Veb Sayt Nədir, Necə Çalışır? Öz Veb Varlığınızı Yaradın

Share this post

Veb sayt, biznesinizin internetdəki evidir.

Potensial müştərilərin gəlib biznesiniz və sizin onlara təqdim edəcəkləriniz haqqında öyrənə biləcəkləri yerdir. Tutaq ki, real dünyada şirniyyat dükanı açmaq qərarına gəlmisiniz. Əvvəlcə ev tikmək üçün bir yer icarəyə götürməlisiniz, elə deyilmi? Bir veb saytın bununla heç bir fərqi yoxdur. Sadəcə, hər hansı bir küçədə yer götürmürsünüz, əvəzinə serverdə yer kiralayırsınız. Ətrafda bununla avtomatik olaraq məşğul olan bir çox xidmətlər var. Bir də, pərdənin arxasında baş verənlər var ki, onlar haqqında da məlumatınız olması üçün qısa bir icmal keçək. Nəzərdə tutduğumuz, texniki məlumatlardır.

Server, internetə qoşulmuş bir kompüterdir.

Bu, veb saytınızın hissələrini (kodu, şəkilləri, videoklipləri və saytınızı əmələ gətirən digər şeyləri) saxlamağa imkan verən və ya ona ev sahibliyi edən bir proqramdır. Ona görə server adlanır ki, tələb olunduqda, yəni kimsə veb saytınızı görmək istədiyi zaman uyğun kontenti təqdim edir.

Hostinq nədir?

Bir serverdə yer kirayələyəcəyiniz və veb saytınıza ev sahibliyi edəcək bir çox şirkət və xidmətlər var. Bir məkanın kirayə haqqı kimi ev sahibliyi (hosting) ödənişini davamlı edirsiniz və serverin idarəçiliyinin texniki tərəflərini onlara həvalə edirsiniz. Bu da hostinq adlanır.

IP adresi və Domen

Dünyadakı hər bir serverin öz adresi var. Bu, IP adresi, yəni internet protokolu adlanır. Bilməniz gərəkən tək şey odur ki, IP adresi, internetə qoşulmuş istənilən cihazın serverlə danışıb onları tapa biləcəyi uzun rəqəmlər sırasıdır. Xoşbəxtlikdən, onların bir-birlərinə nə dediklərini başa düşmək lazım deyil; etməli olduğunuz şey, bu rəqəmlərdən ibarət IP ünvanına gözəl bir ad seçməkdir. Ki, buna da veb adresi və ya domen adı deyilir. Domen adınız, potensial müştərilərin sizi necə tapacağıdır. Bu eynilə insanların real dünyamızdakı şirniyyat dükanını qapısının üstündəki işarəyə görə tapması kimidir.

Veb adresi, istənilən veb sayta daxil olmaq üçün brauzer pəncərəsinə yazdığınız şeydir. Məsələn, www.google.com və ya www.nmdigitalteam.com. İndi isə bunları parçalayıb ətraflı şəkildə izah edək: www.-dən sonra gələn hər şey əslində domen adı olaraq bilinən bir şeydir. İnsanlara veb saytınızı tapmağa imkan verən hissədir, buna görə də olduqca vacibdir. Bu adresi axtaran hər hansı bir cihaz (planşet, smartfon, noutbuk) serverlə əlaqə qurur. Bundan sonra server həmin cihaza veb saytın göstərilməsi üçün lazım olan bütün lazımi hissələri – şəkillər və kod kimi şeyləri göndərir ki, cihazın digər ucunda olanlar səhifələrinizi görə bilsinlər.

Sadə şəkildə brauzer və server arasındakı əlaqənin izahı 

Kimsə veb adresinizi brauzerinizə yazanda, əsasən bunlar baş verir. Birincisi, onların brauzeri kontentin hansı serverin tərkibində olduğunu müəyyənləşdirir və bu serverə yönəldir. Sonra brauzer deyir: “Server, bu insana bu veb səhifəni göstərməyim üçün lazım olan bütün elementləri verərsiniz?” Server cavab verir: “Əlbəttə, mən 5 şəkil, 2 skript və bir neçə əlavə fayl göndərirəm.” Brauzer bütün parçaları birləşdirir və şəxs sizin gözəl formalı veb səhifənizi görür. Bu qədər. Sadəcə onlar bir-birləriylə qarma-qarışıq bit və baytlarla danışırlar azərbaycan dilində və ya ingliscə danışmırlar. Və bu bizim üçün bir məna kəsb etmədiyindən bizə maraqlı deyil.

Xülasə: Biznesiniz üçün bir veb sayt qurmağa qərar vermə, hamısının necə birlikdə işlədiyini başa düşməkdən başlayır: Server saytınızı ‘idarə edir’ və domen adı insanların onu tapmasına kömək edir.

Əgər bir veb saytınızın olmasını istəyirsinizsə bizə müraciət edə bilərsiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.