Kontent Marketinq Nədir? Kontent Marketinq Xidməti. Kontent Marketinq ilə Axtarışlarda Zirvədə Tapılın

Share this post

Kontent Marketinq – Kontent Yazarlıq

SİZİN biznesiniz üçün yazılmış unikal və yaradıcı kontent. Biz SEO bilirik!

Kontent Marketinq nədir?

Kontent marketinq, müəyyən bir auditoriyanı cəlb etmək və saxlamaq və nəticədə karlı müştəri fəaliyyəti doğurmaq üçün dəyərli, əlaqəli və tutarlı kontentin yaradılması və yayılmasına fokuslanmış strateji marketinq yanaşmasıdır.

Biz, SEO əsaslı, mükəmməl Kontent Marketinq strategiyası və keyfiyyətli kontent yazma xidmətləri təklif edirik.

Bilməniz gərəkən bəzi kontent marketinq faktları:

  • Bloqları olan kiçik bizneslər, bloqları olmayan kiçik bizneslərdən 126% daha çox satış imkanlarına (lid) sahibdirlər.
  • Kontent marketinq, ikinci ən uğurlu satış imkanları yaratma (lid yaratma) taktikasıdır (e-mail marketinqindən sonra ikinci).
  • Kontent marketinq ənənəvi xarici marketinqdən 3 dəfə çox potensial satış gətirir, lakin maliyyəti 62% daha azdır.

Açılış səhifələri, bloq yazıları, e-kitablar, e-mail bülletenləri, texniki incələmələr və digərləri də daxil olmaqla əlaqəli və dəyərli kontentin yaradılması və yayılması ilə hədəf auditoriyanızı cəlb edin, əldə edin və onlarla əlaqəyə keçin. Peşəkar yazarlarımız onlayn varlığınızı artıracaq və sizi mövcud edəcək.

Kontent marketinq hər hansı bir onlayn strategiyanın çox vacib bir hissəsidir. Buna görə NM Digital Team ilə axtarış motorları və veb saytınızın ziyarətçiləri üçün optimallaşdırılmış kontent əldə edəcəksiniz.

Veb saytınız üçün kontent yazmaq və bunarı son təslim tarixlərinə (dedlayn) kimi çatdırmaq lazımdır? Bu vəzifələri əvəzinə NM Digital Team-in kontent komandasına həvalə edin.

Optimallaşdırılmış veb saytların keyfiyyətli kontentə ehtiyacı var

Effektiv veb saytlar, marka və ya xidmətlərinin ən yaxşı şəkildə təmsil edilməsi üçün keyfiyyətli kontent tələb edir. Veb saytınızın sizin satış hədəflərinə çatmasını istəyirsinizsə, o, axtarış motoru üçün optimallaşdırılmış, açıqlayıcı, orijinal, başa düşülən kontent ehtiva etməlidir. NM Digital Team-də müştərilərimizə peşəkar və yüksək keyfiyyətli bir veb saytın tələb etdiyi yüksək standartlara cavab verən bir kontent yazma xidmətini inamla təqdim edirik.

  • Biz peşəkar, qaneedici bir veb marketinq xidmətiyik və saytınızın məqsədini ən yaxşı şəkildə çatdırmaqdan ötrü sizinlə yaxından işləmək üçün vaxt ayıracağıq.
  • Veb saytınızın markasını, xidmətlərini, məqsədini və auditoriyasını, hekayənizi effektiv və dinamik şəkildə izah edən kontentə uyğunlaşdırmaq üçün hərtərəfli araşdıracağıq.
  • Rəqiblərinizi nəzərdən keçirəcəyik, onların zəif tərəflərini analiz edərək tapıntılarımızdan faydalanıb kontentinizi düzəldəcəyik.
  • Saytınıza trafik cəlb edəcək və ziyarətçi-müştəri konversiyasını təşviq edəcək ən yaxşı açar sözlər və frazaları təyin edəcəyik.
  • Təcrübəli bir SEO şirkəti olaraq, mükəmməl axtarış motoru optimallaşdırması bacarıqlarına sahibik və veb saytınızın kontentini yazarkən təcrübəmizi tətbiq edəcəyik.
  • Biz axtarış motorlarının necə işlədiyini başa düşürük və axtarış motorlarının təqdim etdiyi hər təzə yenilənməyə uyğunlaşacaq şəkildə metodlarımızı daim təkmilləşdiririk.
  • Yazma prosesindən və veb saytlarda bunun praktiki tətbiqindən zövq alırıq və kontent keyfiyyətimiz, bu mükəmməllik istəyini əks etdirir.
  • Veb səhifəni və bloq kontentini effektiv sürətlə yaradaraq müştərilərimizin vaxtına qənaət edirik.

Bizim kontent yaratma prosesimiz

Axtarış motorlarını və internet toplumunu necə hədəf alacağımızı bildiyimiz halda, müştərilərinizi ən yaxşı siz tanıyırsınız. Buna görə də kontentinizi yazarkən istədiyiniz qədər iştirak etməyinizi istəyirik. Mükəmməl bir Kontent Marketinq strategiyası ilə saytınız axtarışlarda zirvəyə yüksələ bilər.

  • Xüsusi Kontent Mütəxəssisi sizinçün əlçatan olacaq və onlara təlimatlar verərək, irəliləyişlərini yoxlayaraq, hər hansı suallar verərək və görmək istədiyiniz hər hansı düzəlişləri tələb edərək müntəzəm olaraq onlarla əlaqədə ola biləcəksiniz.
  • Bizi ideal istehlakçınızla və saytınıza daxil olub kontenti oxumağa başladıqlarında necə hiss etdikləri ilə bağlı detallı şəkildə məlumatlandırın.
  • Ziyarətçilərin oxuduğu kontentin tonunu və ifadəsini seçə bilərsiniz. İstər ürəkdən, istərsə də rəsmi, işgüzar və ya gündəlik olsun, yazı tərzimizi sizin ehtiyaclarınıza uyğunlaşdıra bilərik.
  • Kontenti istədiyiniz kimi nəzərdən keçirə bilərsiniz. Yazı bacarıqlarımıza güvənirik və sizə həm axtarış motorlarına, həm də insanlara xitab edən kontent təqdim edəcəyimizi bilirik. Əlbəttə ki, son təsdiq sizin ixtiyarınızdadır və bəyənmədikləriniz, əlavə etmək istədikləriniz varsa, sadəcə bizə bildirin və bu da ediləcəkdir!

Veb saytınız üçün özəl, keyfiyyətli kontent yazmaq istəsəniz bizə bildirin. Hal-hazırda sizə pulsuz bir təklif verə bilərik.

İNDİ BAŞLAYIN

  • Təklif istəyin
  • Hər hansı bir sualınızla Bizimlə Əlaqə saxlayın 
  • PULSUZ sayt qiymətləndirməsi tələb edin

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.