Amerikada Field Agent Applikasiyası İlə Pul Qazanmaq. Əlavə Gəlir Əldə Edə Biləcəyiniz Mobil Tətbiq

Share this post

Field Agent nədir?

Bir iPhone və ya Android sahibisinizsə, bu cihazlarla pul qazanmağın bir çox yolu olduğunu bilməkdən məmnun olacaqsınız – və Field Agent tətbiqi indiyə qədər qarşılaşdığımız ən gəlirli mobil tətbiqlərdən biri ola bilər.

Amerikada pul qazana biləcəyiniz möhtəşəm mobil tətbiqlərdən biridir. Field Agent, Amerika ilə yanaşı bir neçə ölkədə də fəaliyyət göstərir.

Əvvəlcə bunu bilmək lazımdır ki, bu tətbiqdən istifadə etmək üçün ABŞ, Kanada, İngiltərə, Avstraliya, Cənubi Afrika, Ekvador və Meksikada olmaq lazımdır. Hal hazırda 7 ölkədə mövcuddur. Əslində bu məqaləmizi məhz bu ölkələrdə yaşayanlar üçün əlavə etmək istədik. Bu ölkələrə gedirsinizsə, orada qaldığınız müddətcə bu tətbiqdən  istifadə edib xərclərinizi qarşılaya bilərsiniz. Həm də bu, ölkələrdə tələbələr üçün pul qazanmaq və əlavə gəlir əldə etmək adına ideal bir vasitədir.

Field Agent tətbiqi necə işləyir?

Telefonunuzdakı tətbiqlər mağazasına (App Store və ya Google Play Store) gedin. “Field Agent”-i axtarın və tətbiqi yükləyin. Applikasiya tamamilə pulsuzdur.

Tətbiqi yüklədikdən sonra onu yerli ərazinizdəki işləri yoxlamaq üçün qura bilərsiniz. Bu işlər bir birindən çox fərqlənir, lakin çox vaxt alış-veriş mağazalarında nəsə etməyi əhatə edir. Məsələn, tətbiq vasitəsilə sizdən telefonunuzla yerli mağazalarınızdakı vitrinlərin içərisində olan müəyyən bir məhsulun şəklini çəkməyinizi istənilə bilər. Və ya məhsulun vitrində neçə ədəd olduğu sualı soruşula bilər. Bir sözlə, tətbiq bölgənizdəki marketleri göstərir, seçirsiniz və seçdikdən sonra sizə tapşırıqlar verməyə başlayır. Bir neçə missiya ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi, sizdən istənilən məhsulun şəklini çəkməyiniz və ya neçə ədəd olduğu soruşula bilər, və s. kimi şeylər.

Lazımi şəkilləri çəkib Field Agent-ə yüklədikdən sonra, tapşırıq üçün verəcəkləri pulu dərhal tətbiq hesabınıza köçürürlər.

Tətbiqdə problemlərin aradan qaldırılması və güncəllənməsi ilə əlaqədar əlavə kömək üçün Field Agent, istifadəçiləri üçün məsləhətlər və mənbələr ilə doludur.

Field Agent ilə nə qədər pul qazanarsınız?

Ödəyəcəkləri məbləğ görəcəyiniz işdən asılıdır, amma əksər işlərdə görə bildiyimiz qədəriylə bir neçə dollardan on iki dollara qədər pul qazana bilərsiniz. Qazandığınız pul, missiyaları bitirdikdən 48 saat ərzində Field Agent hesabınızda görünəcəkdir.

Bundan sonra pulunuzun Paypal, bank hesabınıza və ya Dwolla hesabınıza göndərilməsini tələb edə bilərsiniz.

Field Agent Xalı nədir?

Tətbiqə “85/100 bal” ilə başlayırsınız. Daha çox iş görsəniz, hesabınız artacaq. Təlimatlara əməl etmədən və ya işinizi icra etmədən işləri görsəniz, xalınız aşağı düşə bilər.

Xalınız nə qədər yüksək olarsa, yüksək ödəmə missiyalarına çatma şansınız da arta bilər. Bir işi qəbul etdikdən sonra, onu başa çatdırmaq üçün 120 dəqiqə vaxtınız var. Bu müddət ərzində təyin olunmuş yerdə ola biləcəyinizi dəqiqləşdirmədikcə heç bir şeyi qəbul etməyin.

Saytın yazdığına görə, bütün işlərin təkcə mağazaya baş çəkmədən hətta bir qisminin evdən də edilə biləcəyini deyir,  amma siyahıda hələ mağazada olmağı tələb etməyən bir şey görünmür.

Field Agent tətbiqindən ABŞ xaricində də istifadə etmək mümkündür mü?

Bəli. Field Agent ABŞ, Kanada, İngiltərə, Avstraliya, Cənubi Afrika, Ekvador və Meksikada istifadəsi mümkündür.

Field Agent hansı cihazlarda istifadə edilə bilər?

Bunu iPhone və Android cihazlarında istifadə edə bilərsiniz.

Field Agent istifadəçiləri nə deyir?

İnsanlar həqiqətən Field Agent-i sevirlər! Bəzi insanlar Field Agent tətbiqi ilə həqiqətən məqbul miqdarda əlavə pul qazanırlar. Pul çəkmək istədiyinizdə ödəyirlər.

Yoxlamaq istərdinizmi?

Mobil tətbiq haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, Field Agent-in veb saytına gedərək ətraflı məlumat əldə edə bilərsiniz. Zəhmət olmasa buraya ötürüb, tətbiq haqqında nə düşündüyünüzü yazın. Oxuduğunuz üçün təşəkkürlər!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Azərbaycanda Onlayn Bank Hesabı Açmaq

Salam əziz oxuyucular, bu məqalədə evdən çıxmadan onlayn (online) olaraq necə bank hesabı aça bilərsiniz mövzusunu oxuyacaqsınız. Bildiyiniz kimi, bank hesabı açmaq üçün banka getsək,

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.