Dropshipping Nədir? Amazon və Ebay-da Dropshipping Edərək Onlayn Pul Qazanmaq

Share this post

Əvvəlcə Dropshipping nədir? Dropshipping stoksuz məhsul sataraq pul qazanmaq deməkdir! Siz tədarükçünün saytından istənilən məhsulu alıb öz mağazanızda və ya istənilən onlayn platformalarda siyahıya salırsınız, yəni məhsulu yerləşdrirsiz. Tədarükçü 2-yə satırsa, siz 6-ya satırsınız. Beləlikə, müştəri saytınıza gələndə sifariş verir, pulunu ödəyir və siz birbaşa təchizatçıya ödəyirsiniz. Daha sonra isə müştərinin məlumatlarını ona köçürürsünüz və təchizatçı məhsula toxunmadan onu müştərinizə göndərir. Qazancınız 2 alıb 6-ya satmaq oldu! Beləliklə, istənilən qiyməti təyin edə bilərsiniz. Məsələn, 4, 5 və ya 7-yə sata bilərsiniz, bu sizə qalıb.

Dropshipping biznes modelini istənilən yerdə edə bilərsiniz. Bu biznes modelini öz onlayn mağazanızda (Shopify və ya öz wordpress saytınızda), Ebay, Amazon, Etsy və ya başqa yerdə inkişaf etdirə bilərsiniz. (Dropshipping Kursu)

Bir sözlə, dropshipping ilə məhsulu görmədən, qablaşdırmadan, göndərmədən belə pul qazana bilərsiniz. Bunun üçün yalnız kompüter, internet və satacağınız platformanın olması kifayət edəcək.

Bu işi davam etdirmək üçün Aliexpress, Amazon, Walmart, Ebay, Doba, Worldwidebrands kimi saytlarda və ya ABŞ-da bir çox lokal və sürətli yollarla təchizatçılar tapa bilərsiniz.

Ancaq hələ ki, Amazon və ya Ebay vasitəsilə dropshipping daha yaxşı, sərfəli və sürətli geri dönüşdür. Sürətli geri dönüş deyəndə bilirsiniz ki, öz mağazamızda dropshipping ediriksə, reklam xərclərini nəzərə almalıyıq. Sadə bir misal göstərmək üçün deyək ki, sizin A məhsulunuz var və bu məhsulu öz onlayn mağazanızda (məsələn, Shopify-da) yerləşdirirsiniz. Təbii ki, rməhsulları yerləşdirdikdən sonra reklam etsəniz (Facebook və ya Google-da), pul xərcləməli olacaqsınız.

Və əlavə olaraq satıb-satmayacağınız bilinmir. Çünki onlar sizi tanımır və insanlar bu mövzularda həssasdırlar. Niyə bilinməyən saytdan alsınlar? Aşağılamırıq, əksinə, gələcəkdə daha yaxşı olacaq, axı bu, sizin öz saytınızdır. Amma reklam büdcəniz varsa, onda bir cəhd edin deyərdik. Bir də ödəniş üsulları ayrı bir məsələ olduğu üçün Azərbaycanda Paypal və Stripe işləmir. Bunun üçün bir şirkət açmaq lazımdır. Bunları da nəzərə almalısınız.

Digər tərəfdən, Ebay, Amazon vs. kimi böyük platformalar var. Sadəcə düzgün məhsulu siyahıya salmalısınız. Çünki Amazona daxil olan alıcı sizi yox, Amazonu tanıyır və sadəcə məhsulu bəyənir, dərhal alır. Və ya Ebay, eyni şəkildə.

Tutaq ki, siz həm Ebay, həm də Amazon-da A məhsulunu yerləşdirirsiniz. İndi özünüzə sual verin: Müştəri A məhsulunu saytınızdan, yoxsa Ebay və Amazon kimi saytlardan daha tez alır?

İstəsəniz sınaqdan keçirə bilərsiniz, sadəcə olaraq bir məhsul tapıb həm öz saytınızda, həm də bu böyük platformalarda eyni anda yerləşdirin. Görün hansı daha tez satılacaq.

İndi isə qazandığınız pulları əldə etməyə keçək. Amazon qazandığınız vəsaiti Payoneer və ya hər hansı xarici bank hesabınıza köçürə bilərsiniz. Ebay-da da eyni şəkildə. Məhsulları satmaq üçün Payoneer və ya Wise hesabınızdan istifadə edə bilərsiniz. Bu yazımızda biz Dropshipping biznes modelini sizə izah etdik, lakin bu biznes modelinin həm müsbət, həm də mənfi tərəfləri var. Bu məsələlər haqqında gələcək yazılarımızda danışacağıq. Amazon Dropshipping Təlimi əldə etmək istəyirsinizsə, İNDİ KLİKLƏYİN! 

Əgər bu iş modelini ətraflı öyrənmək istəyirsinizsə yuxarıdaki Dropshipping Kursuna qoşularaq, eyni zamanda internetdən pul qazanma yollarını da öyrənə bilərsiniz.

Oxuduğunuz üçün təşəkkür edirik!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.