VPS Nədir? VPS Necə Qurulur? PayPal üçün Onlayn VPS Almaq

Share this post

VPS Nədir?

VPS (Virtual Private Server) Virtual Şəxsi Server deməkdir. Admin panelindən onlayn hesab açmaqla siz icarəyə götürdüyünüz virtual kompüterə uzaqdan qoşula bilərsiniz. Bu virtual kompüterlər Windows interfeysinə malikdir və onların IP adresləri müxtəlif yerlərdə ola bilər. Kəşf etdiyimiz VPS şirkəti Amerikada yerləşən IP adresinə malik VPS ilə təmin etdiyi üçün işimizi çox yaxşı yerinə yetirir və qiymətləri də münasibdir.

Hansı VPS şirkətini istifadə etmək daha yaxşıdır?

Kirayə server xidməti təmin edən bəlkə də minlərlə hostinq şirkətləri var, lakin burada önəmli amil istifadə edərkən ödəyəcəyiniz qiymət və IP ünvanının yerləşdiyi yerdir. Bu mənada, sizə tövsiyyə edəcəyimiz şirkət Kamatera.com olacaq. Bu şirkətlə əlaqəli detalları və virtual bir serveri kiralayıb onunla necə qoşulacağınız mövzusunda ən kiçik xırdalıqlara qədər sizə izah edəcətik.

Kamatera.com Nədir?

Kamatera.com bulud əsaslı server xidmətləri göstərən hosting şirkətidir. Qiymətləri və 1 aylıq pulsuz xidməti ilə son zamanlar çox məşhurlaşmağa başlayıblar. Sınaq istifadəniz başa çatdıqda, xidmətin sizə baha başa gəlməməsi üçün saatbaşına görə qiymətəndirməsi olan bir strukturu var.

Məsələn, əgər siz bu VPS şirkəti ilə yalnız Paypal.com-da qeydiyyatdan keçmək və hesablarınızdan istifadə etmək üçün işləyəcəksinizsə, virtual kompüteri yalnız ondan istifadə etdiyiniz zaman açırsınız və sizdən həmin dəqiqələr üçün ödəniş tutulur. Saatlıq və dəqiqəlik istifadə ödənişləri olduqca münasib (hətta ən uyğun firma deyə bilərik) bir şirkətdir. Bundan əlavə, saatlıq ödənişləri saymasaq, aylıq sabit ödənişləri əks etdirmədiyi üçün Amerikada çox ucuz qiymətə aylıq virtual bir kompüterə sahib olursunuz.

Saatlıq Qiymətləndirmə

Kamatera.com-dan Windows server icarəyə götürdükdə siz ondan 1 ay pulsuz istifadə etmək fürsəti əldə edirsiniz. Ancaq bu müddət bitdikdən sonra istifadə etdiyiniz qədər ödəniş edəcəyiniz bir sistemə keçəcəksiniz. Serverinizi istifadə etmədiyiniz zaman panelinizdən söndürməklə ayın sonunda gülməli miqdarda az ödənişlər edə bilərsiniz.

Gəlin qiymət təfərrüatlarına baxaq;

Qeyd: Qiymət cədvəlinə daxil olmaq üçün bu linkə klikləyə bilərsiniz. Server xüsusiyyətləri bölməsini seçməklə aylıq istifadə xərclərinə baxa bilərsiniz.

Yuxarıdakı ekran görüntüsündən də göründüyü kimi, 1 Core prosessoru və 2 Gb ram yaddaşı olan Windows virtual serveri saatda 0,034 dollar xərcləyir. Başqa sözlə, yalnız paypal üçün istifadə edəcəyinizi fərz edərək bir ay ərzində bir paypal hesabı açdıqdan sonra serverdə sərf olunacaq vaxtı çox qiymətləndirsək, məsələn ən çoxu 30 saat (hətta bu belə kifayət qədər çoxdur), ayın sonunda sizin cibinizdən cəmi 1 dollar gedəcək.

PayPal üçün bir VPS-I necə əldə etmək olar?

Kamatera.com ilə bu olduqca asan və pulsuzdur. Biz uzun müddətdir ki, bu sistemdən öz əməliyyatlarımız üçün istifadə edirik, çox razıyıq və hələ ki, buna görə heç bir əlavə komissiya tutulmayıb. Kamatera ilə bu üslubda, yəni “işlədikcə ödə” sistemi ilə işləyən VPS-ə necə sahib ola biləcəyinizi və uzaqdan qoşulma mərhələlərini addım-addım sizinlə paylaşacağıq.

Üzvlük

Üzv olmaq üçün Kamatera.com saytına daxil olun və “GET STARTED FOR FREE” (“PULSUZ BAŞLAYIN”) düyməsinə klikləyin.

Siz e-mail adresi və şifrə qeyd edərək dərhal sistemə abunə olmağa başlaya bilərsiniz.

Onlar qeydiyyat zamanı daxil etdiyiniz e-mail adresinə bir keçid göndərəcəklər, siz bu doğrulama linkinə klikləməklə üzvlüyünüzə başlaya və server idarəetmə panelinizə daxil ola bilərsiniz.

Onlar sizi aşağıdakı kimi bir server idarəetmə paneli ilə təmin edəcəklər.

Server panelinə daxil olduqdan sonra sizin ilk işiniz ödəniş və faktura məlumatlarını daxil etmək olacaq. Ödəmə menyusuna gedin və tələb olunan sahələri doldurun. Əgər ABŞ vəs. başqa ölkədə şirkətiniz varsa, şirkət məlumatlarınızı bu yerə daxil edin. Belə olduqda, gələcəkdə invoys aldığınız zaman xərcləri göstərmək lazım olduğunda, burada yerləşən fakturaları vergidən tuturlar.

Bu mərhələdə serverin aktiv olması üçün kart məlumatlarınızı daxil etməlisiniz. Virtual kartınıza bir neçə dollar atıb onu sistemə qoşa bilərsiniz.

Kartınızı sistemə qoşun və 30 günlük pulsuz istifadə müddətinə başlayın.

Ödəniş məlumatlarını daxil etdikdən sonra indi server yarada bilərsiniz. Aşağıdakı amərhələləri yerinə yetirərək yeni bir Windows serveri yaradaq;

Bunun üçün MyCloud menyusundan Serverlər bölməsinə klikləyin və server quraşdırma səhifəsinə keçmək üçün “Yeni Server Yarat” (Create New Server) butonuna klikləyin.

Yeni serverinizin hansı bölgədə olmasını istəyirsəniz, o bölgəni seçin. Biz bu virtual serverdən PayPal üçün istifadə edəcəyik. Amerikada şirkətiniz olduğunu nəzərə alırıq və ona görə də Şimali Amerika bölgəsini seçirik və həmin bölgədən Nyu Yorku seçirik. İstəsəniz, ABŞ daxilində Texas, Santa Clara kimi fərqli yerlər də seçə bilərsiniz. 

Qeyd:  Əgər Avropada vs. başqa ölkələrdə şirkətiniz varsa, ona görə VPS ölkəsi seçin. Əgər İngiltərədirsə İngiltərə VPS, Estoniyadırsa Estoniya VPS vs. bu şəkildə seçə bilərsiniz. (Əgər heçbir ölkədə şirkətiniz yoxdursa və hələdə PayPal əldə etmək istəyirsinizsə Bizimlə Əlaqə saxlayın)

Amerika server yerini seçdikdən sonra sizdən server növünü seçmək istəniləcək. Bu mərhələdə Windows server seçərək davam edəcəyik. Versiya olaraq 2019 standartını seçə bilərsiniz. Versiya çox önəmli deyil, önəmli olan serverin Windows tipli olmasıdır. Linux tipli serverlərin Windows qrafik interfeysi yoxdur, bu tip serverlər komanda əmri vasitəsilə qabaqcıl biliyə malik insanlar tərəfindən idarə olunur. Beləliklə, Windows-u seçin və davam edin.

Bu mərhələdə serverin sistem resurslarını aşağıdakı kimi seçməlisiniz. Faydalı server üçün funksiyaları aşağıdakı kimi seçə bilərsiniz. Bu xüsusiyyətlər kifayət qədər yetərlidir. Daha çox funksiya seçsəniz, saatlıq xərcləriniz artacaq.

Bu mərhələdə sizdən serverinizə uzaqdan qoşularkən daxil edəcəyiniz parol və server adını qeyd etməyiniz xahiş olunur. Bir qədər uzun və mürəkkəb şifrə daxil etməlisiniz. Server adı vacib deyil, istənilən adı daxil edə bilərsiniz, məsələn: “myserver1″i daxil edin. Parolu unutsanız, onu daha sonra idarəetmə panelindən dəyişə bilərsiniz.

Ödəmə üsulunu “Saatlıq” (Hourly) olaraq seçin və “Server Yarat” (Create Server) butonuna klikləyin.

Server yaranmağa başladı. Bir neçə dəqiqədən sonra serveriniz qurulacaq və qoşulmağa hazır olacaq.

Serverin quraşdırılması tamamlandıqdan sonra o, artıq qoşulmağa hazırdır. Server məlumatlarına daxil olmaq üçün Mycloud-un altındakı serverlər menyusuna daxil olub serverinizə baxa bilərsiniz.

Aşağıdakı şəkildə gördüyünüz kimi IP sahəsində serverinizin IP ünvanını görə bilərsiniz. Uzaqdan qoşulmaq üçün bizə bu IP ünvan lazımdır.

Uzaqdan Serverə qoşulma

Serverimizin IP ünvanını bildikdən sonra indi uzaqdan serverimizə qoşulub ondan istifadə etməyə başlaya bilərik. Bunun üçün kompüterinizin axtarış bölməsinə “uzaq masa üstü” (Remote Desktop) yazaraq uzaq masaüstü əlaqə alətini işə salın.

Qeyd: Əgər komputerinizin dili İngiliscədirsə, onda “Remote Desktop Connection” olaraq axtarın.

Sonra serverin IP ünvanını daxil edib serverinizə baxın. 

İstifadəçi adı bölməsində “Administrator” şifrə bölməsinə isə quraşdırma zamanı yaratdığınız parolu daxil edin və serverinizə qoşulun.

Şifrənizi daxil etdikdən sonra indi serverə qoşulmusunuz. Server tamamilə sizin nəzarətinizdə olacaq. Bu server IP ünvanı Amerikada yerləşdiyi üçün Paypal sizi Amerikadan qoşulmuş kimi qiymətləndirir, beləliklə siz ünvan yoxlama hissəsini keçə bilərsiniz.

Qeyd: PayPal.com-a heç vaxt Azərbaycandakı kompüterdən daxil olmayın, əks halda sizdən ünvanınızı yoxlamaq istənəcək. Bu mərhələdə siz öz adresinizə faktura göstərməlisiniz.

Siz PayPal.com-a daxil olub fərdi hesab və ya biznes hesabı aça bilərsiniz. Hesab açarkən şirkətiniziin Amerikadakı ünvanını yazın, heç vaxt Azərbaycandakı ünvanınızı daxil etməyin. SSN və ya ITIN sahəsinə ITIN əldə edib yaza bilərsiniz. (ITIN əldə edə biləcəyiniz güvənli bir sayt)

Server ilə işləmədiyiniz zaman onu dərhal dayandırın ki, pulsuz sınaq müddəti bitdikdə saatlıq ödənişə keçdiyiniz zaman kreditiniz tükənməsin və ya ödənişləriniz artmasın.

Bunun üçün siz server panelindəki “Fəaliyyətlər” (Actions) butonuna klikləyərək “söndürmə”ni (power off) seçə bilərsiniz. Bu əmri verdiyiniz zaman serveriniz bağlanacaq. Yenidən işiniz olduğunda buradakı “Actions” düyməsindən “power on” əmrini verərək serveri aça və eyni üsulla serverə uzaqdan qoşula bilərsiniz.

Nəticə

Heç bir ödəniş etmədən serverdən 30 gün pulsuz istifadə edə bilərsiniz. Vaxt bitdikdən sonra siz saatlıq istifadə rejiminə keçirsiniz və ay ərzində istifadə etdiyiniz saatların miqdarı ayın sonunda kartınızda əks olunur. Əgər virtual kartdan istifadə edirsinizsə və kartda balans olmazsa onlar kartınızdan pul çıxa bilməzlər. Beləliklə, ödəniş hissəsinə nəzarət edirsiniz. 

Əgər heçbir ölkədə şirkətiniz yoxdursa və hələdə PayPal əldə etmək istəyirsinizsə Bizimlə Əlaqə saxlayın. Kamatera saytına getmək üçün Buraya Klikləyə bilərsiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Azərbaycanda Onlayn Bank Hesabı Açmaq

Salam əziz oxuyucular, bu məqalədə evdən çıxmadan onlayn (online) olaraq necə bank hesabı aça bilərsiniz mövzusunu oxuyacaqsınız. Bildiyiniz kimi, bank hesabı açmaq üçün banka getsək,

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.