Əziz, oxuyucular! Bloqumuza xoş gəldiniz. Bu yazımızda mükəmməl bir biznes ideyasından bəhs etdik və xüsusilə də investorlar üçün faydalı olacağını düşünürəm.
Mən bir neçə xarici ölkədə olmuşam. Nümunə olaraq Türkiyəni götürəcəyəm, çünki orada uzun müddət yaşamışam. Bundan əlavə, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam kimi ölkələrdə də olmuşam. Diqqətimi çəkən əsas məqam isə Azərbaycan restoranlarının xaricdə, demək olar ki, yox dərəcəsində olmasıdır. Var ama çox azdır. Bu, həqiqətən də məyusedici haldır. Çünki Azərbaycan mətbəxi çox zəngindir və bu gözəl yeməkləri tanıdacaq restoranların olmaması böyük bir boşluq yaradır.
Məsələn, Türkiyədə – İstanbulda səhv etmirəmsə, bir-iki Azərbaycan restoranı var. Halbuki, bu sahə böyük potensiala malikdir. Biznes ideyam isə restoran və ya kafe açmaqdır. Və inanıram ki, bu iş mütləq uğurlu olacaq!
Nümunə ilə izah edim: Türkiyə restoranları Azərbaycanda – Bakı və digər rayonlarımızda kifayət qədər çoxdur. Halbuki Azərbaycan Türkiyəyə nisbətən daha kiçik bir ölkədir. Amma buna baxmayaraq, Türk restoranları açılır və yaxşı da işləyir. Əgər uğurlu olmasaydı, bu qədər restoran açılmazdı. İndi təsəvvür edin ki, bizim restoranlar xaricdə açılsa, necə böyük uğur qazana bilər.
Əvvəllər mən də düşünürdüm ki, Türkiyədə yemək çeşidi çoxdur və Azərbaycan restoranı tutmaz. Amma ora gedəndən sonra gördüm ki, əksinə, insanlar fərqli yeməkləri dadmağı çox sevirlər. İndi bəlkə də deyəcəksiniz ki, “Bəs sən niyə restoran açmırsan?” Çünki mənim restoran sahəsinə həvəsim yoxdur. Üstəlik, bu iş üçün normal sərmayə lazımdır. Amma həvəsi və imkanı olanlar üçün əla bir biznes ideyasıdır.
Xüsusilə Türkiyə kimi ölkələrdə yemək sektoru çox güclüdür. Mən İzmir, Antalya və Muğla kimi şəhərlərdə Azərbaycan restoranlarına rast gəlmədim. Əgər bilən varsa, rəylərdə paylaşa bilər. Amma ciddi şəkildə bu işə girişən biri üçün bu biznesin tutacağı açıq-aydındır.
Əgər siz də araşdırma aparsanız, görəcəksiniz ki, bu, həqiqətən də böyük bir fürsətdir. Bu videoda bu ideyanı sizinlə paylaşmaq istədim, çünki bunu demədən keçə bilməzdim. Məqsədim odur ki, bizneslə məşğul olmaq istəyənlərə, investorlar və sıfırdan iş qurmaq istəyənlər üçün faydalı bir fikir təqdim edim.
Təbii ki, son qərar sizindir. Məqalələrimizdə pul qazanmaq, motivasiya, biznes ideyaları və iş qurmaqla bağlı yazılar paylaşdığım üçün bu mövzunu da sizinlə bölüşmək istədim.
Əziz oxuyucular, həm öz biznesinizi qura, həm də ölkəmizi tanıda bilərsiniz. Ciddi şəkildə analiz edib bu işə girişə bilərsiniz! Oxuduğunuz üçün sağolun!