YouTube-dan Necə Pul Qazanmaq Olar? YouTube-da Kanal Açmaq və Pul Qazanmaq

Share this post

YouTube kanalının necə yaradılacağını öyrənmək, digər sosial şəbəkələrin bəzilərinə başlamaqdan daha çətin görünə bilər. Amma elə deyil.

Üstəlik, YouTube, ABŞ yetişkinləri arasında ən populyar sosial platformadır. Facebook istifadə edənlərin 69% -i ilə müqayisədə amerikalıların 3/4 sosial video saytından istifadə edir.

Bu istifadəçilərin yarısından çoxu hər gün YouTube-a daxil olur.

Əslində, YouTube, Google-dan sonra dünyada ən çox ziyarət edilən veb saytdır.

Bu qədər geniş çatma (reach) ilə YouTube, biznesinizin göz ardı edə bilməyəyəcəyi bir fürsətdir.

10 sadə addımda YouTube Kanalını necə yaratmaq olar

1. Google hesabı yaradın

Əgər, Gmail, Google Maps, Google Play və ya hər hansı başqa bir Google xidmətində qeydiyyatdan keçmisinizsə, deməli artıq Google hesabınız var. Bu durumda, növbəti mərhələyə keçə bilərsiniz.

Mövcud Google hesabınızla əlaqəli ad və e-mail adresinizin markanıza uyğun olub-olmamasından narahat olmayın. Sizin mövcud Google hesab məlumatlarınız, YouTube hesabınızla açıq şəkildə əlaqələndirilməyəcək. Bu hesab sadəcə sizi qapıdan içəri almaq üçün açardır.

Əgər sizin hələ ki bir Google hesabınız yoxdursa, yenisini almaq üçün bunları edin:

  • Google hesabı yaratmaq səhifəsinə keçin. Hesabınız üçün yeni bir Gmail adresi yaratmağı və ya mövcud e-mail adresinizi istifadə edə bilərsiniz.
  • Məlumatlarınızı daxil edin və “Next” düyməsini basın.

2. YouTube marka hesabı yaradın

Google hesabınız sizə avtomatik olaraq şəxsi YouTube hesabınızı verir. Amma yenə də, biznesiniz üçün YouTube hesabı yaratmaqdan ötrü bir marka hesabı açmaq istəyəcəksiniz.

Şəxsi YouTube hesabınız ilə öz kanalınızı idarə edə bilən yeganə insan olacaqsınız. Kanalınızın Google hesabınızla eyni adda olması, marka adınızı istifadə edə bilməyəcəyiniz anlamına gəlir. Bu ideal deyil.

YouTube marka hesabı yaratdığınızda, markanıza uyğun şəkildə kanalınızı düzəldə və komanda üzvlərinə giriş verə bilərsiniz. Bunu necə etmək olar:

  • Google hesab məlumatlarınızdan istifadə edərək YouTube-a daxil olun.
  • YouTube kanallarınız səhifəsinə keçin. Əvvəllər heç bir YouTube kanalı yaratmamısınızsa, yalnız şəxsi hesabınızı görəcəksiniz. Zatən mövcud marka kanalınız varsa, onu da görəcəksiniz. Yeni marka kanalı yaratmaq üçün “Create a new channel”ə (Yeni bir kanal yarat) klikləyin.
  • Marka adınızı daxil edin və “Create”ə (Yarat) klikləyin.

İndi öz kanallarınızın səhifəsinə qayıtsanız həm şəxsi hesabınızı, həm də marka hesabınızı görəcəksiniz. Marka hesabınız, videolarınızı kimin izlədiyi və hansı tipdə kontentə ən yaxşı şəkildə cavab verdikləri haqqında insayt (geniş məlumat – içgörü) verən YouTube analitiklərinə giriş imkanı verir.

3. Marka kimliyinizi əlavə edin

Hər hansı bir sosial kanalda olduğu kimi, YouTube kanalına başlayanda güclü bir marka kimliyini təqdim etmək vacibdir.

Kanalınızı sənət əsəri edin

  • Kompüterinizdə YouTube-a daxil olun. Kanalınızdakı şəkilllərə mobil cihazdan deyil, yalnız kompüterdən düzəliş edə bilərsiniz.
  • Ekranın yuxarı sağ hissəsindəki profil ikonuna klikləyin və kanalınızı seçin.
  • Kanal ikonuna düzəliş (Edit Channel icon) funksiyasının ikonunu gətirmək üçün profil görüntüsünün üstünə aparın. Bir şəkil yükləyin və formalaşdırmaya (cropping) düzəliş edin. Tövsiyə olunan şəkil ölçüsü 800 x 800 pikseldir. Bu YouTube-da 98 x 98 piksel olaraq görüntülənəcək.
  • “Edit Channel art” (Kanal sənətinə düzəliş) funksiyasını yerinə yetirmək üçün banner şəklinin üstünə aparın. Tövsiyə olunan şəkil ölçüsü 2,560 x 1440 pikseldir. Sənət örtüyünüzün (Art cover) müxtəlif cihazlarda necə görünəcəyini əvvəlcədən görə bilərsiniz və formalaşdırmanı (cropping) müvafiq olaraq tənzimləyə bilərsiniz.

Bütün ekranlarda işləyən örtük şəklini tərtib etdiyinizdən əmin olmaq üçün YouTube şablonundan istifadə edin.

YouTube kanal bannerinizə linklər əlavə edin

  • Kompüterdə YouTube-a daxil olun, kanalınıza gedin və “Customize channel”a (Kanalı Xüsusiləşdir) klikləyin.
  • Haqqında (About) bölməsinə klikləyin, sonra aşağı verib linklərə gedin.
  • Kanalınızın banner sənəti üzərində görünəcək linkləri əlavə etmək üçün qələm ikonuna vurun.
  • Veb sayt məlumatlarınızı daxil edin. Neçə linkin daxil olacağını seçə bilərsiniz. Sosial kanallara linklər əlavə etsəniz, onlar sosial media ikonları ilə göstəriləcəkdir.

4. İlk videonuzu yükləyin

Təbrik edirik! Artıq YouTube kanalı yaratmısınız. Keyfiyyətli kontent əlavə etməyə başlamağın vaxtı gəldi.
YouTube hesabınıza daxil olun.

  • Ekranınızın yuxarısındakı “Video Yarat” (Create Video) və ya “Post et” (Post) düyməsini vurun. Bu bir az videokameraya oxşayır.
  • “Upload video”ya (Videonu yüklə) klikləyin.
  • Kompüterinizdən yükləmək istədiyiniz videonu seçin.
  • Video yükləyərkən 100 xarakterə qədər bir başlıq və 5000 xarakterə qədər bir açıqlama əlavə edin. Video açıqlamanıza müvafiq açar sözlər daxil etdiyinizə əmin olun, ancaq açar söz doldurmaqdan (keyword stuffing) qaçının.
  • “Publish”ə (Dərc et) klikləyin.

5. YouTube kanalı strukturu yaradın

Bir neçə video yerləşdirildikdən sonra kanalınızı təşkil etməyə başlamaq vacibdir. Bütün videoların bir yerə yığılmasını və ya ən son videoların həmişə birinci görünməsini istəməzsiniz. İnsanların YouTube kanalınızda necə gəzinmələrini istədiyinizi düşünün və buna uyğun olaraq YouTube hesabınızın strukturunu yaradın.

Daha sonra hər zaman kanalınızın strukturunu dəyişə bilərsiniz, ancaq YouTube kanalına ilk başladığınızda təməl çərçivəni qurmaq yaxşı bir fikirdir. Hər kanalda 10-a qədər bölməniz ola bilər.

İlk addım, kontentinizi pleylistinizə orqanizasiya etməkdir. Bundan sonra hər bir pleylist öz bölməsinə çevrilə bilər.

  • YouTube-a daxil olun, kanalınıza gedin və kanal xüsusiləşdirilməsinə (Customize channel) klikləyin.
  • Pleylistlər bölməsinə klikləyin.
  • “New Playlist’ə (Yeni pleylist) klikləyin.
  • Pleylistiniz üçün bir başlıq daxil edin. Bu 150 xarakterə qədər ola bilər. Sonra “Create”ə (Yarat) klikləyin.
  • Yeni pleylistiniz üçün ekrana yönləndiriləcəksiniz. “Düzəliş et”ə (Edit) klikləyin.
  • “Add videos”a (Videolar əlavə et) vurun.
  • YouTube videolarınıza klikləyin.
  • Pleylistinizə daxil etmək istədiyiniz videoları seçin və “Add videos”a (Videolar əlavə et) klikləyin.

Random pleylistlər yaratmayın. Hər bir playlist açıq şəkildə müəyyən bir şeyə fokuslanmalıdır və insanların seyr etmək üçün bir videodan digərinə məntiqi şəkildə irəliləməlidir.

Bundan sonra, YouTube kanal bölmələrini yaratmaq üçün pleylistlərinizdən istifadə edə bilərsiniz:

  • Kompüterdə YouTube-a daxil olun, kanalınıza gedin və “Kanalı xüsusiləşdir”ə (Customize channel) vurun.
  • Ekranın aşağıya ötürün və “Add Section” (Bölmə əlavə et) klikləyin.
  • Açılan kontent menyusundan tək bir Pleylist seçin.
  • “Choose playlist”in (Pleylist seçin) altındakı “My playlists”i (Pleylistlərim) seçin.
  • “Find Playlist” (Pleylisti tap) açılan menyusundan öz bölmənizə daxil etmək istədiyiniz pleylisti seçin.
  • “Done”a (Bitdi) klikləyin.

6. Kanal treyleri yaradın

Kanal treyleri, kanalınıza yeni gələnlərə özünüzü təqdim etmə imkanı verən qısa bir videodur. Bunu istifadəçilərinizə nə olduğunuzu və niyə videolarınızı izləməli və kanalınıza abunə olmalarını göstərmək üçün istifadə edin.

Öz YouTube kanalınızın treylerini necə hazırlayacağınız burada açıqlanmışdır.

  • YouTube-a daxil olun və kanal treyleri olaraq istifadə etmək istədiyiniz videonu yükləyin.
  • Kanalınıza gedin və “Customize channel”a (Kanal xüsusiləşdir) klikləyin.
  • “Yeni ziyarətçilər üçün”ə (For new visitors), sonra Kanal treylerinə (Channel trailer) klikləyin.
  • Treyleriniz kimi istifadə ediləcək videonu seçin və “Save”ə (Saxla) vurun.

7. Kanalınızı kəşf oluna bilən edin

Artıq kanalınızı qurdunuz və bəzi gözəl kontentlər hazırlandı. İndi insanların kanalınızı tapa biləcəyinə əmin olmaq vaxtı gəlib çatıb. Kanalınızı görünən etmək üçün bir neçə yol var.

Kanal açar sözləri əlavə edin

  • YouTube-a daxil olun və sağdakı profil ikonuna vurun.
  • Açılan menyudan “Creator Studio” (Yaradıcı studio) seçin.
  • Sol menyudan “Kanal”a (Channel) vurun. Sonra altda görünən menyuda “Advanced” (Ətraflı) düyməsini basın.
  • “Kanal açar sözləri” (Channel keywords) bölməsinə kontentinizə uyğun açar sözlər daxil edin. Yalnız, istehsal etməyi planlaşdırdığınız kontentlə həqiqətən əlaqəli olan açar sözlərə fokuslandığınıza əmin olun.

Kanal tövsiyəsinə (Channel recommendation) icazə verin

  • Kanal tövsiyələri bölməsi üçün aşağı ötürün və kanalınızın digər kanalların tövsiyələrində görünməsinə icazə vermə seçimini açın.
  • Aşağı ötürün və “Save”ə (Saxla) vurun.

Möhtəşəm bir kanal açıqlaması (channel description) əlavə edin

  • YouTube kanal səhifənizdə “Kanalı xüsusiləşdir”ə (Customize channel) klikləyin.
  • Haqqında (About) bölməsinə vurun.
  • Açıqlamanın üstünə aparın və kanal təsviri əlavə etmək üçün qələm ikonuna vurun. 1000-ə qədər xarakter istifadə edə bilərsiz, onlardan ağıllı istifadə edin. Kanalınızın daha kəşf edilə bilən olmasına kömək etmək üçün müvafiq açar sözlər əlavə edin.

8. Komanda üzvlərini əlavə edin

YouTube kanalınız əla formadadır. İndi onu idarə etməyə kömək edəcək komanda üzvlərini əlavə etməyin vaxtı gəlib çatıb.

  • YouTube-a daxil olun və sağdakı profil ikonuna vurun.
  • Açılan menyudan “Parametrlər”i (Settings) seçin.
  • Səhifənin aşağısında menecerləri “Əlavə et” (Add) və ya “Sil”ə (Remove) klikləyin.
  • “Manage permissions” (İcazələri idarə et) klikləyin.
  • Yeni istifadəçilər dəvət etmək üçün yuxarı sağda yerləşən insanlar ikonuna vurun.
  • Hesabınıza əlavə etmək istədiyiniz komanda üzvlərinin e-mail adreslərini daxil edin. Hər bir şəxs üçün bir rol seçmək lazımdır. Kanal sahibləri hesabı silmək və yeni istifadəçilər əlavə etmək daxil olmaqla hər hansı bir fəaliyyəti icra edə bilərlər. Menecerlər video paylaşa bilərlər. Kommunikasiya meneceri YouTube üçün uyğun rol deyildir, çünki bu rol kanalınıza daxil olmağa icazə vermir.
  • “Invite”a (Dəvət et), sonra “Done”a (Bitdi) vurun.

9 .Daha çox xüsusiyyətə daxil olmaq üçün hesabınızı təsdiqləyin

15 dəqiqədən uzun videolar yükləmək və videolarınız üçün xüsusi eskizlər yaratmaq üçün YouTube hesabınızı təsdiqləməlisiniz.

  • Youtube.com/verify-a daxil olun
  • Ölkənizi seçin, sonra doğrulama kodunuzu mətnlə və ya avtomatlaşdırılmış səs mesajı ilə almaq istədiyinizi seçin.
  • Telefon nömrənizi daxil edin.
  • Aldığınız doğrulama kodunu daxil edin və “Göndər”ə (Submit) vurun.
  • “Continue”ya (Davam et) klikləyin.

İndi kanalınız təsdiqləndi. Kanalınızda daha uzun videolar yükləmək və özəl eskizlər yaratmaq seçimlərinin artıq aktiv olduğunu görəcəksiniz.

10 .Daha çox əlavə funksiyaları açmaq üçün YouTube Tərəfdaş Proqramına (YouTube Partner Program) qoşulun

1000-dən çox abunəçiyə çatdıqdan və son 12 ayda 4000-dən çox saat ümumi izlənmə aldıqdan sonra YouTube Tərəfdaş Proqramına qoşulmaq üçün müraciət edə bilərsiniz. Proqrama qoşulmaq, YouTube kanalınız üçün daha çox funksiyaları, o cümlədən monetizasiya (pul qazanma) xüsusiyyətlərini də açır.

  • YouTube-a daxil olun və sağdakı profil ikonuna vurun.
  • Açılan menyudan “Creator Studio”nu (Yaradıcı Studio) seçin.
  • Sol menyudan “Kanal”a (Channel) klikləyin. Sonra altda görünən menyuda “Status and features”ə (Status və xüsusiyyətlər) vurun.
  • Pul qazanma (Monetizasiya) qutusunu axtarın və “Aktiv et”ə (Enable) vurun.
  • Pul qazanmaq üçün başvuruda yazılan, YouTube Partnyor Proqramı şərtlərini oxuyub razılaşmaqdan başlayaraq addımlar atın.
  • Gözləyin. Hal hazırda YouTube Partnyor Proqramı başvurularının nəzərdən keçirilməsi üçün bir aydan çox vaxt tələb olunur. Təsdiq olunma şansınızı artırmaq üçün, başvurunuzun təqdim edilməzdən əvvəl bütün şərtlərə və tələblərə tam uyğun olduğundan əmin olun.

YouTube kanalına başlamağınız yorucu görünə bilər, amma unutmayın ki, ən vacib şey yalnız böyük kontent yaratmağa başlamaqdır. Böyüdükcə YouTube kanalınızın detallarını təkmilləşdirə bilərsiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Azərbaycanda Onlayn Bank Hesabı Açmaq

Salam əziz oxuyucular, bu məqalədə evdən çıxmadan onlayn (online) olaraq necə bank hesabı aça bilərsiniz mövzusunu oxuyacaqsınız. Bildiyiniz kimi, bank hesabı açmaq üçün banka getsək,

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.