Veb Saytınız və Biznes Hədəfləriniz. Saytınızın Biznes Hədəfləriniz üçün Önəmi

Share this post

Müştərilərinizlə ortada görüşməyin, yəni veb saytınızın ziyarətçilərinizin istəklərini biznes ehtiyaclarınızla necə birləştirəcəyinə bir nəzər salmağın vaxtıdır. Öz hədəflərinizi unutmadan müştəri kimi necə düşünəcəyinizi və veb saytınızı buna uyğun olaraq necə dizayn edəcəyinizi izah edəcəyik.

Biznes hədəfləriniz üçün saytınızdan istifadə edin

Beləliklə, saytınızı dizayn etməyə başlayırsınız. Bunu edərkən həm hədəflərinizə, həm də ziyarətçilərinizin nə axtardığına nəzərə alın. Saytınızda insanların nə etməsini istəyirsiniz? Və insanlar sizin saytda nə etmək istəyirlər? Bu ikisi arasında əlaqə yaratmaq müvəffəqiyyətin sirridir.

Məsələn. Ən son nə vaxt telefon nömrəsi axtarmaqdan ötrü bir veb saytı ziyarət etdiyinizi düşünün. Bəlkə bir sual vermək və ya istiqamət almaq üçün bir dükana zəng etmək istəmisiniz. Nömrəni tapmaq asan idimi?

Bir biznesiniz varsa, telefon nömrənizi saytınızın hər səhifəsində ən çox görünən yerə yerləşdirdiyinizə əmin olun. Ziyarətçiləri təşviq edən bəzi mətnlər (indi zəng et) əlavə etməyi də düşünə bilərsiniz. Və ilk dayanacaqları olması halında Əlaqə səhifənizi asanlıqla tapmalarını təmin edin. Ayrıca, saytınıza baxan mobil istifadəçilərin yalnız bir kliklə sizə zəng etməsinə icazə vermək yaxşı bir üsuldur.

Müştəri kimi düşünün

Deyək ki, lokal bir çörək mağazanız var. mağazanızı daha çox yerlinin ziyarət etməsini istəyirsiniz. Bu vaxt müştərilərinizin ürəyi təzə kruvasan istəyəndə sizi necə tapacaqlarını bilmək istəyirlər. Konkret istiqamətlərlə birlikdə veb saytınıza xəritələr daxil etməklə proseduranı həm özünüzçün, həm də müştərilərçün asanlaşdıra bilərsiniz.

Yaxşı, ziyarətçilər veb saytınızda başqa hansı şeyləri axtara bilər? Qiymətlər? Xüsusi təkliflər? Xidmət verə biləcəyinizə dair uyğun olduğunuzu göstərən sertifikatlar? Bütün bunların asanlıqla mövcud olmasını təmin edərək, biznes hədəflərinizi ziyarətçilərinizin ehtiyacları ilə uyğunlaşdırırsınız. Və ziyarətçilərinizin veb saytınızda nə etdiklərini analitiklə ölçürsünüz.

Hekayənizi onlayn olaraq izah edin

İndi kontentdən yəni səhifələrinizdə istifadə edəcəyiniz sözlərdən danışaq. İstifadə etdiyiniz sözlər satış yönümlü ifadələrdən daha çoxunu ifadə etməlidir. Texniki jarqonlardan və özünüzü tərifləməkdən qaçının. Bunun əvəzinə, müştərinizin ehtiyaclarını necə ödəyə biləcəyinizi və ya yaşadıqları problemləri həll edə biləcəyinizi izah edin. Kontentinizi ziyarətçilərə kömək etmək üçün nələr edə biləcəyiniz baxımından şəkilləndirdikdə, məzmununuz həm daha faydalı, həm də daha cəlbedici olacaqdır.

Buna nail olmaq üçün özünüzə inamlı, eyni zamanda yumşaq bir tonda yazın. Auditoriyanız sadə insanlardan ibarət ola bilər, ona görə də gündəlik dildə anlayışları izah edin. Veb sayt ziyarətçilərinizlə əlaqə qurmağa kömək edəcək bir hekayə danışın. Problemini həll etdiyiniz məmnun müştərilərin rol aldıqları referanslar və videolar və ya insanların birbaşa məhsul və xidmətləriniz barədə saytınızda rəy yazmasına icazə vermək kimi şeylər həqiqətən kömək edə bilər.

Unutmayın, hər saniyə vacibdir. İnsanlar veb saytınızda uzun müddət qalmayacaq və sözləri sürətli bir şəkildə oxuya bilərlər, ya da heç oxumadan keçə bilərlər. Ancaq şəkillər, başlıqlar və aydın naviqasiya, hərəkətə keçməzdən əvvəl tam olaraq axtardıqlarını tapmalarına kömək edə bilər.

Veb saytınızı biznes hədəfləriniz və ziyarətçilərinizin istəkləri nəzərə alınmaqla dizayn edin və qurun. Beləliklə, bunun uğur qazanma şansı daha çox olacaqdır.

Veb Saytınızı Dizayn Etmək İstəyirsiniz? Buraya Klikləyərək Veb Sayt Dizayn Qiymətlərimizlə Tanış Ola Bilərsiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.