Digital marketinqə investisiya qoymaq istəyən insanların tez-tez verdiyi suallardan biri də budur:
Veb saytım üçün hansı daha yaxşıdır? PPC ya SEO?
İnternet marketinqinə investisiya qoymadan əvvəl düşünmək üçün bu, olduqca böyük bir sualdır. Artıq hansının lazım olduğunu bildiyinizi düşünə bilərsiniz, amma daha çox araşdırma aparmaq heç vaxt pis bir şey deyildir.
Bu qərarı necə verəcəyimizi araşdırmadan əvvəl, SEO və PPC-nin nə olduğunu və nələri əhatə etdiyini nəzərdən keçirək.
SEO: Təməl Bir Baxış
Search Engine Optimization (SEO) əsas etibarilə veb saytınızı axtarış motorları sıralamalarında daha da yüksəltmək üçün istifadə olunan taktikalar dəstidir. Bu taktikalara aşağıdakılar daxildir:
- Sıralanma imkanlarını ortaya çıxarmaq üçün açar söz araştırması aparmaq
- Daha çox açar sözlər inteqrasiya etmək üçün səhifə içi kontentinizlə işləmək
- Mümkün qədər sürətli və axtarış motoruna uyğun olması üçün saytınızın sürətini və strukturunu yeniləmək
- Açar sözlərinizə və mövzularınıza uyğun gələn daha çox kontent əlavə etmək
- Axtarış motorlarına saytınızın etibarlı olduğunu söyləmək üçün saytınıza daha yüksək keyfiyyətli linklər qurmaq.
SEO-ya investisiya etmək saytınızın və marketinqinizin güclü bir gələcəyini təmin etmək üçün əla bir yoldur. SEO kampaniyasının nəticələrini görmək üçün bir az vaxt lazım olsa da, bir neçə aydan sonra lidlərinizin (satış imkanları) sayındakı artım fərqini hiss edəcəksiniz.
PPC: İmkanlara sürətli bir baxış
“Pay-Per-Click” eşitdiyiniz zaman, ehtimal ki, Google siyahılarının başındakı reklamlar barədə düşünürsünüz. Bu, Google’ın axtarış nəticələrində klik-başına-ödəmə klassik yeridir. PPC reklamları son bir neçə il ərzində çox uzun bir yoldan keçdi və indi kliklənəbilən telefon nömrəsi düymələri, ekstra linklər, ünvanlar və s. şeylər ehtiva edir.
Digər PPC reklam seçimləri də var ki, onları da bilməlisiniz. Məsələn, ev xidmətləri təminatçısısınızsa, bununçün xüsusi reklamlar var, hansı ki, lokal xidmət reklamları adlanırlar. Başqa bir seçimsə, yalnız Google axtarış nəticələrində deyil, bütün veb saytlar şəbəkəsində görünə biləcək şəkildə qurulan displey reklamlar ola bilər. Beləliklə, reklamlarınız sektorunuzla əlaqəli saytlarda görünə bilər və görüntülü və daha maraqlı reklamlardan istifadə edə bilərsiniz.
PPC işlətmək, sizə reklamlarınızı maliyyələşdirməyə başladıqdan dərhal sonra nəticələr görmək imkanı verir. Sizə daha çox lid lazımdır? Bu da ölçüləndir. Reklamlarınıza daha çox xərcləyin və daha çox klikləmə alın. Kampaniyanız PPC mütəxəssisi tərəfindən yaxşı idarə edildiyi müddətcə, yatırdığınız pul sizə qazanc gətirəcək.
SEO və ya PPC və ya hər ikisi? Hansına qərar verəcəyinizi necə bilə bilərsiniz?
Veb marketinqin bu iki növü haqqında dünyadakı bütün bilgilərə baxmayaraq, bu hələ də çətin bir sualdır. Bu anda kampaniyanız üçün nəyin ən yaxşı ola biləcəyini müəyyənləşdirmək üçün bir neçə addım ata bilərsiniz.
Birinci addım: İlkin Kampaniya hədəfinizi təyin edin
Bu sadə səslənir, amma istərdik ki, bir az vaxt ayırıb ultra mərkəzli bir hədəfə çatasınız. Nə qədər çox fokuslansanız, o qədər yaxşıdır. Hədəfinizə fokuslanmağınız üçün bəzi gözəl addımlar:
- Marketinq kampaniyasından nə istəyirəm? Bütün şeylərin siyahısını tərtib edin.
- Siyahıdakı hansı şeyləri əldə etmək öncəliyim var? Ən vacib şeylərin sayını 2 və ya 3-ə qədər azaldın.
- Qalan şeylər arasında hər hansı bir ortaqlıq görürsünüz? Onları, marka bilinirliyi, daha çox lidlər, daha çox veb sayt ziyarəti, daha çox satış və ya da bu cür oxşar şəkildə qruplaşdıra bilərsiniz?
- Ələdiklərinizdən, bir və ya iki əsas hədəfinizi tutun.
- Bacardığınız təqdirdə nömrələr əlavə edin. Məsələn, satışların müəyyən bir faizlə artmasına ehtiyacınız var? Aylıq olaraq planladığınız müəyyən sayda rezervasiyanız var?
İkinci addım: Zaman dilimini müəyyənləşdirin
Bu olduqca sadədir: Kampaniyanızın hədəfini seçin və bir zaman dilimi təyin edin. Bu rüblük bir hədəfdirmi? Yoxsa sadəcə yeni bir şeyə başlamısınız və mümkün olan ən qısa zamanda nəticələrinə ehtiyacınız var? Bəlkə bu bir il ərzində əldə etməyi umduğunuz bir şeydir? Spesifik olun.
Üçüncü addım: PPC və SEO üstünlüklərini müqayisə edin
Yuxarıda göstərilən infoqrafiyanın icmalı budur ki, PPC və SEO arasındakı əsas fərqlər, nəticələri görmək üçün çəkilən vaxt və həmin nəticələrin uzunömürlülüyüdür. Bir PPC kampaniyası dərhal nəticələr verəcək, SEO-nun isə veb saytınıza artan sayda ziyarətçi göndərməyə başlaması ən az bir neçə ay çəkəcəkdir. Bununla birlikdə SEO-ya qoyulan çabalar iş bitdikdən sonra saytınıza fayda verməyə davam edəcək, amma PPC-nin faydaları reklama ödənişi durdurduqda, dayanacaq.
Dördüncü addım: Hədəflərinizə uyğun bir strategiya hazırlayın
Yuxarıdakı infoqrafiyada gördüyünüz kimi, hədəfinizin zamanlaması PPC və ya SEO kampaniyasını apararkən diqqət edəcəyiniz əsas məqam olacaq. Təcili nəticələrə ehtiyacınız varsa, klik-başına-ödəmə reklamı hədəfinizə çatmağın əla bir yoldur. Lakin, SEO kampaniyası uzun müddətdə daha ucuz ola bilir və təbii şəkildə lidlər gətirir. Buna görə reklamlarınızı dayandırsanız problem yaşamayacaqsınız.
Bir çox kampaniyalar üçün həm PPC, həm də SEO-nu eyni anda işlətmək əla bir çözümdür. Orqanik ziyarətlərinizi artırmaq üçün arxa planda işləyərkən klik-başına-ödəmə kampaniyanızı başladın. Orqanik ziyarətləriniz artdıqca reklam xərclərinizi azalda bilərsiniz.
Ana Hücum Planı: Eyni anda həm PPC, həm SEO’u necə işlətmək olar
Bunu etmək üçün maddi imkanınız varsa, SEO kampaniyasına başlarkən, durumu test etmək, bəzi klikləmələr və lidlər çəkmək üçün PPC kampaniyası (sadəcə kiçik bir test) keçirməyi məsləhət görürük. SEO kampaniyaları yavaş başlaya bilər, lakin bir neçə ay keyfiyyətli işdən sonra yüksəliş tendensiyaları olur. Digər tərəfdən PPC kampaniyaları indi başlaya bilər və SEO-da işləyərkən artan satış imkanları və ya satışlarla sizi təmin edə bilər.
Büdcənizdən, hədəf auditoriyanızdan və sektorunuzun rəqabət qabiliyyətindən asılı olaraq, indi və sonrakı dövrlərdə sizin üçün çalışacaq SEO və PPC xidmətlərini birləşdirə bilərsiniz. Əgər bu kombinasiya bir o qədər də yaxşı getmirsə və hər ikisini də davam etdirmək istəyirsinizsə, SEO nəticə verməyə başlayanda PPC reklam xərclərinizi işə salın.
Bəzi kampaniyalar həm SEO, həm də PPC-ni idarə edir, bəziləri isə birini seçir. SEO vs PPC seçimi ilə bağlı bir mütəxəssisdən rəhbərlik istəyirsinizsə, danışa bilərik.