fbpx

Biznes Strategiyası Nədir? Onlayn Biznes Strategiyasını Planlamaq

Bu yazını paylaşın

Share on facebook
Share on linkedin
Share on twitter
Share on telegram
Share on email

Beləliklə, onlayn biznes strategiyası haqqında daha çox bilmək istəyirsiniz və ya mövcud strategiyanı yaxşılaşdırmaq istəyirsiniz?

Bu məqalədə onlayn biznes strategiyası yaratmağın müsbət təsirini, yaxşı bir strategiyanın necə göründüyünü və biznes məqsədlərinizə çatmaq üçün həyata keçirə biləcəyiniz ümumi şeyləri araşdıracağıq.

Onlayn biznes strategiyası, biznes məqsədlərinizə çatmaq üçün həyata keçirə biləcəyiniz onlayn fəaliyyətlərin yazılı olaraq icmalıdır. Yəni, bütün ideyaları beyninizdən çıxardıb istifadə edilə blən bir formata çevirmək deməkdir. Bu, işləmək üçün hədəfləri müəyyənləşdirməyə və dəqiqliyinizi, diqqətinizi artırmağa kömək edə bilər.

Onlayn bir biznes onlayn biznes strategiyasından necə faydalana bilər?

Təsəvvür edin ki, daha çevik olmaq üçün yeni bir fitnes hədəfi təyin etmisiniz. İndi 7 km, qaçış kardiyanız üçün əla ola bilər, ancaq bu, gözünüzü ala bilmədiyiniz o elastik yoqa pozisiyasını bacarmağınıza təsir etməyəcəkdir. Bunu etmək üçün məşqinizi hədəfinizə çatmağa kömək edəcək əsas sahələr ətrafında qurmalınız və bu vəziyyətdə daha çevik olacaqsınız. Qaçış bunun bir hissəsi ola bilər, amma dartınmanın həmin pozisiyanı etməyinizə daha çox xeyri olacaqdır . Eynilə, hədəflərinizə uyğun fəaliyyətləri müəyyənləşdirmək, biznes ehtiyaclarınızı necə qarşılayacağınızı daha yaxşı anlamağınızı təmin edəcəkdir.

Biznes strategiyası yaradarkən ən yaxşı təcrübələr

Onlayn biznes strategiyasını yaratmağa nədən başlayırıq?

  • İlk addım hədəflərinizi açıq şəkildə müəyyənləşdirməkdir. Bəlkə də satışları 20% artırmaq və ya 100 potensial müştərini müəyyənləşdirmək istəyirsiniz. Hədəflər təyin etmək sizə istiqamət və izləyəcəyiniz aydın bir yol verəcəkdir.
  • İkinci etap biznesinizin nəyi təmsil etdiyini açıqlamaqdır. Yəni, sadə bir cümlə ilə missiyanın ifadə edilməsidir. Məsələn, bu “daha sağlam bir toplum olmağa ilhamlandırmaq” və ya “gündəlik fitnes üçün əyləncəli yerlər təmin etmək” ola bilər.
  • Eyni zamanda Unikal Satış Təklifinizi (USP- Unique Selling Point) də müəyyənləşdirməlisiniz – bu, sizi onlayn rəqiblərinizdən ayıran şeydir. Bunun üçün bənzər işlər görən bizneslərə baxıb araşdırmalar edərək sizi nəyin fərqləndirdiyini tapmalısınız və sizi fərqləndirən şeylərin üstündə çalışmalısınız. Əgər yoxdursa, öz USP-nizi yaratmalısınız. Məsələn, müştəri xidməti sizi rəqiblərinizdən ayıran şeydirsə, bu, sizin Unikal Satış Təklifinizdir, yəni USP-nizdir.

Ümumi hədəflər və onlara çatmaq üçün populyar strategiyalar

Nə əldə etmək istədiyinizi anlamaq, doğru zamanda doğru qərar verməyinizə kömək edəcək. Bəzi tipik hədəflər və onları həll etmək üçün istifadə edilə bilən strategiyalar:

  • Satışları artırmaq: Hədəfiniz onlayn satışları artırmaqdırsa, veb saytınıza daha çox trafik çəkmək buna kömək edə bilər. Ödənişli reklamlardan kontent marketinqə qədər bu hədəfə nail olmağınızın bir çox yolları var.
  • Biznes və ya marka bilinirliyini artırmaq: Sosial media həm yeni, həm də mövcud müştərilər üçün marka bilinirliyini artırmağın məşhur bir yoludur. Dəyərlərinizi, kimliyinizi ifadə etmək və auditoriyanızla əlaqə qurmaq üçün sizi bir platformla təmin edir.
  • E-mail marketinq siyahınızı böyütmək: Müştəriləri e-mail marketinqinə qeydiyyatdan keçməyə təşviq etmək üçün auditoriyanız sizdən nə əldə etməyi gözlədiyini açıq şəkildə əlaqə qurmaqla öyrənməyə çalışın. xüsusi kontent və ya yalnız üzvlərin yeniləmələri olsun. Məsələn, ekszklüziv məzmun və ya üzvlərə xas yeniliklər.

 

Bizdən Onlayn Biznes Strategiyası Alın

Bülletenimizə abunə olun

Yeniliklər əldə edin və ən yaxşısını öyrənin

Daha Çox Məqalə

Biznesinizi Yüksəltmək İstəyirsiniz?

Bizə Yazaraq İlk Addımı Atın

Bülletenimizə abunə olun

Yeniliklər əldə edin və ən yaxşısını öyrənin

Bizi İzləyin

© 2020 NM Digital Team - Bütün hüquqlar qorunur.