fbpx

İnternetdən Pul Qazanmaq Yolları. Evdən Əlavə Pul Qazanmaq

Bu yazını paylaşın

Share on facebook
Share on linkedin
Share on twitter
Share on telegram
Share on email

 

Bir çox insan tam zamanlı gəlir mənbəyi olaraq evdən işləməyə başlasa da, bəzi insanlar sadəcə borclarını ödəmək, çətin günlər üçün pul yığmaq və ya təcili durumlar, impulsiv alış-verişlər üçün biraz ekstra pul qazanmaq istəyirlər. Əvvəllər əlavə pul qazanmaq istəyənlərə ikinci bir iş tapmaq lazım idi. Xoşbəxtlikdən, zaman dəyişdi. İstər bacarıqlarınız, biliyiniz, istərsə də ətrafınızdakı istifadə olunmamış əşyalarınız olsun, sahib olduğunuz varlıqlardan yararlanaraq evinizi tərk etmədən pul qazanmaq olar. Evinizi tərk etmədən internetdən necə pul qazana bilərsiniz?

Evdən əlavə pul qazanmağınız üçün nəzərdən keçirməli olduğunuz 8 yol:

1. İstifadə olunmuş və lazımsız əşyalarınızı satın

eBay, müxtəlif istifadə olunmuş və lazımsız əşyaları satmaq üçün məşhur bir qaynaqdır. Bununla birlikdə, eBay-da kitablar, cəvahirat, toy geyimləri və elektronika kimi istifadə olunmuş xüsusi əşyaları satmaq üçün əlavə seçimləriniz var.
Bu satış saytlarından qazancı artırmaq üçün əşyanın gözəl şəklini çəkmək və cəlbedici, dürüst bir açıqlama yazmaq vacibdir.

İstifadə olunmuş əşyaları onlayn olaraq satmaq üçün yerlər:

Amazon: Hər şey
eBay: Hər şey
BookFinder: Kitablar və dərsliklər
ThreadUp: Geyimlər
Decluttr: DVD, CD və oyunlar
Gazelle: Elektronika
RubyLane: Klassik, əntiq və kolleksiyalar
NearlyNewlyWed: Gəlinlik paltarları və aksesuarları

Lokal ərazinizdə onlayn satış üçün yerlər:

5miles
Carousell
Craigslist
LetGo
Listia
OfferUp

Oflayn satışı da unutmayın. Qaraj satışı edə bilərsiniz və ya lokal bir əmtəə dükanına baş çəkə bilərsiniz.

2. Mikro işçi kimi tapşırıqları yerinə yetirib ödəniş alın

Hal-hazırda “gig iqtisadiyyatı” adlandırılan yerdə sərbəst işçi (freelancer) kimi bacarıqlarınızı kirayə vermək üçün artan sayda imkanlar var. İşçiləri işə götürmək əvəzinə, bütün ölçülərdə bir çox bizneslər araşdırma, veb sayt güncəlləmələri, transkripsiya, məlumatların daxil edilməsi və qrafik yaradılması kimi işləri yerinə yetirmək üçün layihəyə əsaslanan sərbəst işçilər kiralayırlar.

Bəzən kraudsorsinq də adlanan mikro iş saytları, zaman-məhdudiyyətli vəzifələri yerinə yetirə bilən sərbəst işçiləri, onlara ehtiyacı olan bizneslərlə birləşdirir. Mikro iş layihələri qısamüddətli və çox vaxt yüksək ödənişli olmasa da, mikro işçi olaraq ayda 1000 dollar və ya daha çox pul qazanan insanlar var.

Sərbəst (freelance) işlərin reklamını edən mikro saytlara daxildir:

MechanicalTurk

Clickworker 

Microworkers

QuickTate (transkripsiya)

RapidWorkers

TaskRabbit

3. Smartfonunuzla pul qazanın

Endirimlər, kuponlar, hətta nağd pul və ya sevdiyiniz mağazalar və restoranların hədiyyə kartları üçün istifadə oluna biləcək xallar da daxil olmaqla, smartfonunuzdan əldə edə biləcəyiniz yararlar möhtəşəmdir.

Bir neçə pul qazandıran mobil tətbiqlər:

EasyShift

Field Agent

Gigwalk

Ibotta

Paribus  

Receipt Hog

Shopkick

Swagbucks

Viggle 

4. Şəkillərinizi internetdə satın

Vizual internet gücləndikcə, veb sayt sahibləri, bloqqerlər, e-nəşriyyatçılar, video hazırlayanlar və başqaları kontentləri üçün keyfiyyətli şəkillərə ehtiyac duyurlar. Ancaq şəkillərinizdən pul qazanmaq üçün peşəkar bir fotoqraf olmağınız vacib deyil. Smartfonunuzdan çəkilən keyfiyyətli fotoşəkillər, çox vaxt onlayn satış üçün kifayət qədər yaxşıdır.
Bir çox fotoşəkil saytları adətən PayPal vasitəsilə şəkilinizin satışının 15% -dən 60% -ə qədərini ödəyir.

Şəkillərinizi və qrafiklərinizi satacağınız yerlərə aşağıdakılar daxildir:

Adobe Stock 

Bigstock

Dreamstime

FreeDigitalPhotos.net

iStock

5. Avtomobilinizlə pul qazanın

Avtomobilinizdən pul qazanmağın bir neçə yolu var, Məsələn, insanlara taksi, xidməti göstərmək, avtomobilinizi icarəyə vermək və ya reklam biznesi.
Xüsusən də normaldan daha çox sürürsünüzsə, pul qazanmaq üçün avtomobilinizdən istifadə etməzdən əvvəl durumu dərindən analiz edin, Çünki xərcləriniz qazancnızı keçə bilər.

Avtomobilinizdən yararlanaraq qazanacağınız mənbələrə daxildir:

MyFreeCar

BrandYourCar

Uber

Bolt

Lyft

Turo

6. Gizli müştəri (Mystery shopper) olub pul qazanın

Gizli alış-veriş müntəzəm gəlir gətirməsə də, əlavə pul qazanmaq və pulsuz məhsul əldə etmək üçün əyləncəli bir yol ola bilər. Gizli alış-veriş üçün qeydiyyatdan keçmək pulsuzdur. Sizdən pul tələb edən hər hansı bir yer ehtimal ki, qanuni bir gizli alış-veriş şirkəti deyil.

Ayrıca, gizli müştərilərdən istifadə edən şirkətlər peşəkarlıq tələb edirlər və çox vaxt sizdən bir mağaza və ya restorana baş çəkməkdən əlavə başqa vəzifələri yerinə yetirməyinizi tələb edirlər. Sizdən xüsusi şöbələrə baş çəkmək, müəyyən əşyalar almaq və ya müəyyən məlumatlar üçün başqalarını sorğulamaq istənilə bilər. Alış-veriş tapşırığından sonra siz, yaşadığınız təcrübə və nəticələr barədə ətraflı bir hesabat təqdim etməlisiniz.

Gizli müştəriləri işə götürən yerlərə aşağıdakılar daxildir:

A Closer Look
Call Center QA(telefon gizli müştərisi)
The Performance Edge

7. Fokus qruplarında rəy vermək üçün ödəniş alın

Şirkətlər məhsul və xidmətlərinin inkişafına çoxlu pul xərcləyirlər. Nəticədə, bazara pis bir məhsul və ya xidmət çıxararaq pullarını göyə sovurmaq istəmirlər. Bunun üçün, onlar ictimaiyyətə təqdim etməzdən əvvəl məhsul və xidmətləri barədə rəy almaq üçün fokus qruplarından istifadə edirlər.
Bəzi fokus qrupları şəxsən tutulur. Bir çoxları fokus qrupu ofisinə getməli ikən, digərləri onlayn rejimdə tutulur. Onlayn fokus qrupları evdən işləmək rahatlığına malikdirlər, lakin şəxsi fokus qruplarına nisbətən daha az ödəniş alırlar. Ümumiyyətlə, bir seans üçün ödəniş dərəcəsi 50 ilə 500 dollar arasında dəyişir.

Fokus qrupu iştirakçılarını işə götürən veb saytlara aşağıdakılar daxildir:

2020 Research

AccuData

Accurate Data Marketing

C2 Research

Consumer Opinion Services

Fieldwork

FocusGroup.com

Google Usability

Savitz Research Solutions 

Bundan əlavə, Find Focus Groups cari fokus qruplarının siyahısını təqdim edir.

8. Anketlər keçirməklə ödəniş alın

Evdən əlavə pul qazanmağın başqa bir variantı sorğular aparmaqdır. Bu siyahıdakı bir çox digər variantlar kimi, anket keçirərək həyatınızı maddi olaraq təmin edə bilmərsiniz, ancaq pul, hədiyyə və ya hədiyyə kartları üçün xallar qazana bilərsiniz.

Bu saytlar qoşulmaq üçün pulsuzdurlar:

American Consumer Opinion

FocusLine.com

Harris Poll Online

Qmee

Mobil tətbiq anket saytları:

Google Opinion Rewards

IdeaShifters

iPoll

i-Say

Nielsen Computer & Mobile Panel

Quick Thoughts

Survey Mini

Surveys On The Go

The Panel Station

Toluna

 

Bu məqaləmizdə internetdən pul qazanmaq və evdən əlavə gəlir əldə etmək yollarını öyrəndiniz.  Aşağıdakı abunəlik siyahımıza qoşularaq yeni məqalələr paylaşdığımızda tezliklə öyrənə bilərsiniz.

Bülletenimizə abunə olun

Yeniliklər əldə edin və ən yaxşısını öyrənin

Daha Çox Məqalə

Biznesinizi Yüksəltmək İstəyirsiniz?

Bizə Yazaraq İlk Addımı Atın

Bülletenimizə abunə olun

Yeniliklər əldə edin və ən yaxşısını öyrənin

Bizi İzləyin

© 2020 NM Digital Team - Bütün hüquqlar qorunur.