Digital Marketinqdə Analiz və Adaptasiya. Onlayn Hədəfləriniz

Share this post

Digitaldan nə əldə etmək istədiyinizi və onlayn varlığınızı necə yaradacağınızı bildiniz. Daha sonra digital marketinqdən necə istifadə edərək insanları öz digital evinizə çəkəyəcəyinizi də öyrəndiniz. İndi digital planınızın uzun məsafəyə yönəldiyinə əmin olmaq vaxtıdır. Bunu etmək üçün bir neçə yol var: real gözləntiləri təyin etmək, nəticələrinizi izləmək və texnologiyada, sektorunuzda baş verən dəyişikliklərə adaptasiya olmaq.

Real hədəflər

Xatırlamanız gərəkən ilk şey çox şeyi çox erkən gözləməməyinizdir. Çünki, Digital varlığınızı qurmaq və onlayn olaraq nəzərə çarpmaq üçün bir az vaxt tələb oluna bilər. Yəni, bir gözəllik salonu biznesiniz varsa və daha yeni veb sayt açmışsınızsa, təbii ki, onlayn şampun satışınız güclü səviyyədə olmayacaq. Dolayısıyla, axtarış motorlarının sizi tapması və digital marketinq planınızı həyata keçirməsi və təkmilləşdirməsi üçün vaxt lazımdır. Beləliklə, qarşılaya bilməyəcəyiniz real olmayan hədəflər qoymamağa çalışın.

Analitika

Hər hansı bir onlayn planın vacib bir hissəsi nə etdiyinizi ölçmək və işlədiyinə əmin olmaqdır. Buna ‘analitika’ deyilir və insanların veb saytınızı necə tapdıqlarını, oraya çatdıqda nə etdiklərini göstərə bilər. Analitikanın təfərrüatlara enib detallı məlumatlar verən çox tulları var, amma ümumiyyətlə analitika onlayn ziyarətçilərin haradan gəldiyini bilmək, marketinq kampaniyalarınızın hansının işləyib işləmədiyini anlamağa kömək edir. İnsanların veb saytınızda olduqdan sonra nə etdiklərini bilsəniz, digital investisiyanızın işə yarayıb-yaramadığını başa düşə bilərsiniz. Məsələn, gözəllik salonundakı insanların yalnız ana səhifənizi tapmalarını deyil, onlardan çox şey etmələrini istəyə bilərsiniz: “necə etmək olar?” tipli yararlı videolarınızı izləmək, randevu təyin etmək, məkanınızın istiqamətini götürmək və ya bir şey almaq. İnsanların saytınızda nə etdiyini izləmək nəyin işlədiyini və nəyin işləmədiyini anlamağınıza kömək edə bilər, buna görə də dəyişikliklər edə və işlərinizi daim təkmilləşdirə bilərsiniz. Beləcə dəyişikliklər edə bilər və gördüyünüz işi daima yaxşılaşdıra bilərsiniz.

Güncəl qalmaq

Qeyd ediləcək son nöqtə budur ki, onlayn dünyanın daim dəyişdiyini xatırlamaq vacibdir. Demək olar ki, hər gün yeni tullar, texnologiyalar və taktikalar peydə olur. Yəni, yaxşı bir plan, tez-tez dəyişməyən əsas konseptlərin, ən son və ən yaxşı yeniliklərlə ayaqlaşan irəli yönümlü düşüncələrlə kombinasiyasıdır. Eynilə, sektorunuzda dəyişikliklər olduqca, onlayn dünyanızın aktual olduğundan əmin olun. Saç düzümündə ən son isti trendəri təklif edirsiniz? Əgər saç boyaları növbəti böyük bir şeyə çevrilərsə, müştərilərə nə edə biləcəyinizi göstərmək üçün reklamlarınızı tez bir zamanda yeniləyə bilərsiniz. Özünüzü onlayn başarıya hazırlamaq üçün tullanmadan öncə baxmanız gərəklidi. Və baxmağa davam etməyin!

 

Yaxşı bir planda üç şeyi nəzərdən keçirmək lazımdır. Birincisi, onlayn hədəflərinizi bilin və özünüzə real gözləntilər təyin edin. Sonra, nə etdiyinizi ölçmək və necə işlədiyini izləmək və üçün analitikdən istifadə edin. Və nəhayət, daima actual qalın və texnologiyada və işlədiyiniz sahədəki dəyişikliklərə adaptasiya olun. Planınız bütün bunları həll edirsə və yetəri qədər çeviksinizsə, yolunuzu yaxşı şəkildə davam etdirəcəksiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.