Azərbaycanda Wise Hesabı Necə Açılır? Xarici Bank Hesabları

Share this post

Bu məqaləmizdə Wise hesabı necə açılır bu haqda yazdıq. Əvvəla Wise nədir, nə üçün önəmlidir onu izah edim. Əvvəllər TransferWise kimi tanınan Wise, qlobal pul köçürmələrinə yönəlmiş maliyyə texnologiyası şirkətidir. Bu şirkət sizə dünyanın bir çox ölkəsindən bank hesabı (wise hesabı açmaq) əldə etmə imkanı tanıyır. Həm də saniyələr içində….

Wise Haqqında

Yəni hesabınızı açıb təsdiqlədəndən sonra Amerika, Avropa, İngiltərə, Avustralya kimi ölkələrdən bank hesabınız olur. Sanki o ölkələrdə olub bank hesabı açmış kimi, bank detallarınızı əldə edə bilirsiniz. Bu da xaricdə iş görənlər üçün əhəmiyyətlidir. Deyəkki, Avustralya ilə iş görürsünüz və çoxlu müştəriləriniz var. Başqa yollar axtarmaq yerinə vəya Azərbaycandaki bank hesablarınıza pul köçürdüb çoxlu tutqu kəsilməyi yerinə elə avustralya bank detallarınızı müştərinizə verirsiniz ora pulu saniyələr içində köçürdürlər. Həm sizin, həm də müştəriniz üçün çox rahat olur.

Eyni qaydada digər ölkələr üçün də keçərlidir. Amerikayla bağlı işiniz də olsa amerikan bank hesabı detallarınız olur. Eyni anda çoxlu bank hesabınızı bir hesab içində daşıyır. Wise haqqında məlumatınız oldu. İndi isə keçək hesab açma hissəsinə. Hesab açmaq da çox asandır.Wise Haqqında

Telefondan, tabletdən ya da komputerdən hesab aça bilərsiniz. Telefondan açanda play storedan Wise programını yükləyərsiniz elə oradan bir başa wise hesabı açarsınız. Komputerdən isə Wise saytına gəlirsiniz. Bu arada linki açıqlama bölümünə qoymuşam asanlıqla linkə klikləyib bu sayta gələcəksiniz.  Saytda çoxlu dillər var. Rusca, Türkcə kimi dilləri də seçib işlədə bilərsiniz. Sayta girdikdən sonra “Register” (qeydiyyat ol) düyməsinə klikləyirsiniz. 

Wise Hesabı Açmaq

wise hesabı açmaq

Açılan yeni səhifədə emailinizi soruşur ora emailinizi yazırsınız.

Birbaşa Google, Facebook, Apple hesabınızla da qeydiyyat ola bilərsiniz. (wise hesabı açmaq). Tamamilə sizə bağlıdır. Qeydiyat olduqdan sonra emailinizə təsdiq mesajı gəlir və ora girib linkə klikləyib hesabınızı təsdiqlədirsiniz. Bir də bir neçə sual soruşur. Harda yaşayırsınız, ad soyad, vəsairə kimi məlumatları cavablandıracaqsınız. Ən axırda pasportunuzu yükləyib bir də 20 dollar kimi bir məbləği hesabınıza yükləyirsiniz. (Amerikaya getmədən necə dollar qazanmaq olar?)

Sizin hesabı tam halda təsdiqləmək üçün bunları istəyirlər. Hesabınız da dəqiqələr içində təsdiqlənir. Çox rahat çox gözəl bir saytdır. Rahatlıqla işlədə bilərsiniz dostlar. Bu məqalədə Wise haqqında məlumat vermək istədik. Wise hesabını eticarət işləriniz üçün də işlədə bilərsiniz. Bu arada saytımızda eticarət və internetdən pul qazanmaq ilə əlaqədar məqalələr paylaşırıq, oxuyub məlumat ala bilərsiniz. Əgər E-ticarət təlimi, kursu keçmək istərdinizsə də, sizə E-ticaret Eğitim Kursunu məsləhət görərdik. Sağolun!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.