Əsas Veb Sayt Elementləri. Veb Sayt Adını Seçmək və Saytınızın Strukturunu Planlaşdırmaq

Share this post

Bu bloq yazımızda veb saytınızla əlaqədar verəcəyiniz bir çox önəmli qərarlar haqqında danışacağıq: veb sayt adını seçmək və saytınızın strukturunu planlaşdırmaq. Məqsəd müştərilərin saytda hərəkətlərini və istədiklərini əldə etmələrini asanlaşdırmaqdır. Çünki xoşbəxt müştəri uğurlu bir biznesə bərabərdir.

Domen Adı

İlk şey domeninizin adıdır. Hansı ki, insanlar sizi tapmaq üçün onu veb brauzerə yazacaqlar. Bir domen adı seçərkən əvvəlcə istədiyiniz adın boş olub olmadığını yoxlamalısınız. Məsələn, internetdə yalnız bir nmdigitalteam.com ola bilər və əgər kimsə bu ada sahib çıxıbsa, siz onu istifadə edə bilməzsiniz. Beləliklə, istədiyiniz adın götürüldüyünü necə öyrənə bilərsiniz? Sadəcə domen qeydiyyatı (domain registrar) yazıb axtarış verin və nəticələrdən birinə klikləyin. Həmin saytda kiminsə istədiyiniz addan istifadə edib-etmədiyini göstərən bir tul olmalıdır. Və əgər həmin ad artıq istifadədədirsə, o sizə istifadə edə biləcəyiniz başqa bir oxşar adı təklif edə bilər. Yaxşı bir domen adı, insanların asanlıqla yadda saxlaya biləcəkləri domen adıdır. Qısa, sektorunuzla əlaqəli və mümkün qədər mövzuya uyğun ad seçin.

Fərqli uzantılar seçərək istədiyiniz adın müxtəlif variasiyalarını əldə edə bilərsiniz. Yəqin ki, ‘.com’ və ya ‘.az’ uzantıları ilə tanışsınız, ancaq daha uyğun olanları tapa bilərsiniz. Məsələn, qeyri-kommersiya təşkilatları çox vaxt ‘.org’ istifadə edirlər. Bunun da mənası budur ki, ‘nmdigitalteam.com’ alınsa da, ‘nmdigitalteam.net’ hələ də mövcud ola bilər.

Ana Səhifə

Yaxşı, domen adı haqqında danışdıq, indi isə bir veb saytın ana səhifəsi kimi digər ümumi hissələrinə nəzər salaq. Ana səhifə domen adınızı yazıb veb saytınıza daxil olduqdan sonra insanların gördükləri ilk səhifədir. Yəni, sizin bir növ dükan pəncərənizdir, hansı ki bura insanları dəvət edirsiniz və onlara nə olduğunuzu izah edirsiniz. Ana səhifə həm də, ziyarətçiləri naviqasiya vasitəsilə veb saytınızın digər səhifələrinə də yönləndirir. Naviqasiya başlıqlarınız səhifənin yuxarı hissəsində və ya yan tərəfdə ola bilər. Hər iki halda bu, saytın bir hissəsindən digər hissəsinə səyahət etmək imkanı verən bir növ menyudur.

Orqanizasiya

Saytı necə təşkil etməyiniz çox vacibdir. Daimi ziyarət etdiyiniz veb saytlar haqqında düşünməyə başlayın. Onlar necə təşkil olunub?
İndi isə hansı kontenti təqdim etmək istədiyinizə qərar verin və məntiqli şəkildə onları qruplaşdırın. Yeri gəlmişkən, bir çox veb sayt qurma tulları, işə başlamağınıza kömək edə biləcək biznes veb sayt şablonları təklif edir.

Haqqımızda və Əlaqə

Asan bir yerdən başlamaq istəyirsiniz? Əksər veb saytlarda gördüyünüz ‘Haqqımızda’ və ‘Əlaqə’ səhifələri kimi səhifələr və bölmələrdən başlaya bilərsiniz. Veb saytınızın Əlaqə səhifəsinə ünvan, telefon nömrəsi, e-mail və yol istiqamətləri olan bir xəritə daxil edə bilərsiniz. Haqqımızda səhifəsinə biznes hekayənizi danışa bilər və ən yaxşı işlərinizin bəzi şəkillərini daxil edə bilərsiniz.

İstifadəçi dostu

Saytın təşkili üçün doğru və ya yalnış bir yol yoxdur, ancaq hər zaman özünüzü ziyarətçilərinizin yerinə qoymalısınız. Onlar nə axtarır? Veb saytınızda nəyi həyata keçirməyə çalışırlar? İndi ziyarətçilərinizin onlara lazım olan məlumatları (iş saatları, onlayn sifariş və s.) tapmaları üçün veb saytınızı asanlaşdıra bilərsiniz. İndi səhifələrdə gördüklərinizi yoxlayıb qiymətləndirin.

Naviqasiya

Birincisi, Haqqımızda və Əlaqə kimi bölmələrin olduğu naviqasiya çubuğunu görəcəksiniz. Bu naviqasiya çubuğu saytınızın hər səhifəsində görünməlidir ki, insanlar həmişə getmək istədikləri yerə gedə və ya olduğu yerlərə qayıda bilsinlər.

Kontent

Əlbəttə burada başlıqlar, paraqraflar, abzaslı siyahılardan ibarət sözlər, mətnlər də olmalıdır. Həm də şəkillər və video kimi materiallar da ola bilər. Mətn və şəkillərə linklər yerləşdirilə bilər ki, onlara klikləndikdə digər səhifələrə keçsin. Bunlar saytınızdakı və ya internetdəki başqa səhifələrə gedən kəsmə yollar kimi tanınan ‘hiperlink’lərdir.

Bir çox veb saytlar, müştəriləri, birbaşa suallar vermək üçün formlarla, mağazalarına gedən yolu addım addım göstərən xəritələrlə və ya məhsulları birbaşa almaları üçün alış-veriş səbətləri ilə interaksiyada olmağa dəvət edir.

 

Veb saytınız sizin digital mağaza önünüzdür və müştərilərlə əlaqə qurmaq üçün əla imkandır. Doğru domen adını seçmək, saytı məntiqli şəkildə təşkil etmək və yararlı xüsusiyyətlər əlavə etmək ziyarətçilərin axtardıqlarını tam olaraq tapmalarına kömək edə bilər.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.