Veb Saytların Hazırlanması Və Dizaynı. Veb Saytların Yığılması Xidməti

Share this post

Veb sayt dizaynı xidmətləri

Hədəflərinizə çatan kreativ, optimallaşdırılmış bir veb sayt hazırlayırıq. Şirkətinizi yaxşı təmsil edən və biznesinizi böyüdən bir veb sayta ehtiyacınız var.

Veb sayt dizayn xidmətlərimiz nələr təqdim edir
Biznesinizə uyğun veb sayt tərtib edərkən başara biləcəyimiz məqsədlərdən yalnız bir neçəsi:

  • Vizual olaraq cəlbedici, asan istifadəli, optimallaşdırılmış, ziyarətçiləri müştərilərə çevirən, mobil uyumlu və zamanla böyüməyi təşviq edən bir saytla nəticələnən – xüsusiləşdirilmiş veb dizayn.
  • Mobil uyumlu, responsiv bir veb dizayn. Google ilk mobil alqoritmini istifadəyə verir. Hər ekran ölçüsündə gözəl görünən və işləyən bir sayt hazırlayacağıq.
  • Ən yaxşı SEO təcrübələri nəzərə alınaraq yaradılan SEO optimizasiyalı bir veb sayt.
  • Şirkətinizin mesajını, məhsullarınız, xidmətləriniz və şirkət mədəniyyətiniz barəsində bütün vacib məlumatlarla dəqiqliklə çatdıran bir veb sayt.
  • Ziyarətçilərinizi hərəkətə keçirmək üçün konversiya-optimizasiyalı veb dizayn metodologiyasından və qabaqcıl istifadəçi təcrübələrindən istifadə edərək satış imkanları (lid) yaradan veb sayt.
  • İstifadəçilərə istədikləri məlumatları tapmağa və ziyarətçiləri müştərilərə çevirməyə kömək edən – hərəkətə açıq çağırışlar (CTA).
  • Elektron ticarət, şifrə ilə qorunan kontent, forumlar, tədbir qeydiyyatları və s. kimi təkmilləşmiş funksionallıq. Siz adlandırın biz quraq.
  • Ən yaxşı SEO uyumlu təcrübələrdən istifadə edərək markanızı yaradan, hekayənizi söyləyən və trafik cəlb edən – kontent yazma xidmətləri.

Bir veb dizayn şirkəti ilə çalışaraq əldə edəcəkləriniz

Biznesiniz üçün xüsusi dizayn olunmuş veb sayt, müştərilərin onlayn ehtiyaclarını ödəmək üçün hazırlanmışdır və prosesin hər mərhələsində sizin iştirak etməyinizi istəyirik! Bizimlə birgə saytı dizayn edərkən sahib olacaqlarınız:

  • Strategiya təkmilləşdirmə, dizayn tələbləri, büdcə detalları, iş skopu, cədvəl və s. daxil olmaqla layihəni müzakirə etmək üçün veb komandası ilə birbaşa ünsiyyət. Müştərilərimizin rahatlığı üçün yığıncaqlarımız video konfranslardan istifadə etməklə keçirilir.
  • Veb prosesini nəzərdən keçirmək, gözləntiləri təyin etmək, istənilən suallara cavab vermək və saytınızın necə qurulacağından tam əmin olmağınız üçün təyin olunmuş Layihə Meneceri ilə əməkdaşlıq.
  • Saytınızın strategiyasının, dizaynının, kontentinin və istifadəsinin təsdiqlənmə prosesi.
  • Ehtiyaclarınıza uyğun xüsusiləşdirilmiş bir proses. Əlbəttə ki, cədvəllərin bəzən dolu ola biləcəyini bilirik, buna görə də istər hərtərəfli iştirak etmək istəyin, istər yalnız nadir hallarda iştirak etmək istəyin, sizinlə çalışa bilərik.

Veb dizayn xidmətlərimizin biznesinizi necə böyüdə biləcəyi barədə söhbət etməyə hazırsınız?

Pulsuz bir təklif üçün bu gün Bizə Yazın.

Üstün veb dizaynın 5 açarı

Veb saytlar qurmaqda illər boyu təcrübəmiz bizə öyrətdi ki, müştərilərimizi rəqabətdə üstün tutan üstün bir veb sayt yaratmaq üçün aşağıdakı komponentlərin hər birinə ehtiyacımız var:


Vizual çəkicilik

Möhtəşəm bir ilk təəssürat yaratmaq üçün yalnız bir şansınız var. Saytınıza gələnlər ilk dəfə saytınızı görəndə “WOW” deyirlər! yoxsa “OW”!? İnsanlar veb saytınızı görəndə şirkətinizin, markanızın və ya məhsullarınızın etibarlılığı barədə dərhal qərar verirlər.

İstifadə rahatlığı

Saytınız asanlıqla naviqasiya edilə bilmirsə və dəyərli kontentiniz asanlıqla tapılmırsa, istifadəçiləriniz başqa yerə gedəcəklər. İntuitiv, sadə və asan naviqasiyalı saytlar planlamaq və qurmaq üçün çox çalışırıq. İstəyirik ki, istifadəçilərimiz hər şeyin gözlədikləri yerdə olduğunu hiss etsinlər.

Yüksək keyfiyyətli, optimallaşdırılmış content

Gözəl bir sayta investisiya qoymaq və kontentinə laqeyd yanaşmaq, mühərriki olmayan bir avtomobil almaq kimidir. Üstün bir veb sayt, hərəkətə açıq çağırışlarla (CTA) aydın, cəlbedici və qısa kontentə malik olandır. Saytdakı kontentin yaxşı yazıldığına, axtarış motoruna optimallaşdırılmış olduğuna və müştərinin biznes məqsədlərini nəzərə alaraq tərtib olunduğuna əmin olmaq üçün müştərilərimizlə birliktə çalışırıq.

Ziyarətçilərin müştərilərə çevrilməsi

Planlaşdırma prosesinin əvvəlində veb saytınız üçün bir “konversiya” və ya hərəkətə çağırışın nə olduğunu müəyyənləşdirəcəyik. Bu, lid formunu təqdim etmək, telefonla zəng etmək və ya məhsul almaq ola bilər. Daha sonra dizayndan kodlaşdırmaya, kontent yazılmasına qədər bütün proses boyu məlum hədəfi nəzərə alırıq. Veb saytınızın şirkətinizin böyüməsi üçün bir növ əsas tul olmasını istəyirik.

Zamanla trafik artımı

Yeni veb saytınızın növbəti mərhələyə yüksəlməsini görmək üçün can atırıq. Bunun üçün çox keyfiyyətli trafik lazımdır. Axtarış motoru optimizasiyası, sosial media marketinqi, e-mail marketinq və daha çoxunu əhatə edən davamlı bir internet marketinq planını qurmaq üçün sizinlə işləyəcəyik.

Təhvil verən bir veb dizayn şirkəti

NM Digital Team, mərkəz ofisi Bakıda yerləşən, tam xidmətli internet marketinq agentliyidir və həm Bakıda, həm də dünyada müştərilərə əlverişli veb saytların hazırlanması və dizaynı xidmətlərini təqdim edir.
NM Digital Team-in veb dizaynerləri və developerləri təkcə xəyal etdiyiniz veb saytı yaratmağa yox, həm də müştərilərinizə və ilk dəfə gələn veb ziyarətçilərə problemsiz bir təcrübə yaşadan, axtarış motorları ilə yaxşı oynayan və texnoloji yenilənmələri təmin edən bir veb sayt yaratmağa çalışırlar. Təqdim etdiyimiz xüsusi veb xidmətlərdən bəziləri:

  • Xüsusiləşdirilmiş veb sayt dizaynı
  • Responsiv veb dizayn
  • Mobil uyumlu saytlar
  • WordPress mütəxəssisləri
  • E-ticarət veb dizaynı və optimallaşdırması
  • Shopify veb dizaynı

Daha çoxunu öyrənməkdə maraqlısınız? Veb Saytların Hazırlanması Və Dizaynı xidmətimizdən istifadə etmək istəyirsiniz? BURADAN əlaqə formunu doldurun və ya bizə zəng edin. Veb saytınız haqqında daha çox danışmaq istərdik!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.