Sizin Onlayn İmkanlarınız. Digital Marketinq Nədir? Rəqəmsal Dünyanının Önəmi

Share this post

Sizin Onlayn İmkanlarınız. Digital Marketinq Nədir?

Onlayn İmkanlar. Digital Fürsətlər

Bu gün bizim onlayn təcrübəmiz yalnız e-maillərə baxmaqdan ibarət deyil. Digitalın həyatınızı necə dəyişdirdiyini görürsünüz. Bəs biraz da praktik olsaq, getdikcə artan sayıda onlayn fürsətlər sizin üçün nəyə bənzəyir?

Ailə və dostlarımızla ünsiyyət qurmaqdan tutmuş, həftəlik ərzaq alış-verişimizi etməyə, yeni istirahət məkanları kəşf etməyə və lokal olaraq görüləcək şeyləri araşdırıb tapmağa qədər onlayn dünya, gündəlik həyatımızın kifayət qədər böyük bir hissəsidir. İnternetdə keçirdiyimiz vaxt artdıqca mövcud digital imkanlar da artır. Onlayn təcrübə, bizim alış-veriş etməyimiz, öyrənməyimiz və əlaqə qurmağımız üçün yeni və innovativ yollar tapmağı bacaran kontent kreatorlar, bizneslər və mobil tətbiqetmə developerləri sayəsində daim inkişaf edir. Beləliklə, istər öz biznesinizə sahib olun, istərsə də kimsə üçün çalışın, digital dünyaya atılmaq və necə qoşula biləcəyinizi görmək üçün indi əlverişli vaxtdır.

Hər Şeydən Əvvəl Rəqəmsal Marketinq Nədir?

Digital Marketinq (Rəqəmsal Marketinq) – marketinq fəaliyyətini rəqəmsal (digital) texnologiyaların köməyi ilə həyata keçirmə prosesinə deyilir. Rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet (onlayn) vasitəsi ilə tanıtmaqdır.

Digitaldan necə faydalanmaq olar?

Tutaq ki, siz kimlərinsə referansı hesabına və ya ağızdan ağıza tanınmaq hesabına işləri böyüyən bir mexaniksiniz. İndiyə kimi heç bir digital varlığınız olmayıb, amma indi siz biznesinizi növbəti mıərhələyə daşımaq istəyirsiniz. Onlayn olmaq biznesinizin uğurlu olmasına nə dərəcədə kömək edəcək? Onlayn olmanın ən böyük avantajlarından biri axtarışın faydalarından yararlanmaqdır.

Digital varlığınız nədir?

Digital varlığınız insanlar onlayn olduqlarında və sizin biznesə oxşar bir biznesi axtardıqlarında görünə biləcəyiniz anlamına gəlir. Beləliklə, kimsə “Bakıda mexanik” yazıb axtarışa verdiyində sizin biznesin göründüyünü varsayaq. Bu sizin işinizə necə yaraya bilər? Müştəri sizin vebsaytınızın linkinə kliklədiyində görə biləcəyi çox şey var:

  • Maşın baxımı ilə əlaqədar informativ bir video izləyə bilərlər;
  • Sizdən razı qalan müştərilərin referanslarını oxuya bilərlər;
  • Qiymətləndirmə kitabçanıza baxa və ya ünvanınızı xəritədə tapa bilərlər və ya müəyyən kilometrlik radiusda nəqliyyat vasitələrini çəkmək üçün pulsuz xidmət verdiyinizi öyrənə bilərlər;
  • Bəlkə də sual vermək və ya qiymət təklifi vermək üçün form doldura bilərlər;
  • Hətta onlar daha çox məlumat foto və video tapa biləcəkləri sosial media saytlarınıza klikləyə bilərlər;

Veb saytınızda bütün özəlliklərə sahib olmadan da başlaya bilərsiz, amma bu örnəklər sizə onlayn olmanın faydalarından yararlana biləcəyiniz bir çox yol haqqında fikir verməlidir.

Sizin onlayn varlığınız eyni zamanda potensial müştərilər haqqında dəyərli məlumatlar verə bilər: Onlar nə istəyirlər və istədiklərini onlara necə vermək olar? Digital sizə uyğun reklamlarla uyğun müştəriləri (hansı ki sizin təklif etdiyiniz məhsul və ya xidmətləri axtarırlar) hədəf almaq imkanı verir. Məsələn, axtarış motoru reklamlarından yararlanaraq reklamlarınızı potensial müştərilərə göstərə bilərsiniz (“Bakıda mexanik” axtaranlar kimi). Həm də reklam hədəfləmənizi öz fiziki mağazanızın müəyyən bir coğrafi radiusunda məhdudlaşdıra bilərsiniz. Analitik tullardan istifadə edərək insanların sizin reklamlara kliklədiyini, vebsaytnıza daxil olduqlarını və müəyyən əməliyyatlar etdiklərini öyrənə bilərsiniz (form doldurmaq, video izləmək və s. kimi).

Bəs Digital Marketinqə Necə Başlamaq Olar?

Bəs hardan başlamaq lazımdır? İstər Kontent Marketinq olsun, istər Onlayn Reklam olsun, istər Mobil Marketinq olsun, istərsə də məhsulların Onlayn Satışı olsun, kiçik ölçülü məqalələrlə çox asan şəkildə bu biliklərə yiyələnməyinizdə biz sizə kömək edəcəyik. Onlayn biznes strategiyasını qurmağı, axtarış motorlarında veb sayt sıralamasını gücləndirməyi və onlayn performansı anlamaq üçün analitik tulları istifadə etməyi öyrənəcəksiniz.

Özünüzü qorxutmağa ehtiyac yoxdur. Günümüzdə mövcud tulların və texnologiyanın əldə olunması, öyrənilməsi, istifadə olunması o qədər də çətin deyil. Hətta çoxusu pulsuzdur. Əslində, əksər bizneslər üçün ən böyük çətinlik tulların istifadəsində deyil, ana planın hazırlanmasındadır.

Birinci şey skopdur. Yəni, əhatə dairəsi: Veb, Mobil, Sosial Media. Seçimlər çoxdur. Haradan başlamaq istəyirsiniz və hara getmək istəyirsiniz? Sonrakı şey texnologiyadır və kontentdir. Saytın texniki və yaradıcı tərəflərini özünüzün idarə edə biləcəyinizə qərar verin (daha çox vaxt tələb edə bilər və ya əlavə kömək tələb edə bilər, hansı ki, əlavə xərcdir). Və nəhayət, son olaraq maliyyət və zamanı düşünməlisiniz. Realist bir büdcə və dəqiq mərhələləri olan başarıla bilən bir cədvəl təyin edin və hər ikisinə tam əməl edin.

 

Hər gün minlərlə kiçik biznes sahibi vebdən yararlanırlar. Dünyanın hər yerindən müştərilərə çatmaq fürsəti göz ardı edilməyəcək qədər böyükdür. Digitallaşmaq vaxtıdır!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Azərbaycanda Onlayn Bank Hesabı Açmaq

Salam əziz oxuyucular, bu məqalədə evdən çıxmadan onlayn (online) olaraq necə bank hesabı aça bilərsiniz mövzusunu oxuyacaqsınız. Bildiyiniz kimi, bank hesabı açmaq üçün banka getsək,

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.