Onlayn Varlığınızın Marketinqi. Digital (Rəqəmsal) Marketinqin Biznesinizə Müsbət Təsiri

Share this post

Tutaq ki, onlayn evinizi qurdunuz və indi virtual ön qapınıza daha çox müştəri gətirməyin yollarını axtarırsınız. Gəlin axtarış motorları, digər veb saytlar, sosial media və e-maildən istifadə etmək üçün bəzi böyük strategiyaları müzakirə edək.

Digital marketinqdə axtarışlarda önə çıxmanın əsas yolları

Necə edəcəksiniz ki, müştərlər sizi onlayn tapsın? Digitaldan yararlanaraq bunu etməyin bir neçə yolları var. Axtarış motorları ilə başlayaq. İnsanlar axtarış sisteminə nəsə yazanda, nə axtardıqlarını tam olaraq bildirirlər. Uyğun xidmətlər və məhsullar təklif etsəniz, axtarış motorları axtarış nəticələrinizdə sizin biznesinizi göstərəcəkdir. İndi isə axtarış motorlarından istifadə edə biləcəyiniz iki əsas yol var.

Birincisi, axtarış motorunun optimallaşdırılması və ya SEO, hansı ki, biznesinizi ödənişsiz şəkildə axtarış nəticələrində tanıtmağa kömək edir. İkincisi, axtarış nəticələrində reklam sahəsi almağa imkan verən axtarış motorları marketinqi və ya SEM.

SEO/SEM

SEO (Search Engine Optimization), sizin saytınızı, məhsul və xidmətlərinizi axtaran uyğun insanların qarşısına çıxarmaqdan ibarətdir. Bunun bir çox yolu var, amma əsas yol, insanların axtarış zamanı hansı açar sözlərdən istifadə etdiklərini bilməkdir. Bunlar biznesinizə ən uyğun sözlərdir. Bunları başa düşmək, bu sözlər axtarılan zaman necə görsəndiyinizi yaxşılaşdırmağa kömək edəcəkdir. SEM (Search Engine Marketing) isə, bizneslər xüsusi açar sözləri axtaran insanlara reklam vermək üçün ödəniş etdiklərində baş verir. Əksər böyük axtarış motorları, bir çox fərqli bizneslərin hədəf almaq istədikləri açar sözlərə təkliflər verərək öz reklamlarını göstərmələri üçün rəqabət aparan bir auksion sistemindən istifadə edir. Həmin təkliflər bid adlanır.

Displey Reklamlar

Axtarış insanlara çatmaq üçün əla bir yoldur, amma İnternetdə daha çox işlər görürük. Xəbərlər oxuyuruq, idman xallarına baxırıq, reseptlərə baxırıq, videolara baxırıq və ümumiyyətlə internetdə çoxlu sayda maraqlı kontentə baxırıq. Bütün bu kontentlərlə yanaşı müxtəlif reklamlar da görə bilərsiniz. Bunlara displey reklamlar deyilir. Displey reklamlar hər yerdə onlayn görünür və kliklədiyiniz, interaksiya (qarşılıqlı əlaqə) qura biləcəyiniz mətn, şəkil, video kimi bir çox formatda olur. Mesajınızı müəyyən yerlərə çatdırmağınız üçün əla bir yol ola bilər. Beləliklə, reklamlarınızı görmək istədiyiniz insanları və görünməsini istədiyiniz veb saytları və hətta səhifələri hədəf ala bilərsiniz.

Sosial Media

Facebook və ya Twitter kimi sosial media saytları biznesinizin bilinirliyini artırılması üçün başqa bir seçimdir və müştərilərlə münasibət qurmaq üçün xüsusilə faydalıdır. Əksər şəbəkələrdə biznesiniz üçün səhifələr və ya profillər yaradacaqsınız. Daha sonra biznesinizin onlayn sosial həyatını inkişaf etdirərkən mənalı söhbətlərə başlayaraq və yaratdığınız kontenti bölüşməklə çox sayda insanla əlaqə qura bilərsiniz.

E-mail Marketinq

Bizneslərin digitaldan yararlana biləcəyi digər vacib bir yol da e-mail marketinqdir. İnboksunuzu dolduran önəmsiz e-mail və ya “spam” barədə danışmırıq, Nəzərdə tutduğumuz şey, sizdən eşitmək istədikləri şeyləri sizə söyləmiş insanlara uyğun məlumat və təkliflər göndərməkdir. İnsanları qeydiyyatdan keçdirə və ya e-maillərinizi almaları üçün onlara seçim etdirə bilərsiniz. Saytınızda görüş təyin edən şəxslərə kupon göndərə, xüsusi tədbirləri reklam edə və ya satış məhsullarını tanıda bilərsiniz. Sonrası isə sizin ixtiyarınızdadır.

İnternetdə insanları tapmağın bütün yollarını bilmək və onların size necə tapa biləcəklərini bilmək, biznesinizə başlamaqda əsas addımdır. Digital marketinqin nə qədər çox növünü yoxlasanız, digital dünyada harada olursunuzsa olun, ən dəyərli müştərilərinizə çatmaq üçün daha çox imkanlar olacaq.

Bu məqaləmizdə onlayn varlığınızın marketinqini və Digital (Rəqəmsal) marketinqin biznesinizə müsbət təsirini öyrəndiniz. Məqaləmizi oxuduğunuz üçün təşəkkürlər!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.