fbpx

Google AdSense-lə Necə Pul Qazanmaq Olar? Google-da Pul Qazanmaq

Share this post

Google AdSense ilə pul qazanmaq üçün internet marketinq mütəxəssisi olmağınız lazım deyil. Ehtiyacınız olan şey, AdSense-ə necə başlamağınız barədə bəzi bilik və məsləhətlərdir. Beləliklə, mövcud kontentinizi potensial pul aparatına çevirmək və ya xüsusilə AdSense gəliri əldə etmək üçün yeni kontent saytları yaratmaq lazımdır.

Bəs Google AdSense Nədir?

Google AdSense, bu saytlarda Google Ads kimi tanınan platformanın sayəsində reklamverənlərin reklamlarını göstərərək gəlirlərini artırmaq məqsədilə veb saytlarınızdan istifadə etmək üçün hazırlanmış pulsuz bir proqramdır. Saytınıza daxil olanlar bu AdSense reklamlarına kliklədikdə, Google reklamverənlərindən pul alırsınız.

Niyə AdSense-ə Başlamaq Lazımdır

Google AdSense, reklam göstərilməsinin reklam yerləşdirməsindən daha yaxşı olduğunu sübut edir. Hər kliklə pul qazana bilərsiniz və eyni zamanda saytınızda göstərilən reklamlara nəzarət də edə bilərsiniz. Sizin bu Google Ads reklamlarını göstərən çoxlu səhifələriniz ola bilər. Əslində, Google, AdSense-ə qoşulmadan və onu tətbiq etmədən əvvəl minimum 20 səhifənin olmasını üstün tutur.

Beləliklə, veb saytınız həftənin 7 günü gündə 24 saat gəlir əldə edə bilər. Müştərilərlə münasibət qurmağa ehtiyac yoxdur, çünki bu sizin məhsulunuz deyil. Google AdSense işləyir, saytınıza müvafiq reklamlar yerləşdirir, klikləri izləyir və sizə pul ödəyir.

Bununla yanaşı, məqalə marketinqi kimi müxtəlif trafik yaratma metodlarından istifadə edərək AdSense saytlarınıza trafik çəkməyə hazır olmalısınız. Eyni zamanda saytlarınıza hədəflənmiş trafik cəlb edən daha yaxşı səhifə sıralaması əldə etmək üçün “açar sözlər” və SEO metodlarından istifadə etməyə diqqət yetirməlisiniz.

Necə AdSense-ə Başlamaq Olar

Ən başlıcası, AdSense hesabınıza müraciət etməzdən əvvəl TOS adlandırılan xidmət şərtlərini nəzərdən keçirməyinizdir. Bu sizi problemdən, yəni qəbul edilməməkdən və hətta daha pisindən, ban olunmağınızdan xilas edəcək. Google qaydalarına əməl edilməlidir. TOS-u nəzərdən keçirdikdən və saytınızın qaydalara uyğun olduğunu dəqiqləşdirdikdən sonra www.google.com/adsense saytından onlayn müraciət edə bilərsiniz.

Başlanğıcda, Google’un əsas veb saytınızı nəzərdən keçirməsi üçün müraciət edirsiniz. Bu veb sayt təsdiqləndikdən sonra, AdSense-i tək bir AdSense hesabı altında daha sonrakı tarixdə digər veb saytlara quraşdıra bilərsiniz.

Veb saytınız, saytınıza trafik çəkəcək və Google’un saytınıza uyğun AdSense reklamlarını yerləşdirməsinə kömək edəcək açar sözlərlə zəngin bir kontentə sahib olmalıdır.

AdSense-i quraşdırmaq

Bir neçə gün ərzində Google, saytınızın qəbul edilməsi və ya rədd edilməsi barədə məsləhət verəcəkdir. Qəbul olunduqda Google hesabı qurursunuz. Yalnız bir AdSense hesabınız olmalıdır. Google çoxlu AdSense hesabına icazə vermir. Siz, müxtəlif saytlarda reklamların göstərilməsi üçün lazım olan HTML kodu ilə təmin olunacaqsınız.

Bu pul qazanma kodunu əldə etdikdən sonra, saytınızda AdSense-i tətbiq etməlisiniz. Bunun üçün “AdSense Setup”a (AdSense Quraşdırma) keçərək bu səhifədə “AdSense for Content”ə (Kontent üçün AdSense) klikləyin. Bu, ən əsas, ümumi Adsense məhsulu növüdür. Həm də təlimatlar istifadəçi üçün əlverişlidir.

Dizayn və Harmoniya

Reklam növünü, reklam bölməsini (ad unit), daha sonra mətn və şəkili seçəcəyiniz bir neçə mərhələdən keçəcəksiniz. Bundan sonra reklam rənginizi formalaşdırmağınız üçün bir səhifəyə yönləndiriləcəksiniz. Reklamınızın rənginin, veb səhifənizin rəngini tamamlaması yüksək dərəcədə tövsiyə olunur. Reklamın yerləşdiriləcəyi yerlə eyni rəngdə olan bir haşiyə seçin.

Arxa planda, mətndə və haşiyədə rəngləri yoxlaya bilərsiniz, ancaq reklama diqqət çəkmək əvəzinə saytınıza rəng qatmağa çalışın. Ziyarətçilər, bunların reklam və tərcih edilmiş incəlik olduğunu bilirlər.

Reklam İzlənməsi

Növbəti addım hər bir reklamın performansını izləməkdir. Bu istəyə bağlıdır, lakin çox tövsiyə olunandır. Yerləşdirmənin dəyişdirilməsini yoxlamaq məqsədilə kliklərin haradan gəldiyini və reklamın yerinin sizə bildirilməsi üçün bu kanalı təsvir edən bir addan istifadə edərək “Yeni kanal əlavə edin” (Add new channel).

Reklam Yerinin Önəmi

Yuxarıda göstərilən addımlar başa çatdıqdan sonra açıqlayıcı bir adla “Save the Ad Unit”ə (Reklam Bölməsini Saxla), daha sonra isə “Submit and Get Code”a (Göndər və Kodu Al) klikləyin. Bu “Kod” kopyalanmalı və veb saytınıza yapışdırılmalıdır. Burada ən vacib şey yerdir. Bəzi markeoloqlar, reklamları ön və mərkəzdə ekranın yuxarı hissəsində yerləşdirməklə yaxşı nəticələr göstəriblər. Bu, reklamları görmək üçün aşağı verməyə ehtiyac olmadığı anlamına gəlir. Siz tez-tez sağ və ya sol kənar boşluqlarında və hətta altda yer alan AdSense reklamlarını görəcəksiniz. Ən yaxşısı digər saytlara baxmaq və onların bu reklamları harada yerləşdirdiklərini görməkdir.

Saytlarınızda reklam yerləşdirmək məqsədilə ən yaxşı yerləri tapmaq üçün “Google Heat Map”dən də istifadə edə bilərsiniz. Əlavə yardımı “Code Implementation Guide” (Kod İcra Təlimatı) linkindən əldə edə bilərsiniz. AdSense-ni bir neçə saytda quraşdırdıqdan sonra bu daha da asan olacaq. Ziyarətçinin diqqətinin maksimum səviyyədə olacağı və klikləyəcəyi yerlərə reklamlar yerləşdirin, eyni zamanda veb saytınızı tamamladığı ve açıq-aşkar bir reklam kimi görünmədiyi yerlərə də yerləşdirin.

Bu prosesi asanlaşdırmaq üçün artıq AdSense şablonları quraşdırılan Blogger kimi saytlar vardır.

Google, AdSense reklamlarının yerləşdirilməsi üçün veb sayt sahiblərinə etibar edir və demək olar ki, hər bir situasiya üçün və ya yaradacağınız hər bir sayt üçün reklamverənlər var. Google sizin üçün də çalışan bir mənfəət mənbəyidir.
Sadəcə saytınızın daim dəyişən “xidmət şərtlərinə” (Terms of Service) uyğunluğunu təmin edib, AdSense gəlirləri əldə etmə yolunda olmalısınız.

Google Adsense ilə necə pul qazanmaq olar məqaləmizin sonuna gəldik. Sizin üçün faydalı olmasını ümid edirik.

Oxuduğunuz üçün təşəkkürlər!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Bonanza Dropshipping Etmək. Bonanza Təliminə Qoşul

Bonanzada satış etmək istəyirsiniz? Bonanza Dropshipping nədir və bunu necə etmək olar barəsində suallarınız var? Və Bonanza Dropshipping-i öyrənmək üçün addım-addım yollar axtarırsınız? Və ya

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.