PPC (Pay Per Click) Marketinq Nədir? PPC Marketinq Xidməti. PPC Marketinqlə Biznesinizi Tanıdın və Satışlarınızı Artırın

Share this post

Klik Başına Ödəmə (PPC) Marketinqi

Xərclərinizə qənaət edin. PPC Marketinq agentliyi ilə tərəfdaş olun.

İnvestisiya üzrə sürətli bir gəlir (ROI) axtarırsınızsa, PPC Marketinqi Agentliyi ilə işləmək istəyəcəksiniz. NM Digital Team Rəqəmsal Marketinq Agentliyi Google Ads, Bing Ads, Yandex.Direct, sosial media və daha başqa yerlərdə reklam kampaniyaları yaratmaqda təcrübəyə malikdir. Axtarış Motoru Optimizasiyası (SEO) uzunmüddətli böyümə üçün əla bir yanaşma olsa da, bəzən həqiqətən təcili təkan lazımdır. NM Digital Team, PPC kampaniyası idarəçiliyini təklif edərək xərclədiyiniz pulunuzun biznesinizə sərf edilməsini təmin edir.

PPC Marketinq Xidmətləri

PPC menecment müştərilərimizin hamısı bizdən aşağıdakıları gözləyə bilər:

  • Hərtərəfli açar söz araştırması: Əvvəlcədən hərtərəfli açar söz tədqiqatını başa çatdıraraq və kampaniyanızın fəaliyyətini yaxından izləyərək düzgün axtarışlarda görünməyinizi təmin edirik.
  • Effektiv reklam yaradılması: Yüksək konversiya əldə edən ən effektiv reklamlar hazırlamaq üçün sizinlə işləyirik.
  • Açılış səhifəsi konversiyasının optimallaşdırılması: Lazım gələrsə, PPC reklamlarınızdan klikləyən ziyarətçiləri qəbul etmək üçün xüsusi olaraq saytınızda açılış səhifəsi yaradacağıq. Bu, eyni zamanda saytınızın yaradıldığı bir çox digər məqsədlərə xidmət etməkdən fərqli olaraq satış üçün hazırlanmış bir səhifə yaratmaq sərbəstliyimizi təmin edir.
  • Split testlər və reklamların müqayisəsi: Müxtəlif reklamların effektivliyini yoxlamaq üçün müqayisələr quracağıq. Bu, kontentinizi və təqdimatınızı gücləndirməyə imkan verəcəkdir.
  • PPC mini-kampaniyaları: Gəlin ölkənizi, şəhərinizi və ya hətta məhəllənizi reklamlarla hədəf alaq və ya xüsusi bir məhsul və ya xidmətə təkan vermək üçün kiçik bir kampaniya quraq.
  • Remarketinq kampaniyaları: Məhsul və ya xidmətinizə maraq göstərmiş keçmiş sayt ziyarətçiləriniz ilə yenidən əlaqə qurun. Yenidən xatırlama kampaniyasından istifadə satışları və ya lidləri (satış imkanları) artırarkən reklam gəlirinin artmasına kömək edə bilər.
  • Ətraflı hesabat vasitəsilə ROI-nin sübutu: Google Ads, Bing Ads, Yandex.Direct və digər PPC xidmətlərində qurulmuş mükəmməl data izləmə tulları var. Verilənləri araşdırırıq və ən vacib məlumatları vurğulayan xüsusi bir PDF hesabatı hazırlayırıq.

 

GƏLİN DANIŞAQ

Klik Başına Ödəmə (PPC) nədir?

Klik başına ödəmə – PPC (Pay Per Click) marketinqi, Google, Facebook və Youtube kimi platformalar vasitəsilə həyata keçirilən bir onlayn marketinq növüdür. Siz (reklam verən) yalnız klik üçün, yəni istifadəçi istədiyiniz açılış səhifəsinə klik etdikdə ödəniş edirsiniz. SEO kimi orqanik metodlarla ziyarətçilər qazanmaq yerinə veb saytınıza bir növ trafik almaq üsuludur.

Bir PPC agentliyini işə götürmədən əvvəl nəzərə alınmalı 7 şey

İstər əvvəllər PPC agentliyi ilə tərəfdaşlıq qurmuş olun, isərsə də bu sizin üçün yeni olsun, müqaviləni imzalamadan əvvəl bəzi şeyləri nəzərdən keçirmək vacibdir. Böyük ehtimalla onlar marketinq komandanızın bir ekspansiyası olacaq və siz kampaniya fəaliyyətini yaxşılaşdırmağa davam etmək üçün və lazım gəldikdə strategiyanı tənzimləmək üçün tez-tez onlarla çalışacaqsınız. Növbəti PPC tərəfdaşınızı işə götürmədən əvvəl nəzərə almanız gərəkən 7 şey.

  • Şəffaflıq
  • Hədəflər və gözləntilər
  • Strategiya
  • Agentlik və müştəri töhfəsi
  • Təcrübə
  • Hesabat vermə
  • Qiymətləndirmə strukturu

SEO və PPC: hansı ən yaxşıdır?

Dünyadakı veb marketinqin bu iki növü ilə bağlı bütün bilgilərə baxmayaraq, bu çətin bir sualdır. Biznesiniz üçün ən yaxşı nəyin ola biləcəyinə dair bəzi addımlar.

Birinci addım: İlkin Kampaniyanızın Hədəflərini müəyyənləşdirin

Bu sadə səslənir, amma istəyirik ki, bir az vaxt ayırıb ultra-fokuslanmış bir hədəfə çatasınız. Nə qədər fokuslansanız, o qədər yaxşıdır. Hədəfinizə fokuslanmağınız üçün atılması gərəkən bəzi gözəl addımlar:

  • Bir marketinq kampaniyasından nə istəyirəm? İtemlərin siyahısını tərtib edin.
  • Digərlərindən bəzilərini əldə edə bilməmişdən əvvəl siyahıdakı hansı itemlərə ehtiyacım var? Ən vacib itemləri 2 və ya 3-ə qədər daraldın.
  • Qalan itemlər arasında hər hansı ortaq nöqtələr görürsünüz? Onları marka bilinirliyi, daha çox lidlər (satış imkanları) daha çox vebsayt ziyarətləri, daha çox satışlar və ya oxşar bir şey olaraq təsnif edə bilərsiniz?
  • Ələdiklərinizdən, bir və ya iki əsas hədəfinizi tutun.
  • Bacardığınız təqdirdə nömrələr əlavə edin. Məsələn, müəyyən bir faiz artım üçün satışlara mı ehtiyacınız var? Ayda planlamaq istədiyiniz müəyyən bir sayda rezervasiyanız varmı?

İkinci addım: Zaman çərçivənizi müəyyənləşdirin

Bu olduqca sadədir: Kampaniyanızın hədəfini götürün və bir müddət təyin edin. Bu rüblük bir məqsəddirmi? Yoxsa sadəcə yeni bir şeyə başlamısınız və ən qısa zamanda nəticələrə mi ehtiyacınız var? Bəlkə bir il ərzində başarmağı umduğunuz bir şeydir? Spesifik olun.

Üçüncü addım: PPC və SEO üstünlüklərini müqayisə edin

Müqayisə infoqrafiyasına baxmaq üçün klikləyin »

Niyə bir PPC Marketinq Agentliyi ilə işləməlisiniz?

Xüsusi PPC mütəxəssisləri ilə əlaqə imkanı

NM Digital Team-də, sizin PPC agentliyiniz olaraq bizim işimiz, texniki, mürəkkəb və bəzən yorucu bir internet marketinq prosedurasını müştərilərimiz üçün mümkün qədər bəsitləşdirməkdir.

Bunu həyata keçirməyimiz üçün bir çox yoldan biri, hər bir PPC müştərilərimizə layihənizi və suallarınızı idarə etmək üçün bir əlaqə nöqtəsi təmin etməkdir.

Siz PPC mütəxəssisinizi yaxşı tanıyacaqsınız və onlar biznesinizlə tanış olacaq və unikal ehtiyaclarınızı anlayacaqlar. Biz sizin xarici mənbəli onlayn marketinq departamentiniz olacağıq.

Həddindən artıq müştəri diqqəti

NM Digital Team olaraq, son dərəcə müştəri mərkəzli bir mədəniyyət qururuq. John Spence, “Awesomely Simple” kitabında, “Bu gün əksər bizneslərə qalan yalnız davamlı rəqabət fərqləndiricisi, yüksək istedadlı insanların idarə etdiyi davamlı yenilik və həddindən artıq müştəri mərkəzli mədəniyyət yaratmaqdır” deyir. Biz müştərilərimizin səsi olduğumuza inanırıq və bunu göstərmək üçün çox çalışırıq.

Klik Başına Ödəmə hesabatına yanaşmamız

Xüsusi hesabatlarımız və müştəri nəzarət panelimizlə səylərimizin onlayn gəlirlərinizi necə artırdığını dəqiq görə bilərsiniz:

  • PPC performansınıza dair ümumi baxış və ya dəqiqəlik detallar üçün saytınızın Google Analytics hesabatlarına baxın.
  • İstədiyiniz zaman müştəri nəzarət panelinə baş çəkin və saytınızın xüsusi açar sözlər və axtarış frazaları üçün necə sıralandığına baxın.
  • Aylıq olaraq sizə göndərilən və zamanımızı PPC kampaniyanız üçün necə sərf etdiyinizi siyahılayan detallı bir hesabatı görüntüləyin.
  • Kampaniyanızın necə getdiyini ətraflı şəkildə izah edərkən xüsusi PPC mütəxəssisinizdən hər ay sizə göndərilən nəzərə çarpan nəticələr göstərən bir videonu izləyin.
  • PPC kampaniya strategiyanızı müzakirə etmək və ya hər hansı bir sualınız varsa, PPC mütəxəssisinizlə telefon və ya e-mail vasitəsilə əlaqə saxlayın.

BİR PPC MARKETINQ AGENTLİYİ İLƏ TƏRƏFDAŞLIĞA HAZIRSINIZ?

PPC ehtiyaclarınızı müzakirə etmək və sizə uyğun bir klik başına ödəmə kampaniyası üçün sizdən xüsusi bir təklif almaq istərdik.

Başlamağa hazırsınız?

Niyə NM Digital Team-lə çalışmalısınız?

NM Digital Team, baş ofisi Bakıda yerləşən və Azərbaycanda bütün müştərilərə PPC menecment xidmətləri təklif edən tamxidmətli bir PPC marketinq agentliyidir.

“Biz Google, Bing, Yandex, HubSpot, Klipfolio, SEMrush, WooRank sertifikatlı agentliyik.”

Sizə özəl hazırlanmış bir çözümü ana xətləri ilə açıqlamaq üçün biznes və marketinq problemlərinizi detallı olaraq anlayacaq qədər səbrliyik. Səylərimiz hədəf auditoriyanızı və marka hekayənizi çatdırmaqdan ötrü ən yaxşı kanallara baş vurmaq üçün potensial müştərilərinizi anlamağa yönəlmişdir.

Aşırı ümid vəd edən və işi vaxtında təhvil verməyərək yetərsiz olanlara meydan oxuyuruq. Açıq kommunikasiya bacarıqlarımız, sizə bir marketinq agentliyini tərəfdaş olaraq seçərkən düzgün dəyərləndirmədə yardımçı olacaqdır.

NM Digital Team-də marketinq innovasiyaları üçün müntəzəm daxili beyin fırtınası sessiyalarında iştirak edirik. Bu, yeni marketinq trendləri ilə güncəl qalmağınıza və müştərilərimizi maarifləndirməyə xidmət edir.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.