Azərbaycanda Ebay Satıcı Hesabı Necə Açılır? Ebay Dropshipping ilə Pul Qazanmaq

Share this post

Bu məqalədə Azərbaycanda Ebay hesabı necə açılır və dropshipping (dropşipinq) edərək necə pul qazana bilərsiniz bu mövzudan bəhs etdik.  Bildiyiniz kimi son vaxdlarda e-ticarət populyar bir hal alıb və bizlər də bundan bəhrələnməliyik.

Bloqumuzda sizlərlə bir sıra eticarət saytlarını paylaşırıq və məlumatlanmağınızı istəyirik. Bu məqaləmizdə də ebay haqqında yazdıq. Deməli əziz dostlar ebayda hesab açıb dropshipping edərək onlayn pul qazana bilərsiniz. Bunun üçün sizə bir komputer və internet lazımdır. Əslində telefon və tabletdən də bu işi görə bilərsiniz ama komputer daha rahat olar.

Dropshipping Haqqında

Dropshipping nədir bu haqda əvvəlki yazılarımızda məlumat vermişdik. Burada da qısaca izah edim. Lori dilində desək hər hansı bir saytda bir məhsul tapıb üzərinə biraz pul əlavə edib başqa bir saytda satmaq metoduna vəya iş modelinə dropşipinq (dropshipping) deyilir. Bunu onlayn vəya oflayn olaraq edə bilərsiniz.

Onlayn olaraq Ebay, Amazon, Etsy kimi saytlarda edə bilərsiniz. Bu yazıda mövzumuz ebay olduğu üçün ebay üzərindən izah etdik.  Əvvəla hesab açmaq barədə məlumat verim. Ebay saytına gəlirik  və sol yuxarı tərəfdə olan “register” düyməsinə klikləyirik.

Ebay Hesabı Açmaq

Burada “personal” və “business” hesapları aça bilərsiniz.

Əgər öz adınıza açacaqsanız personal, yox şirkətinizin adına açacaqsanız business seçirsiniz. Personal yəni şəxsi hesab deməkdir burada ad, soyad, email və parol yazacaqsınız. “Create personal account” düyməsinə vuracaqsınız. Şəxsi hesab üçün Google, Facebook və Apple hesablarınızla da sürətli şəkildə qeydiyat ola bilərsiniz. Bu personal yəni şəxsi hesab üçün idi. İndi isə keçək business hesabına:

Ebay Biznes Hesabı

Bəlkə aranızda şirkət hesabı adına açanlar da ola bilər.  Biznes hesabı üçün isə ekranda gördüyünüz kimi şirkət detallarınızı yazacaqsınız. Şirkət adınız, şirkət emaili, parol və şirkətinizin qeydiyyat olduğu ölkəni seçirsiniz. Azərbaycandadırsa Azərbaycan, başqa ölkədədirsə həmin ölkəni seçirsiniz. Və aşağıdada yazıb ki, əgər şirkətiniz qeydiyatlı deyilsə, yaşadığınız ölkəni seçin. (If your business isn’t registered, select your country of residence). Nəyisə Seçdiktən sonra “Create business account” düyməsinə klikləyib davam edirik. Və ebay hesabınız hazırdır.

Ebaydan Pul Çəkmək

Bundan sonra emailinizə gələn təsdiq linkinə klikləyib, daha sonra hesabınızı təsdiqləyəcəksiniz. Əgər əlavə suallar da versə cavablayıb tamamlayarsınız. Ebayda bank hesabı olaraq Payoneer hesabınızı işlədə bilərsiniz. Payoneer hesabını da onlayn olaraq rahat bir şəkildə aça bilərsiniz. Ebay pulunuzu bank hesabına 1-3 iş günü içində köçürdür. Əgər kart əlavə etsəniz karta da pulunuzu çəkə bilərsiniz. Onda da yarım saata kartda oturur pul. Təbii ki, karta köçürmə də biraz faiz tutur. Bunları sonralar özünüz qərarlaşdırarsınız. 

Ebay Dropshipping ilə Pul Qazanmaq

Hesabımız açıldı bəs nə sata bilərim? Bunun üçün Çin saytlarını istifadə edəcəyik. Aliexspres saytından məhsul tapıb Ebayda satırıq. Vəya Amazondan ya da bir başqa saytdan da tapa bilərsiniz. Əgər öz məhsullarınız varsa bir başa onları da sata bilərsiniz. Yəni çox rahatdı.

Dostlar baxın aliexspresdə çoxlu məhsullar var. Brend məhsullar çıxmaqla digər məhsulları tapıb sata bilərsiniz. Brend məhsullar sonralar problem yaratmasın deyə satmırıq. Ancaq sadə məhsullar tapırıq. Yəni marka olmayan məhsulları axtarın. Bu mütləqdi. Yoxsa brend məhsul qoyub sürətli şəkildə sata bilərsiniz ama tezliklə ebay bilsə və ya biri şikayət etsə hesabınız bağlana bilər. Ehtiyac yoxdur. Və başlarda az məhsul qoymalıyıqki, ebayda problem çıxmasın.

Ebaya Məhsul Yükləmək

Az az, gündə iki ya da üç üç məhsul yükləyin. Əgər vaxdınız yoxdursa bir bir də yükləyə bilərsiniz. Tələsməyin. Nəticədə iş qurursunuz. Bəhanələr sizi aldatmasın. Hər şeyin bir yolu var. Az olsun saz olsun.

Gəlin Nümunə bir məhsul göstərək. Baxın belə bir bilərzik var. Aliexspresdə $0.09 (9 sentdi) ama ebayda təkini $0.99 (99 sentə) satan var.

Hələ buna fikir verin, topdan da satır 50 dənə, 100 dənə qiymətinə də baxın. Qırmızı bilərzikdən 100 dənə seçəndə 24 dollar 60 sent edir.


Aliexpress Ebay Dropshipping

Aliexspresdə də 100 dənə alsaq 9 sentə vuranda 9 dollar edər. Aradaki qiymət fərqinə baxın. 24 dollardan 9 dolları çıxanda yerdə 15 dollar qalır. Ama hamısı sizə qalmır karqo pulu və ebayın da tutqularını çıxsaq sizə 5 dollar belə qalsa yenə də xeyir edir. 1 müştəridən 2 dollar da qalsa xeyir eliyir. Şükür edib  güvənli bir şəkildə hərəkət edərək satışlarınız zamanla artacaq. Hələ bir də manata çevirəndə lap xeyir edir.

Və əlli cür, yüz cür məhsul qoysanız gündəlik 5-10 satışınız olsa belə nə qədər pul edir. Hədəf qoyub o hədəfə də çata bilərsiniz.  Məhsulun qiymətini də özünüz hesablayırsınız. Bunun üçün də saytlar var. Birini paylaşacam. Salecalc (Seylkalk) saytıdı. Burada qiymətləri hesablaya bilirsiniz. Sayta girəndə ebay seçirsiniz.

Dropshipping üçün Qiymət Hesablama

Yəni ebay üçün hesablayacam deməkdi. Sayt avtomatik quraşdırılb ebay sisteminin gedişatına uyğun hesablayır. İndicə misal göstərim. Burada cost tərəfə gəlirik. Cost qiymət deməkdi yəni xərcləyəcəyimiz tutar. Aliexspresdən 100 dənə bilərzik alıb satacağımızı nəzərə alaraq, malın qiymətini 9 sentdən toplam 9 dollar yazacam bura (item cost).

Karqo

Karqo qalsın elə siz də ebayda karqo alacaqsınız ona görə onu hesablamıram. Əgər free shippinglə yollasanız onda hesablayarsınız. Miscellaneous cost – bu çeşitli tutqular deməkdi buraya təxmini 10 fazi qədər yazın bir məbləğ yazın, vergi üçün məhsulun 10 faizini hər ehtimala yazın sonralar təəcüblənmiyəsiniz deyə. 90 sent yazdıq. “Goala” isə qazanmaq istədiyiniz pulu yazın. Yəni sizə net qalacaq pulu yazın. Məsələn 5 dollar yazaq. Kateqoriya qalır, free insertion fee qalır, promoted listing isə əgər reklam açsanız ebayda onun faizini yazarsınız, payment processing elə ebayın özü qalır.

Qalan şeylərə dəyməyin elə qala bilər. Və sağ tərəfdə net profit göstərir yəni deyirki siz 17 dollar 86 sentə satsanız sizə 5 dollar qalacaq.

Ama diqqət etdinizsə kargo pulu qoymamışdıq. Kargonu bir başa ebayda yazacağıq. Ordan haqq hesab edəcək elə aldığımız karqo pulunu da aliexspresə ödəyəcəyik raşot olacaq. Bunu da göstərdimki hesablamalarınızı diqqətli edin. Karqonu da, əgər məhsulu alsa alıcı 20 dollar üstü ödəyər.

Elə ebayda satıcı 24 dollar 86 sentə qoyub görürsünüz. Dostlar ümidvaramki, başa düşdünüz. Əlimdən gəldiyi qədər göstərməyə çalışdım. Ama bu elə bir şeydiki gərək praktika edəsiniz. Üzərinizdə çalışasınız. Saytımızda digər yazılara da baxın məlumatlanın. Bu mövzularda fərqli yazılar da yazmağa çalışacağıq.

Onlayn E-ticarət Kursu

Bir də onu da deyimki, əgər ebay başda olmaqla  eticarəti dərindən öyrənmək istəyirsinizsə sizə məsləhət görə biləcəyim bir sayt var. Adı Eticaret Eğitim Kursudur. SAYTA girdikdən sonra Kurslarım səhifəsinə klikləyəcəksiniz. (Buraya klikləyərək birbaşa kurs səhifəsinə gedə bilərsiniz).  Burada üç fərqli kurs görürsünüz.

İkisi beşli, biri onlu kursdu. Onlu kursda dərsliklərin hamısı var. Ebay kursu beşi birində 5 in 1 Maxi kursundadı. Ora klikləyib incələyə bilərsiniz. Kursun qiyməti çox uyğundur. Cəmi 30 dollar və bu birdəfəlikdir. Ödəniş etdikdən sonra srazu kursa girib vidyoları izləyə bilirsiniz. Ebayla yanaşı maksi kursunun içində etsy, shopify, fiverr və rəqəmsal marketinq kursları da mövcuddur.

Kursda 232 dərs var və çoxu video şəklindədir. Yəni dostlar kəsdirmə yollar axtarırsınızsa bu kurslardan faydalana bilərsiniz. Yazımızı oxuduğunuz üçün təşəkkürlər. Sağolun. 

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.