Remarketinq Nədir? Remarketinq Xidməti. Remarketinq İlə Satışlarınızı Artırın

Share this post

Remarketinq və Biznes

Remarketinq nədir və onu biznesiniz üçün necə istifadə edə bilərsiniz? Yəqin ki, hər marketoloqun ən çox soruşduğu suallardan ikisidir.

Bir çox marketoloq arasında yayılmış yanlış fikir sizin hədəf auditoriyanızın da daxil olduğu istehlakçıların, veb saytlarındakı reklamlara nifrət etmələridir. Son hesabata görə, hazırda istifadəçilərin 25,8% -i adblock istifadə edir. Və bu rəqəmin illər keçdikcə artacağı gözlənilir. Bu yüksək istifadə nisbəti, insanların reklamları sevməməsi fikrini dəstəkləyir. Amma Hubspot tərəfindən tamamlanan son bir araşdırma, bu mövqeyə qarşı ciddi bir arqument ortaya qoyub.

Bu hesabat müştərilərin əslində reklamlara o qədər də əhəmiyyət vermədiyini aşkar etdi; onlar sadəcə əlaqəsiz elanlar görmək istəmirlər. Anket iştirakçılarının 77% -i tam bir reklam blokundan daha çox reklam süzgəci proqramından istifadə etməyi üstün tutduqlarını bildirdilər. Dolayısıyla, müştərilərə təqdim etdikləri reklamların uyğunluğunu artırmağın yollarını tapa bilən markalar daha yaxşı bir istifadəçi təcrübəsi yarada və daha çox insanı cəlb edə bilərlər.

Remarketinq strategiyaları nümayiş olunan reklamların aktuallığını və fərdiləşdirməsini artırmaq üçün əla bir yol ola bilər. Bunun nə olduğunu və remarketinqin necə işlədiyini bilmək, onlayn müştərilərilərlə daha yaxşı interaksiyada olmağa kömək edə bilər. EMarketer-ə görə, ən az 14 yaşı olan ABŞ internet istifadəçilərinin 73% -i bu il onlayn nəsə alacaq.

Onlayn müştərilərin marağını çəkən şeylərdən yararlanmaqla bu istifadəçiləri cəlb etmək olar. Adroit Digital-a görə, ABŞ-dakı onlayn alıcıların təqribən 3/5 hissəsi digər saytlarda araşdırdıqları məhsullar üçün görünən reklamları fərq etdiklərini bildiriblər. Bu o deməkdir ki, remarketinq reklamları ilə istehlakçıları interaksiyada saxlamaq onların diqqətini cəlb edir.

Bu güclü dəstəyə baxmayaraq, Digital Remedy, onlayn axtarış marketinqində çalışan mütəxəssislərin 46%-nin remarketinqin markalar tərəfindən lazım olduğu qədər istifadə olunmadığına inandığını bildirmişlərdir.

Remarketinq nədir? Tərifi anlamı

Bir çox insanın remarketinqlə bağlı sualları var. Remarketinq, saytınızda artıq nəyisə görüntüləmiş və ya məhsullarınıza maraq göstərmiş müştərilərin hədəf alınmasını əhatə edir. Nəticə etibarilə, saytınızdakı səhifələrdə gəzinmiş, lakin konversiya olmayan müştəriləri yenidən cəlb etmək üçün sizə bir vasitə təqdim edir.

Və bununla belə, bu, mütləq sonda “satış” anlamına gəlmir. Konversiya e-mail’ləri açdıqları, telefon nömrənizlə əlaqə qurduqları və siyahınıza abunə olduqları, sizi sosial mediada izlədikləri, sorğu formunu doldurduqları və s. anlamlarına gələ bilər. Bilməlisiniz ki, istifadəçilərin 70-96% -i daxil olduqları veb saytda hər hansı bir fəaliyyət həyata keçirmədən çıxış edirlər. Beləliklə, siz bir marketoloq olaraq markanıza göstərilən maraqdan istifadə etməli və remarketinqdən istifadə edərək onları geri qayıtmağa inandırmalısınız.

Remarketinq proqramı veb saytınızdakı müəyyən səhifələri izləməyə imkan verəcəkdir. Bu, eyni zamanda ilk ziyarətlərində konversiya etmədən həmin səhifələrdə vaxt keçirən müştəriləri müəyyənləşdirməyə imkan verəcəkdir. Məsələn, bir çox markalar alış-veriş səbəti səhifələrini izləyirlər, beləliklə alış-veriş səbətlərini tərk edənləri hədəf ala bilirlər.

Retargetinq (Yenidən hədəfləmə)

Hədəfləri müəyyənləşdirdikdən sonra daha əvvəl baxdıqları məhsulların tanıdan ixtisaslaşdırılmış reklamları göstərə bilərsiniz. Nəticədə bu reklamlar olduqca fərdiləşdiriləcək və insanların əvvəllər maraq göstərdikləri şeyləri tanıtacaq, aktuallığını artıracaqdır.

AdRoll-a görə, istehlakçıların adətən yalnız 2% -inin veb sayta ilk dəfə daxil olduqda konversiya edəcəklərini düşünün. Bu, remarketinqi müştəriləri geri qayıtmağa və konversiyanı tamamlamağa vadar etmək üçün dəyərli bir vasitə halına gətirir.

CMO tərəfindən göstərilən bir statistik göstəriciyə görə, müştərilərin dörddə biri qədəri yenidən hədəflənmə reklamlarından (remarketinq reklamları) zövq aldıqlarını bildiriblər. Bu reklamlar istehlakçının əvvəllər maraqlandığı məhsul və markaları xatırlatdıqları üçün onlar müştərilər tərəfdən yaxşı qiymətləndirilir. Bu səbəbdən bu reklamlar inkişaf etmiş bir istifadəçi təcrübəsi yaşadaraq standart reklamlardan daha çox maraq doğurur.

Remarketinq reklamlarının verdiyi marağın artması ilə bu marketinq strategiyasının niyə bu qədər təsirli ola biləcəyi aydın olur. Kimberly-Clark, remarketinq reklamları alanların 50-60% daha çox olduqlarını bildirmişdir. Digital Remedy tərəfindən edilən başqa bir araşdırma, ümumi reklam cavablandırılmasının 400-ə qədər yüksəldiyini müəyyənləşdirmişdir. Eyni zamanda, comScore, remarketinq reklamların markalı axtarışı 1,046% -ə qədər artıra biləcəyini bildirmişdir.

Remarketinq, markalara inkişaf etmiş reklam təcrübələri yaratmaq üçün lazım olan vasitələri təqdim edir. Bununla da markalar öz müştərilərinin maraqlarına toxuna və onların ən çox maraqlandıqları kontenti onlara göstərə bilərlər.

Uğurlu bir remarketinq reklam kampaniyası qurmaq istəyənlər aşağıdakı addımların onların uğurlarını necə artıracağını düşünməlidirlər. (NM Digital Team sizlərə Remarketinq Xidməti Təklif Edir. Daha Ətraflı Məlumat Üçün Buraya Klikləyin)

Fərqli reklam növlərini anlamaq

Markaların müştərilərini onlayn olaraq yenidən cəlb etmək və yenidən hədəfləmək üçün istifadə edə biləcəyi bir neçə remarketinq növləri mövcuddur. Remarketinqin nə olduğunu başa düşmək məqsədilə mütəxəssislər bu müxtəlif variantların hər birini nəzərdən keçirməlidirlər. Markalar bunlardan şirkətləri üçün ən yaxşı şəkildə işləyəcəkləri olanlarını seçə bilərlər. Ən bilinən seçimlərdən bəziləri bunlardır:

Saytınızı ziyarət etmiş insanlar üçün displey reklamları

Remarketinqin ən geniş yayılmış formalarından birinə, saytınızı artıq ziyarət etmiş insanlar üçün displey reklamlarını daxildir. Bu reklamlar iki əsas platformada görünə bilər.

Remarketinq kampaniyalarını Google Ads vasitəsilə quranların remarketinq reklamları Google görüntülü reklam şəbəkəsində peydə olacaqdır. Unutmayın ki, əvvəllər Google AdWords olaraq bilinən Google Ads, PPC onlayn reklamı üçün ən böyük platformanı sizin ixtiyarınıza verir və bu platforma, ölkə daxilində və dünyada milyonlarla axtarışçıya çatmaq üçün əla vasitədir.

Bu görüntülü reklamları bir sıra sosial media platformalarında da qura bilərsiniz. Məsələn, Facebook reklamları və Twitter reklamları hər ikisi də öz görüntülü reklam platformlarını təklif edir. Facebook-un dünyada hər ay təqribən 2.7 milyarddan çox insana çatdığını nəzərə alsaq, bu da reklamverənləri perspektivlərə çatmaq üçün əla bir platforma ilə təmin edir.

E-mail Remarketinq

E-mail remarketinqi, e-mail siyahınızdakı insanları rəqəmsal ekosistem vasitəsilə başqa bir yerə səyahət edərkən hədəf almağa imkan verir. Xüsusilə e-maillərinizi açanlar üçün hədəf reklam kampaniyaları yarada bilərsiniz.

E-maillərinizi açan insanlar təklif etdiyiniz şeylərə maraq göstərdikləri üçün, e-mail remarketinqindən istifadə etmək markanızı onların düşüncəsində saxlamağa kömək edir. Məhsullarınıza və xidmətlərinizə maraq göstərdiklərini bilirsiniz, bu da onları satış qıfının daha aşağısına – veb saytınıza qaytarmaq üçün sizə qapı açır.

Axtarış reklamları üçün remarketinq siyahısı (RLSA)

Remarketinq reklamlarını veb boyunca digər veb saytlarda göstərməklə yanaşı, axtarış motorlarının özündə də reklam göstərə bilərsiniz. Bu remarketinq reklamları ilə veb saytınızı ziyarət edənləri və müəyyən açar sözlərlə Google axtarışından onlayn istifadə edənləri hədəf ala biləcəksiniz. Bu iki meyar arasında yüksək dəqiqliklə şirkətiniz haqqında daha çox məlumat əldə etmək üçün ən çox maraqlanacaq potensial müştərilər tapa bilərsiniz.

Axtarış retargetinqi (yenidən hədəfləmə)

Axtarış retargetinqi, təkrar hədəfləmənin unikal bir formasıdır. Google remarketinq reklamları kimi axtarış motorlarının remarketinq reklamlarından istifadə etdikdə, sizin məhsul təkliflərinizə bənzər məhsul və sözlər üçün axtarış verən, lakin veb saytınıza hələ daxil olmayan müştəriləri tapa bilərsiniz.

Retargetinqin bu forması, əlçatanlığınızı (reach) genişləndirməyə imkan verir. Xüsusilə rəqiblərinizlə maraqlananları hədəf ala biləcəksiniz. Bununla da niyə sizin şirkəti seçməli olduqlarını dəqiq şəkildə bildirə bilərsiniz.

Video Remarketinq

Google vasitəsilə YouTube-dakı insanlara da reklamlar göstərə bilərsiniz. Kanalınızı və ya videolarınızı ziyarət etmiş insanlar Google görüntülü reklam şəbəkəsində hər hansısa bir yerdə olarkən reklamlar vasitəsilə yenidən hədəf alına bilər bilər.

 

Uğurlu bir remarketinq kampaniyası necə qurulur?

Remarketinqin nə olduğunu başa düşdünüzsə, effektiv bir remarketinq kampaniyası qurmaq üçün istifadə edə biləcəyiniz 6 addım bunlardır:

  1. Hansı səhifələri tağlamaq istədiyinizi və kampaniyanızı necə bölüşdürəcəyinizi müəyyənləşdirin.

Remarketinqdə ilk addım, kampaniya üçün hansı səhifələrə tağ və ya piksel əlavə etmək istədiyinizə qərar verməkdir. Keyfiyyətli bir remarketinq kampaniyası yüksək dəyəri olan səhifələri müəyyənləşdirəcəkdir. Bu səhifələr oraya gələn ziyarətçilərin satın almaq istəyəcəkləri ən yaxşı göstəriciləri təqdim edəcəkdir.

Bu səhifələri seçdiyiniz zaman satış qıfınızı yaxından analiz edə bilərsiniz. İnsanların satış qıfınız ilə daha çox ziyarət etdikləri səhifələr, ehtimal ki, qıfın yuxarı hissəsinə nisbətən daha dəqiq göstəricilər təmin edəcəkdir.

Satış qıfı vasitəsilə səhifələri daha da çox ziyarət edən müştərilərin retargetinq reklamlarına cavab vermə ehtimalı həm daha yüksək olacaq, həm də onları maraqlandıran məzmunu tam olaraq müəyyənləşdirmək daha asan olacaq. Retargetinq reklamınız markanın ümumi məlumatlarını göstərmək əvəzinə onların veb saytınızda axtardıqlarına uyğun bir məzmun göstərə bilər.

Məsələn, e-ticarət biznesləri alış-veriş səbətlərini tərk edənlərə və ya konversiya səhifələrində kəsinti yaşayanlara daha çox bid (təklif) vermək istəyə bilərlər. Məsələn, pulsuz bir e-kitab almaq üçün səhifənizi ziyarət etmiş, lakin konversiya formunu bitirmədən əvvəl çıxış edən insanlar ola bilər. Bu səhifələri hədəfləmək, ana səhifənizi ziyarət edənləri hədəfləməkdən daha çox dəyərlidir.

  1. Yenidən hədəflənmiş istehlakçılarınız üçün xüsusi kuponlar və təkliflər verməyi düşünün.

Remarketinq kampaniyanızda insanların alış-veriş səbətinizi və ya digər konversiya səhifənizi niyə tərk etdiyinin əsasını tapmaq üçün sizə kömək edəcək reklamlar təklif etmək istəyəcəksiniz. Kuponlar və ya xüsusi təkliflər bu insanları səhifənizə qaytarmaq üçün əla bir yol ola bilər.

Artıq müəyyən məhsul səhifələrini ziyarət edənlərə xas olan kuponlar və təkliflər insanları həvəsləndirəcəkdir. JCPenny’nin hər yerdə pərakəndə satış üçün göstərdiyi nümunəni xatırlayın.

Mağaza, adi satış məhsullarından imtina etməyə və bunun əvəzinə həmişəki məhsullarına mümkün olan ən aşağı qiyməti qoymağı qərar vermişdi. Satışlarının azaldığını gördülər. Yalnız qiymətləri qaldırdıqda və müntəzəm məhsulları daxil etdikdə bəzi müştərilərini bərpa edə bildilər.

İnsanlar xüsusi təkliflər tapmış kimi hiss etmək istəyirlər. Artıq səhifənizi ziyarət edən insanlara xüsusi kuponlar təklif etmək, məhsullarınız üçün xüsusi bir təkliflə qarşılaşdıqlarına inandırmağa kömək edəcəkdir. Bu, onları səhifənizi ziyarət etməyə meyl etdirəcəkdir.

Bu kampaniyaların uğurlu nəticəsini izləməklə, insanların ən çox nələrə cavab verdiklərini daha yaxşı başa düşəcəksiniz. Hansı təklif və kuponların ən çox müştərini geri gətirdiyini görərək, alış-veriş səbətini tərk etmənin bəzi səbəbləri barədə daha yaxşı bir fikir sahibi olacaqsınız. Bu, alış-veriş səbətinizin tərk edilmə faizini azaltmaq üçün potensial çözümləri müəyyənləşdirməyə kömək edə bilər.

Remarketinq Xidmətimiz Haqqında Ətraflı Öyrənin

  1. Keçmiş ziyarətçilərinizi reklamlarla nə qədər müddət izləmək istədiyinizi düşünün.

Remarketinqin nə olduğunu başa düşməyin vacib bir hissəsi müştərilərinizi tanımaqdır. Müştərilərə fərdi reklamlar təqdim etməklə onları internetdə sonsuz bir şəkildə izləyərək bezdirmək arasındakı xətti diqqətlə ayırd etməlisiniz. Müştərilər özlərini “sanki markalar onları təqib edir”miş kimi narahat hiss etmək istəmirlər. Bu düşüncələr, üstün bir reklam təcrübəsini qısa bir zamanda mənfi bir hala gətirə bilər və markanızın nüfuzuna zərər verər.

Müştərilərinizə reklam göstərmək üçün doğru zaman intervalını təyin etmək sektorunuza bağlıdır. Daha uzun bir satınalma döngüsüne sahip olanlar reklamları daha uzun müddət göstərmək istəyə bilər. Amma daha sürətli bir satınalma dönügüsünə sahib olanlar isə reklamları qısa müddətlik yayımlayacaq.

Eyni zamanda, insanların reklamlarınızı neçə dəfə görməsini istədiyinizi də düşünməlisiniz. Məsələn, yalnız bir neçə gün qüvvədə olacaq bir kuponu reklam etsəniz, reklamınızı bu qısa müddət ərzində yüksək tezlikdə göstərmək istərsiniz.

Həm reklamların yayımlanma müddətinin uzunluğunun təyin olunması, həm də reklamların verilmə tezliyinin müəyyənləşdirilməsi təcrübə tələb edən işdir. İlk remarketinq kampaniyanız zamanı sektordakı ən yaxşı təcrübələrə və satış döngüsü haqqında bildiklərinizə əsasən əlinizdən gələnin ən yaxşısını edin. Sonra insanların reklamlarınıza necə cavab verdiyini izləyin.

İlk və ya ikinci həftədə reklamın güclü bir maraq gördüyünü, ancaq sonra bu marağın düşdüyünü görürsünüzsə, bu, müştərilərin mesajınızdan bezdiyi anlamına gələ bilər. Bununla da siz müştəriləri hədəf almaq üçün reklamınızın yenidən tərtib edilməsini və ya reklam müddətinin qısaldılmasını düşünməli olacaqsınız.

  1. Konversiyadan sonrakı müştərilərinizi remarketinq kampaniyaları ilə hədəfləməyi düşünün

Remarketinqin nə olduğunu başa düşən bir çox insan satış qıfını tərk edənləri hədəf almağın dəyərini bilsə də, bu eyni zamanda saytınızda konversiya olanları da hədəf almaq üçün dəyərli ola bilər. Bu ikisini seqmentləşdirmə yolu ilə ayırmaq olar və ehtimal ki, konversiya sonrası müştərilərin iki əsas qrupu olacaqdır.

  1. E-kitab yükləmək və ya mükafat proqramına yazılmaq kimi pula çevrilməyən şəkildə konversiya olanlar.
  2. Həqiqi alış-veriş edənlər.

Bu qrupların hər ikisi yaxşı qurulmuş bir remarketinq kampaniyasından faydalana bilər.

Birinci qrupla bu müştərilərin dəyərinizi anladıqlarını bilirsiniz. Sizdən məlumat almaq üçün qeydiyyatdan keçiblər. Reklamlarınızla bu marağı artırmağa davam edin. Markanızın təklif etdiyi digər xidmətlər və xüsusiyyətlər haqqında məlumatların remarketinqini onlara edə bilərsiniz.

Onların maraqlarına uyğun gələn yaxın bir vebinarın tanıtımını edə bilərsiniz. Bundan başqa, ilk dəfə müştərilər üçün təklif etdiyiniz satış və ya təkliflər barədə də onlara məlumat verə bilərsiniz. Onları veb saytınıza qayıtmağa və şirkətiniz haqqında daha çox şey öyrənməyə davam etməyə təşviq edin.

İkinci qrupla onların şirkətinizə olan maraqlarını öyrənə bilərsiniz. Artıq bir alış-veriş ediblər və buna görə onlara nə qədər əhəmiyyət verdiyinizi bildirin. Geri gələn müştərilərə təkliflərinizi verə və təklif etdiyiniz yeni məhsullardan onları xəbərdar edə bilərsiniz. BIAKelsey-ə görə, KOB-lərin 61% -i  bildirir ki, geri gələn müştərilər öz gəlirlərinin yarısından çoxuna görə məsuliyyət daşıyırlar. Remarketinq kampaniyanızla bu vacib böyümə mənbəyindən yararlanın.

  1. Normaldan daha geniş açar sözləri hədəf alın

Ənənəvi PPC müdrikliyində, çox güman ki, reklam kampaniyalarınızı geniş axtarış sözləri ətrafında qurmursunuz. Axı, əhəmiyyətsiz trafikə görə çox sayda klik üçün pul sərf etmək istəmirsiniz. Bunun əvəzinə, yalnız hədəf auditoriyanızı səhifəyə gətirmək şansınızı artıracaq dəqiq ifadələrdən istifadə etmək istəyirsiniz.

Remarketinqin nə olduğunu başa düşmək üçün bunun adi PPC-dən nə ilə fərqləndiyini də bilməlisiniz. Remarketinq kampaniyası apardığınız zaman, auditoriyanızı genişləndirmək imkanınız var. Reklamınızı görəcək olan insanlar artıq markanızla maraqlandıqlarını bildirənlər olacağı  üçün trafikinizdə daha çox arxayın ola bilərsiniz.

Remarketinq siyahısında olan biri sizin sektorunuza maraq göstərdiyini artıq bildirmişdir. Bu o deməkdir ki, geniş axtarışlarının sizə aid olma ehtimalı daha yüksəkdir. Buna görə bu sözləri hədəf alan kampaniyalar yarada bilərsiniz. Belə etmək xərcləri idarə etməyə kömək edə bilər. Bu, eyni zamanda sizə mümkün qədər çox sayda keçmiş ziyarətçiyə çatmaqla remarketinq kampaniyanızın gücünü maksimum dərəcədə artırmağa imkan verəcəkdir.

  1. Kampaniyalarınızı izləyin və lazım olduqda düzəlişlər edin.

Remarketinqin nə olduğunu daha yaxşı başa düşdükdən və kampaniyalarınızı göndərdikdən sonra nəyin yaxşı işlədiyini və nəyin bəzi düzəlişlərə ehtiyac olduğunu görmək üçün hər bir cəhəti diqqətlə izləmək istərdiniz.

Reklamlarınızın cavablanma dərəcələrinə baxın. Neçə nəfərin reklama kliklədiyinə baxın. Bu, reklam mətninizin veb saytınızdakı önəmli səhifələri artıq ziyarət etmiş olanları nə qədər inandırdığını bildirir. Aşağı bir klikləmə dərəcəniz varsa, reklam etdiyiniz şeyləri düzəltməyi düşünə bilərsiniz. Məsələn, bəzi markalar “pulsuz çatdırılma” reklamlarının “10-15% endirim” reklamlarından daha yaxşı performans göstərdiyini görə bilərlər.

Reklamlarınızın zamanla necə izlənildiyinə də baxmaq istəyirsiniz. İlk bir neçə yayımlanmadan sonra marağın azalması, reklam mətninizin köhnəldiyini və ya başda qeyd edildiyi kimi müştərilərin saytınıza daxil olduqdan sonra sizin onları artıq çox uzun müddət izlədiyinizi göstərə bilər. Daha yüksək qiymətlərinizi təyin edə biləcəyinizi görmək üçün müəyyən bir müddətdən sonra mətni dəyişdirin. Əks təqdirdə, reklamınızı keçmiş ziyarətçilərə göstərmənin müddətini qısaltmaq barədə düşünə bilərsiniz.

Sonda, saytınıza gəldikdən sonra insanların necə davrandıqlarına baxın. Məzmununuzla nə qədər yaxşı əlaqədə olduqlarına və konversiyaları tamamlama nisbətlərinə baxın. Reklam mətninizin onları davam etməyə və satınalma etməyə və ya tərk etdikləri konversiyanı tamamlamağa nə qədər təşviq etdiyini görməlisiniz.

Yüksək bir klikləmə faiziniz varsa, ancaq buna uyğun konversiya faiziniz yoxdursa, reklamınız, müştəriniz və səhifəniz arasındakı uyğunlaşmaya baxmalısınız. İnsanların səhifənizdə konversiya olmamaları səbəblərinə baxın.

Məsələn, veb sayt tərtibatınız alış-veriş səbətinizdə gəzinmələri üçün müştərilərə çətin ola bilər. Son mərhələ zamanı müştərilərinizin sualları ola bilər, ancaq sizi tapa bilməzlər və beləliklə səhifəni tərk edə bilərlər. Bununla eyni zamanda müştərilərə sizə üçün daha çox pul ödəməyə hazır olmaları üçün heç bir səbəb göstərmədən, rəqiblərinizdən daha yüksək qiymətlərə sahib ola bilərsiniz.

Remarketinq və Marka Bilinirliyi

Remarketinq, artıq biznesinizə və ya məhsullarınıza maraq göstərdiyini ifadə etmiş müştəriləri cəlb etmək və eyni zamanda marka bilinirliyini artırmaq üçün dəyərli və səmərəli bir vasitə ola bilər. Alıcılarınızın axtarışlarına və sosial media demoqrafik göstəricilərinə əsasən kimlər olacağını anlamaq yerinə, biznesinizlə maraqlandığını xüsusi olaraq ifadə etmiş insanları hədəf ala biləcəksiniz.

Bu strategiyanı növbəti PPC kampaniyanıza daxil etməyinizə kömək etmək üçün tam xidmətli bir rəqəmsal marketinq agentliyini işə götürməyi düşünün. Remarketinqin nə olduğunu bilməklə gələn artımı görəcəksiniz. 

NM Digital Team olaraq, müştərilərə effektiv bir remarketinq xidməti təqdim edən rəqəmsal marketinq agentliyiyik. Əgər remarketinq xidmətimizdən yararlanmaq istəyirsinizsə Buradan və ya WhatsApp nömrəmizdən bizimlə əlaqə saxlaya bilərsiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.