranılmalıdır.

Amazonun axtarış sistemi hər şeydən əvvəl alış-veriş üçün olan bir axtarış motorudur. Google, Bing və ya Yandex, axtarış motivindən asılı olmayaraq sizə ən uyğun nəticələri göstərmək istəsə də, Amazon-un əsas məqsədi onların saytında sadalanan məhsulları sizin satın almağınızdır.

Amazon axtarış motoru tərəfindən önəm verilən faktorlar bunlardır:

  • Qiymət
  • Mövcudluq
  • Satış Tarixçəsi
  • Konversiya Faizi (CR)
  • Kliklənmə Faizi (CTR)

Bu faktorlar digər axtarış motoru alqoritmlərində də önəm kəsb edir amma, Amazon onlara daha çox diqqət yetirir. Çünki bu amillər daha çox satışlara aparır ki, bu da Amazon-un daha çox qazanc əldə etməsi anlamına gəlir.

Buna görə də, Amazon məhsullarınızın uyğun qiymətə malik olması, stokda həmişə mövcudluğu və konversiya üçün optimallaşdırılması Amazon A9-da yaxşı sıralanma üçün vacibdir.

Amazon alqoritmi ilə əlaqəli mürəkkəblikləri təkbaşına öyrənib yerinə yetirmək sizin üçün çox çətin görünürsə, biz Amazon SEO Xidmətlərimizlə reytinqlərinizi yaxşılaşdırmaqda sizə kömək edə bilərik.(Amazon SEO məqaləmizi buradan oxuya bilərsiniz)

  1. Düzgün açar sözləri hədəfləmək önəmlidir

Amazon-un məhsul reytinqləri müştərilərinə satınalma üçün mümkün olan ən yaxşı variantları təqdim etmək məqsədi daşıdığından, Amazon satıcısının əsas məqsədi Amazon-a müxtəlif çeşiddə əlaqəli axtarış sözləri üçün ən uyğun məhsula malik olduğunu göstərmək olmalıdır.

Bəs bunu necə həyata keçirirsiniz? Çox sadə: düzgün açar sözləri hədəf alaraq.

Müvafiq açar söz araşdırması aparmağa kömək etmək üçün çox sayda müxtəlif açar söz tulları var. Ödənişli açar söz tulları olsa da, tamamilə pulsuz olan Amazon üçün işinizə yarayacaq açar söz araşdırma tulları və strategiyalarına nəzər yetirək.

  • Google Keyword Planner: Bu pulsuz tul, Google-da müəyyən bir söz üçün neçə axtarışın olduğunu görməyə imkan verir. Əgər müəyyən bir söz Google-də min dəfələrlə görüntülənibsə, o zaman bu söz Amazon-un axtarışlarında da görüntülənmişdir.
  • Amazon Autofill: Avtomatik doldurma listinqlərinizə ikinci dərəcəli və üçüncü dərəcəli açar sözlər tapmaq üçün əla yoldur. Etməli olduğunuz yeganə şey Amazon-un axtarış qutusuna əsas açar sözünüzü daxil etmək və enter düyməsini basmazdan əvvəl dayanmaqdır. Girişinizin altında açılan qutuda əlaqəli axtarış sözlərini görməlisiniz.
  • Rəqiblərinizdən istifadə edin: Bu üsul da sadədir. Əsas açar sözünüzü Amazon-a yazın (məsələn Kampinq çadırı), üst sıralama listinqlərinə klikləyin və onların daha yaxşı açar söz ideyalarını götürün.

Hədəf etməli olduğunuz açar sözləri kəşf etdikdən sonra onları lazımi yerlərdə düzgün yerləşdirdiyinizə əmin olun. Əsas açar sözlər məhsulun başlığının ilk bir neçə sözündə yerləşdirilməli olsa da, ikinci dərəcəli və üçüncü dərəcəli açar sözlər bullet pointlərdə və məhsul təsvirində yəni açıqlama hissəsində yerləşdirilməlidir. Eyni zamanda bu ikinci və üçüncü dərəcəli açar sözlər back-end axtarıış sözləri kimi də istifadə olunmalıdır.

  1. Şəkil 1000 sözə dəyər

Şəkillərin Amazon sıralamanıza təsir edə biləcəyi bir çox yollar var. Reytinqlərə birbaşa təsir göstərə bilsələr də, məhsulunuzun şəklinin zəif olması da konversiya faizinizə təsir edəcək.

Digər tərəfdən, listinqinizdə peşəkar fotoşəkillərə sahib olmaqla, sıralamanızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.

Beləliklə, optimallaşdırılmış Amazon şəkli nə anlama gəlir?

İlk növbədə peşəkar kameradan istifadə etmək daha yaxşıdır. Çünki bəzi işlər üçün siz smartfondakı kamera yerinə peşəkar kameradan istifadə etmək lazımdır və buna sərmayə qoymağa dəyər.

Həmçinin, bəzi şəkillərdə fonun silinməsi faydalı ola bilsə də, siz potensial müştəriyə məhsulun gündəlik istifadədə necə göründüyünü də göstərmək istəyirsiniz. Odur ki, əgər siz qəhvədəmləyən satırsınızsa, mətbəx piştaxtasına qoyulmuş qəhvədəmləyənin şəklini çəkməlisiniz.

Nəhayət, ən optimallaşdırılmış şəkillər ən çox kliklə nəticələnən şəkillərdir. Ona görə də əsas fotoşəkillər, eləcə də ikinci dərəcəli fotoşəkillər müştəriyə həm cəlbedici, həm də peşəkar görünməlidir. (Amazon SEO xidməti üçün bizimlə əlaqə saxlayın)

  1. Ən çox önəm kəsb edən satışlar və yaxşı rəylərdir

Günün sonundakı satışlar Amazonda yaxşı sıralanmada bir nömrəli amildir. Satışların reytinqlərə təsirindən çox da geri qalmayan iki nömrəli amil isə rəylərdir.

Bu səbəbdən, Amazonda ilk dəfə satışa başladığınızda bu sizə çətin ola bilər, lakin hələ çoxlu satışlarınız və rəyləriniz yoxdursa, ruhdan düşməməlisiniz. Çünki digər marketinq üsulları vasitəsilə satışlarınızı artırmağın yolları var.

Amazon-da sürətli satış və rəylər əldə etməyin ən yaxşı yollarından biri Amazon PPC-dən istifadə etməkdir.(Amazon PPC məqaləmizi buradan oxuya bilərsiniz)

Amazon PPC Amazon-da reklam verməyin bir yoludur və burada siz yalnız məhsullarınıza gələn hər klik üçün ödəniş edirsiniz. Baxmayaraq ki, əsas məqsəd axtarış sisteminin optimallaşdırılması vasitəsilə pulsuz kliklər əldə etməkdir, Amazon PPC satış prosesini sürətləndirmək üçün əla bir yoldur.

Siz həmçinin Google Reklamları və Facebook / Instagram Reklamlarından Amazon məhsul listinqinizə daha çox trafik çəkmək üçün istifadə edə bilərsiniz.

Bununla belə, uğurlu reklam kampaniyaları aparmaq çətin ola bilər və kömək üçün bir Amazon SEO şirkəti ilə işləmək sizə faydalı ola bilər.

  1. Amazon Qara Şapka texnikalarını aşkar etməkdə güclüdür

Açar sözlər doldurmaq və ya Amazon rəyləri üçün ödəniş etmək kimi reytinqinizi yaxşılaşdırmaq məqsədilə yoxlamaq istədiyiniz dürüst olmayan metodlar cazibədar olsa da, Amazon-un illər ərzində qara şapka üsullarını aşkar etməkdə çox uğurlu olduğunu başa düşməyiniz vacibdir.

Buna görə də, rəylər üçün pul ödəməyə cəhd etsəniz və ya listinqinizdə qeyri-dürüst məlumatlar yerləşdirsəniz, Amazon hesabınızın dayandırılması və ya bağlanması riskini daşıyırsınız.

Düzgün açar sözləri hədəfləmək vacib olsa da, açar söz sıxlığı da çox vacibdir. Amma açar sözləri doldurmaq heç vaxt yaxşı fikir deyil.

Yaxşı Amazon SEO yaxşı Amazon Marketinqidir

Nəticə etibarilə, Amazon satıcıları SEO texnikalarını marketinq texnikalarından fərqləndirməməyə çalışmalıdırlar.

Bu tam olaraq nə anlama gəlir?

Müştərinizi və axtarış zamanı istifadə edəcəyi dili bilmək vacibdir. Müştəri bazanızı daha yaxşı başa düşmək və onların meyllərini və seçimlərini bilmək sizə Amazon axtarış motoru üçün listinqlərinizi tam optimallaşdırmağa imkan verəcək.

Ətraflı məlumat və Amazon SEO haqqında mütəxəssislərimizlə danışmaq üçün bizə yazın!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.