Digital Marketinqdə Onlayn Varlığınızı Seçmənin Yolları. Onlayn Müştəri Qazanmağın Yolu

Share this post

 

Onlayn olmanın bu günlərdə nə qədər vacib olduğunu görə bilirsiniz. “Digitallaşmanın” ən açıq yolu veb saytdır. İlk veb saytlar, kimin, nəyin və harada olduğunu təsvir edən onlayn broşuralar kimi idi.

İndiki veb saytlar daha çox şey edə bilər. Saytınız insanlara araşdırma aparmağa, mütəxəssislərlə söhbət etməyə, müştəri rəylərini oxumağa, videoları seyr etməyə, əşyalar satın almağa, sifarişləri izləməyə və daha çox şeylərə kömək edə bilər. Bir veb saytın sizin üçün məntiqli olduğuna qərar verdiyiniz təqdirdə, əsas şey, saytınızın sizin biznes hədəflərinizi dəstəkləmək üçün nə etməli olduğunu düşünməkdir.

Əlbəttə ki, veb-sayt olmadan da onlayn iş görmək mümkündür. Məsələn, bir şirniyyat dükanınız varsa, müştərilərin sizi, veb saytla və ya veb saytsız tapa bilmələrini istəyərsiniz. Ən son nə vaxt ürəyinizdən alma piroqu keçdiyini düşünün. Yəqin ki, ‘yaxınlıqdakı şirniyyatçı’ kimi bir şey axtarışa vermisiniz və seçimlərinizi nəzərdən keçirmisiniz. Lokal bir şirniyyat dükanınının veb saytını görə bilərsiniz və ya lokal listinqlərdə yaxşı bir seçim tapa bilərsiniz.
Bəzi bizneslər Google My Business və Bing Places for Business kimi lokal listinqlərdən istifadə edərək digital varlıqlarını yaradırlar. Bu tip bələdçilər, bizneslərə deskripsiyalar, rəylər, xəritələr və şəkilər kimi detallarını dərc etmək imkanı verir.

Bu listinqlər ümumiyyətlə pulsuzdur və insanlar axtarış etdikdə, biznesinizin nəticələrdə görünməsinə kömək etmək üçün yaxşı bir yoldur. Lokal listinqlərdən başqa, insanların feedback verə biləcəkləri və sizin buna cavab verə biləcəyiniz revyu saytları da var. Tənqidi rəylər sizə rəqabətin üstün tərəfini verəcəkdir.

Digital varlığınız olaraq sosial mediadan da istifadə edə bilərsiniz. Bütün dünyada insanlar səhifələrini veb saytlarını tamamlamaq və ya üçün bəzi hallarda əvəz etmək üçün Facebook və Twitter səhifələrindən istifadə edirlər. Müştərilərə onlayn olaraq çatmağın başqa bir yolu, mobildir. Yəqin ki, mobil telefonunuza applikasiyalar (tətbiqetmələr) və ya oyunlar yükləmisiniz.

Bu tətbiqetmələri özünüz yarada və müştərilərə təklif edə bilərsiniz.
Aplikasiyalar müştərilərlə əlaqə qurmaq üçün mobil cihazın GPS, xəritələmə və telefon kimi unikal imkanlarından faydalana bilirlər. Müştəri sizin tətbiqetmənizi mobil telefonuna yükləyirsə, növbəti dəfə dükanınızın yanında olarsa, aplikasiya GPS sayəsində ona xüsusi təklif göndərə bilər. Aplikasiya ilə o dərhal sifariş verə bilər və beləliklə sifariş hazır olduğunda, növbə gözləmədən içəri daxil olub mobil telefonuna klikləyərək ödənişi edib sifarişi götürə bilər.

Mövcud, müştəriləri geri qayıtmağa təşviq etmək üçün mobil tətbiqlər çox vaxt loyallıq tulları kimi istifadə olunurlar. Örnək olaraq, məlum şirniyyat dükanından ilk dəfə mobil aplikasiya ilə sifariş verənlərə alma piroqunun yanında pulsuz kofe verə bilərsiniz. İcmal olaraq, istər veb saytdan, lokal biznes listinqlərdən, sosial mediadan, mobil tətbiqetmələrdən, istərsə də bunların hamısından istifadə edin, əsas məsələ müştərilərin nə etməklərini istədiyinizə qərar verməlisiniz. Sonra isə bu hədəfləri başaran bir növ ev yaratmalısınız. Ümumi şəkildə bu şeylər, müştərilərlə onlayn olaraq ünsiyyət qurmağınız üçün digital məkanınızın giriş qapılarıdır.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.