Pinterest Nədir? Necə İstifadə Olunur?

Share this post

Pinterest bir müddətdir ki var, amma hələ hər kəs onu istifadə etmir. Pinterest deyəndə çox vaxt insanların ağlına estetik və ya gözəl şəkillər gəlir. Bəs Pinterest nədir? Pinterest necə işləyir? Və Pinterest-dən necə istifadə edirsiniz? Bu məqalə Pinterest-dən istifadə etməyə yeni başlayanlar üçün əsas bilgiləri izah edir.

Pinterest nədir?

 

Pinterest, 2009-cu ildən bəri mövcud olan bir şəkil sancaqlama (“pin” sancaq deməkdir) saytıdır. Bu, vizual fikirləri inkişaf etdirmək və bölüşmək üçün hazırlanmış şəkil toplama imkanlarıdır. InFront-da yazıçı olan Andy Meng Pinterest-i aşağıdakı ifadələrlə təsvir edir:

… sosial şəbəkə insanın həyat tərzi konsepsiyasına çox diqqət yetirir, zövqlərinizi və maraqlarınızı başqaları ilə bölüşməyə və bənzər fikirli insanları kimi kəşf etməyə imkan verir. Sosial şəbəkənin məqsədi dünyadakı hər kəsi maraqlandıqları şeylər vasitəsilə birləşdirməkdir.

Pinterest-i sosial şəbəkə tulu kimi istifadə edə bilərsiniz, amma hamı bunu etmir. Əslində, interyer dizayn, səyahət və moda haqqında fikir toplamaq məqsədilə onu ilham mənbəyi kimi istifadə etmək daha çox yayılmışdır. Bundan əlavə, Pinterest yardım səhifələri Pinterest-i “vizual kəşf motoru” kimi təsvir edir. Yenə də bu tamamilə düzgündür.
Pinterest, layihənizdən asılı olmayaraq sizə lazım olan vizual mənbələri tez tapmağa kömək edir. Populyar qalmasının səbəbi, istifadəçi dostu interfeysi ilə birlikdə rahatlığıdır. Sadəcə sürüşdürərək saatlarla vaxt keçirə bilərsiniz.

Pinterest necə işləyir?

 

Pinterest bir neçə fərqli elementdən ibarətdir.

Sizin ana fidiniz (Home Feed)

Yeni və ya geri dönən istifadəçi olaraq ilk daxil olduqda maraqlarınızla əlaqəli sonsuz, sürüşdürülən şəkillər divarını görəcəksiniz. Bu bitməyən fotoşəkillər divarı Home Feed (ana fid) adlanır və Home Feed, digər sosial şəbəkə saytları kimi izlədiyiniz insanların mövzu və yazılarının toplandığı yerdir. Buradakı böyük fərq, onların hamısının vizual olmasıdır. Sözlərə ehtiyac yoxdur. Qeyd etmək lazımdır ki, alqoritm hansı mövzu ilə maraqlandığınızı öyrəndikcə Home Feed-də mövzu dəyişəcəkdir.

Tutaq ki, tort hazırlamaq istəyirsiniz, buna görə şəkillərini tapmaq üçün axtarış çubuğuna “şokoladlı tort” yazırsınız. Sizə şokoladlı tortun milyonlarla fərqli şəkillərini göstərməklə yanaşı, Pinterestin alqoritmi qərar verir: “Bu istifadəçi (yəni siz) tort sevir. Bəlkə onun (yəni sizin) piroqdan da xoşu gəlir.”
Beləliklə, növbəti dəfə ana fidi ziyarət edərkən, Pinterest, nəticə olaraq çoxlu tort və piroq şəkillərini sizə göstərəcəkdir. Pinterest, sizi kəşf etmək daha da araşdırmaq üçün dizayn edilmişdir.

Sizin axtarış çubuğunuz

 

Ekranınızın sol küncündə axtarış çubuğunu görəcəksiniz. Bu çubuğa bir söz yazaraq, xüsusi etiketləri və ya fidinizdə görünməyən mövzuları axtara bilərsiniz. Bir söz yazdığınızda Pinterest bununla əlaqəli ola biləcək digər topikləri təklif edəcəkdir. Bu topiklər rəngli “düymələr” olaraq aşağıda göstərilir.

Sizin pinləriniz

 

Pinterest-in növbəti ən vacib hissəsi, nələrisə “pinləmək” yəni sancaqlanmış şeyləri saxlamaqdır. Pinləmə əsasən bir növ orqanizasiya yaratmaq üçün şəkillər toplusunu birlikdə saxlamağınız deməkdir. Bütün Home Feed boyu hər bir individual şəkil başqasının qoyduğu “pin”dir. Ana fidinizdə və ya axtarış çubuğunuzda bir şəkil açıldığını gördüyünüzdə və onu öz lövhənizdə saxlamaq istədiyinizdə bunu etmək çox sadədir.
Bir pini saxlamaq üçün şəklə klikləyin, sonra şəkil görüntüsünün yuxarı sağındakı küncdə “Saxla” (Save) yazılan düyməni klikləyin. Və sizə həmin şəkli öz lövhələrinizdən birinə saxlamaq təklif ediləcəkdir.

Lövhələr

 

Pinterest-in dördüncü ən vacib cəhəti sizin lövhələrinizdir. Lövhələr şəxsi istifadə üçün və ya başqalarına göstərmək üçün individual pinlərinizi saxladığınız yerlərdir.
Lövhə yaratmaq üçün, ekranınızın yuxarı üst küncündə “İzlədikləriniz”in yanındakı istifadəçi adınıza klikləyin.
Profil səhifənizə gəldiyiniz zaman burada qırmızı ilə vurğulanan “+” işarəsini klikləyin. “Lövhə yarat” düyməsinə klikləyin.
Müəyyən bir mövzu və ya məqsəd ilə bir lövhə yarada və bu lövhələri xüsusi və ya ümumi olaraq təyin edə bilərsiniz.

Sizin profiliniz

 

Pinterest-in ən vacib hissəsi məhz sizin profilinizindir. Burada adınıza klikləyən hər kəs ümumi lövhələrinizi, avatarlarınızı və linklərinizi görə bilər. Onlar həmçinin ümumi izləyicilərinizin sayını və izlədiyiniz insanların sayını görə bilərlər.
Qeyd etmək lazımdır ki, izlədiyiniz insanlarla müqayisədə sizi izləyənlərin sayı istifadəçidən istifadəçiyə kəskin dərəcədə dəyişə bilər, çünki insanlar Pinterest-i şəxsi maraqları üçün və ya sosial şəbəkələşmə üçün istifadə edirlər.
Məsələn: özümün Pinterest-dən istifadəm inanılmaz dərəcədə özəldir, çünki yalnız dizayn lövhələri və əsas fikirlər üçün oradayam.
Bununla birlikdə, onların profil səhifələrində düzəldilmiş lövhələrin ekosistemini yaradan bütün şirkətləri tapa bilərsiniz. Həm də analitik tullara çatmaq və şəbəkə vasitəsilə reklam etmək imkanı verən peşəkar bir biznes hesabına keçmək seçimi var.

Pinterest-dən Şəkillərdən istifadə edərkən diqqət edin

Pinterest, internetdə ilham almaq üçün inanılmaz dərəcədə əyləncəli, asan və stressiz bir yoldur. Bir neçə sadə kliklə qeydiyyatdan keçib başlaya bilərsiniz. İndi Pinterest-in nə olduğunu, Pinterest-in necə işlədiyini və Pinterest-in daha aydın şəkildə necə istifadə olunacağını bilirsiniz.

Bununla birlikdə qeyd etmək lazımdır ki, Pinterest, bloqunuzda və ya veb saytınızda istifadə etmək məqsədilə stok şəkillər tapmaq üçün yaxşı bir yol deyildir. İstifadəçilərin Pinterest-də pinlədiyi şəkillər bəzən Google və ya başqa bir sosial şəbəkə saytında tapılır. Onların bir çoxunun müəllif hüquqları hələ də əlavə olunmayıb. Bu görüntüləri kompüterinizdə yadda saxlasanız və icazə almadan öz istifadəniz üçün yenidən yükləsəniz, problemlə üzləşə bilərsiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.