Azərbaycanda YouTube-dan Pul Qazanmaq. YouTube Baxış Sayına Görə Pul

Share this post

Bir çox insan üçün YouTube, pişik videolarını, məhsul rəylərini və ya video oyun oynayan digər insanları izləmək üçün sonsuz saatlar sərf edə biləcəkləri bir saytdır. Başqaları üçün isə pul qazanmağın bir yoludur.

Peşəkar YouTuber olmaq əyləncəli görünə bilər, amma işə başlamaq üçün tələsməli olursunuz və bunun qarışılığını alacağınıza dair heç bir zəmanət yoxdur. Əgər tez pul qazanmaq istəyirsinizsə, başqa seçimləri nəzərdən keçirə bilərsiniz. Ancaq, zatən həvəsli bir video kontent yaradıcısınızsa və əlavə çaba sərf etmə istəyiniz varsa Youtube-dən pul qazana bilərsiniz. Bilməniz gərəkən şeylər bunlardır:

Azərbaycanda YouTube-da necə pul qazanmaq olar

YouTube Tərəfdaş Proqramı üçün müraciət edin

Birbaşa YouTube vasitəsilə pul qazanmaq üçün saytla tərəfdaş olmalısınız. Bunu etdikdən sonra pul qazanmağın bir neçə yolu var, ancaq tərəfdaş olmaq üçün tələblərə cavab verməlisiniz:

  • Videolarınız saytın reklam qaydalarına riayət etməli və son 12 ay ərzində 4000-dən çox etibarlı ümumi izləmə saatı olmalıdır.
  • Uyğun (keçərli) bir ərazidə yaşamalısınız.
  • 1000-dən çox abunəçi lazımdır.
  • Google AdSense hesabına bağlanmaq lazımdır.

Videolarınız nə qədər çox olsa, izlənmə saatları limitinə çatmaq o qədər asan olur. Yüksək keyfiyyətli, əyləncəli videoların görüntülənmə əldə etməsi daha çoxdur, buna görə də planlama və istehsal üçün səy göstərmək lazımdır. Tələblərə cavab verdikdən sonra profilinizə klikləyib “monetizasiya” (pul qazanma) bölməsinə keçərək müraciət edə bilərsiniz.

Bir tərəfdaş olaraq reklam, abunəlik avantajları və da görüntüləyənlərin canlı yayımda mesajlarını vurğulamaları üçün ödəniş etmələrini təmin edən Super Chat kimi xüsusiyyətlər vasitəsilə pul qazana bilərsiniz.
Xərclərinizi, kredit hesablarınızı izləyin və hətta qənaət etməyin yeni yollarını axtarın.

Google AdSense-ə qoşulun

Tərəfdaş olaraq təsdiqlənmək üçün kanalınızı şirkətin reklam sistemi olan Google AdSense-ə bağlamalısınız. Reklamverənlər, auditoriyanıza, video topikinizə və əlaqəli açar sözlər kimi amillərə əsaslanan videolardakı yerlərə qiymət təklifi vermək üçün AdSense-dən istifadə edirlər.

Ümumiyyətlə, videolarınızın əldə etdiyi görüntülənmə (impression) sayına görə, yəni kimsə reklama kliklədiyində və ya izlədiyində sizə pul ödəniləcək. Kimsə hər dəfə videoya baxanda reklamlar göstərilmir, buna görə də görüntüləmələr birbaşa bankda pula çevrilmir. Eyni zamanda, YouTube reklam gəlirinin bir hissəsini götürür və bu faiz açıqlanmır.

Balansınız 100 dollara çatdıqdan sonra ödənişlər alacaqsınız. Yəni məsələn, kiçik bir kanalınız varsa, yalnız bir neçə aydan bir ödəniş ala bilərsiniz. Bu nağd pulun bir hissəsini vergilər üçün ayırmaq istəyə bilərsiniz. Çünki AdSense ödəmələrini verən Google, bütün vergi borcunuzu çıxmaya bilər.

YouTube Premium-u yoxlayın

AdSense tərəfdaşların YouTube-da pul qazanmasının yeganə yolu deyil. Saytın reklamsız abunə xidməti olan YouTube Premium-da da videoları təqdim edə bilərsiniz. Üzvlük haqqından gələn gəlirlərin bir hissəsini, üzvlərin videolarınıza nə qədər baxdığına əsaslanaraq qazanacaqsınız.

Məhsul yerləşdirmə və video sponsorluğundan istifadə edin

Kanalınızın auditoriyası ilə maraqlanan şirkətlər, öz potensial müştərilərinə səslənmək üçün videolarınıza sponsorluq edə bilər və ya məhsul yerləşdirmə sövdələşmələri təklif edə bilərlər. Çox güman ki, satış başına və ya komissiya səviyyələrində ödənişlər alacaqsınız. Mümkün korporativ tərəfdaşlar üçün ShareASale, ClickBank və CJ Affiliate kimi satış ortaqlığı saytlarında axtarışlar edin – və qeydiyyatdan keçmədən əvvəl şirkət və satdığınız məhsullara zəmanət verməyə hazır olduğunuzdan əmin olun.

Əgər sizin videoda bir dəstəkləmə və ya məhsul yerləşdirməsi varsa, video menecerinizin “advanced settings” (qabaqcıl parametrlər) bölməsindəki “video contains paid promotion” (videoda pullu tanıtım var) qutusuna klikləyərək YouTube-a bildirməlisiniz.

Məhsulunuzu görüntüləyənlərə məhsul və ya xidmətlər satın

Əgər malınız varsa və ya auditoriyanıza uyğun bir xidmət təklif edirsinizsə, bu barədə onlara məlumat verin və onları videolarınızda linklərlə təmin edin. Məsələn, uşaqların Ryan’s World adlı YouTube kanalının ulduzu Ryan Kaji, oyuncaqlar, köynəklər və digər əşyaları satır.

Fiziki məhsul satmaq üçün sizə material almaq və ya istehsalçı tapmaq lazım ola bilər. Ancaq siz e-kitablar və ya sənət nümunələri kimi yüklənən sənədləri də sata bilərsiniz. Mallarınızı reklam etmədən əvvəl etibarlı bir ödəmə sisteminə sahib olun.

Fanlarınız ilə real dünyada görüşün

Görüşlər və buna bənzər tədbirlər YouTuber-lərə, izləyiciləri ilə əlaqə yaratmalarına və onlara mal satmalarına imkan verir. Bunlar adətən aktiv və interaksiyada olan abunəçilərdir. Kiçik auditoriyalara sahib olan Youtuber-lər biletli tədbirləri pas keçib əvəzinə mal satışlarından yararlanmaq istəyə bilərlər. Və ya, məsələn, videolarınız izləyicilərinizə şəkil çəkməyi öyrədirsə, yerli bir parkda pulsuz bir sinif qura və sonra rəsm texnikası kitabını sata bilərsiniz.

Kraudfandinqə (crowdfunding) müraciət edin

Kraudfandinqin (çoxlu maliyyələşdirmə) iki əsas növü var: təkrarlanan və layihəyə əsaslanan. Təkrarlanan kraudfandinq, töhfəçilərə müntəzəm bir cədvəldə göstərdikləri məbləği ödəməyə imkan verir. Kanalı əhəmiyyətli bir gəlir axınına çevirmək üçün bu tip maliyyələşdirməni artırmaq istərdiniz.

Üz-üzə video sohbətlər, xüsusi siniflər və ya mallar kimi təşviqlər izləyiciləri qeydiyyatdan keçməyə vadar edə bilər.
Maliyyə dəstəyini tələb edən bir layihə üçün bir ideyanız varsa, layihəyə əsaslanan kraudfandinq kampaniyası, seçəcəyiniz yoldur. Indiegogo, Kickstarter, GoFundMe və ya Patreon kimi saytlarla başlaya bilərsiniz.

YouTube baxış üçün nə qədər ödəyir

2013-cü ildə YouTube üçün min baxışa görə orta qiymət (CPM) 7.60 dollar idi. CPM (min baxışa görə dəyər), min baxışa görə gəliri təmsil edən bir sektor terminidir. 2013-cü ildə hər YouTube kontent yaradıcısı üçün orta gəlir hər min baxışa görə 7.60 dollar idi. 500 baxışı olan bir video təxminən 3,80 dollar qazanırdı.

Milyard baxışı olan “Gangnam Style” kimi bir video 7.8 milyon dollar qazanmışdı. Bəzi videolar, video kontentindən asılı olaraq orta dərəcədən daha yüksək və ya daha aşağı gəlir gətirirlər. Müəllif hüquqları ilə qorunan musiqiləri ehtiva edən videolar video yaradıcısı üçün gəlir əldə etmir. Bəzi topiklər reklamverənləri cəlb edə bilmir. Bəziləri isə reklamverənlərdən güclü reaksiya görürlər və CPM-i qaldırırlar.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.