Email Marketinq Nədir? Email Marketinq Xidməti. Email Marketinqlə Satışlarınızı Artırın

Share this post

E-mail marketinq nədir?

E-mail marketinq, istifadəsi asan olan və bizneslərin hədəf auditoriyaları ilə asanlıqla əlaqə saxlaya biləcəkləri bir rəqəmsal marketinq kanalıdır.

Niyə e-mail marketinqdən istifadə etməliyik?

Campaign Monitor tərəfindən edilən bir araştırmaya görə, e-mail marketinqə xərclənən hər 1 ABŞ dolları qarşılığında 44 ABŞ dolları qazanılır. Bundan başqa, e-mail vasitəsilə satılan məhsulları satın alan insanlar, e-mail təkliflərini almamış insanlara nisbətən 138% daha çox pul xərcləyirlər.

Biznes strategiyanızda digital marketinqin ən effektiv formasını istifadə edirsiniz?

Biznesiniz üçün bir e-mail marketinq kampaniyası həyata keçirməmisinizsə, müştərilərinizlə bu şəkildə əlaqə qurmaq və satışlarınızı artırmaq şansını qaçırmayın. Dolayısıyla, NM Digital Team kimi bir digital marketinq agentliyi, biznes məqsədlərinizə mükəmməl şəkildə uyğun gələn bir e-mail kampaniyası qura bilər.

E-mail kampaniya bülleteni xidmətləri

Ehtiyaclarınıza görə düzəldilmiş e-mail kampaniyaları

Marketinq məqsədlərinizə uyğun hədəflənmiş bir e-mail marketinq kampaniyası quracaq və idarə edəcəyik. İstər birdəfəlik satış yönümlü e-maillər, bloqunuzdan auditoriya yenilənmələrini göndərən bəsit RSS (Really Simple Syndication) e-mail fidləri ilə sizə ən yaxşı xidmət olsun, istərsə də alıcının bizim müəyyənləşdirdiyimiz satış qıfının olduğu yerə əsaslanan fəaliyyət doğuran tamamlayıcı e-maillər ilə ağıllıca avtomatlaşdırılmış quraşdırmalar olsun, biz sizin ehtiyaclarınızı həll edəcəyik.

Peşəkarlıqla dizayn edilmiş şablonlar

Tədqiqatlar göstərir ki, insanlar, sadə mətnli e-maillərdənsə, daha çox şəkilli və cəlbedici bir dizaynı olan e-mailləri üstün tuturlar. İstedadlı dizaynerlərimiz şirkətinizi ən yaxşı şəkildə təmsil edəcəyini düşündüyünüz rənglərə, orqanizasiyaya və çeşidli xüsusiyyətlərə sahib bir bülleten şablonu hazırlaya bilərlər. Biz bütün e-maillərinizi hər hansı bir masaüstü və ya mobil cihazdan düzgün bir şəkildə görüntülənməsini təmin etmək üçün responsiv şəkildə tərtib edirik.

Oxuyucuları müştərilərə çevirən məhsul və servis tanıtımları

İdeal hədəf bazarınıza müraciət etmək üçün hər bir e-mail bülleteninin kontentini fərdiləşdirə bilərik. Yəni, abunəçilərinizə tam olaraq eşitmək istədikləri şeyləri söyləyən və tam olaraq almaq istədiklərini təklif edən e-maillər göndərə bilərik.

E-mail bülleten siyahısını artırmaq

Sadəcə bu deyil e-mail bülleteninizə abunəlikləri təşviq etmək məqsədilə saytınızı optimallaşdıraraq e-mail bülleten siyahınızın davamlı böyüməsini təmin etmək üçün sizinlə birlikdə çalışacağıq. Bunun üzərinə, e-maillərinizin məntiqli şəkildə əldə edilə biləcək qədər çox paylaşım ehtimalını və çox az sayda abunəliyin ləğvi ehtimalını təmin etmək üçün zəngin biznes təcrübəmizdən faydalanmağa imkan verəcəyik.

 

E-mail marketinq təsirli bir satış strategiyası olsa da, bir çox bizneslər nəticələrin necə izlənəcəyini bilmirlər. Biz bunu öz e-mail marketinq müştərilərimiz üçün belə asanlaşdıracağıq:

  • Detallı hesabat təqdim edərək: Xüsusiyyətlərinizə uyğun bir e-mail kampaniyası quracağıq, onu idarə edəcəyik və açılma faizi (open rate), saytınıza yönləndirilən trafik, satış və ya lidlər (satış imkanları yaratma) daxil olmaqla detallı bir hesabat verəcəyik. Bu qədər detallı datalarla kampaniyanızın xərclərini haqlı çıxarmaqdan əlavə həmin xərclərin çoxlu gəlirlər gətirdiyini də doğrulamaq bəsit bir məsələdir.
  • Google Analytics hesabatlarını əldə etmə: İstədiyiniz zaman Google Analytics panelini yoxlamaqla e-mail kampaniyanızın nəticələrini izləyə bilərsiniz. Alıcıların (e-mail alanlar) veb saytınızla necə interaksiyada olduqlarını daha dərindən öyrənmək üçün hətta e-mail kampaniyalarını Google Analytics-ə inteqrasiya edə bilərik.

 

Biz bir e-mail marketinq kampaniyasında sizə necə kömək edə biləcəyimizi müzakirə etmək istərdik.

Suallarınız üçün  "050 552 12 94" zəng edə bilərsiniz.

E-mail marketinqin yararları

Araşdırmalara görə, müştərilər e-mail bülletenlərini aldıqları markaya 83% daha çox pul xərcləyirlər. Eləcə də marketoloqlar bir e-mail marketinq kampaniyasına qoyulan hər dollar üçün 44.25 dollar götürdüklərini bildiriblər.

E-mail marketinq biznes lidləri (satış imkanları) qazanmaq üçün ən yaxşı marketinq metodlarından biridir və çox yüksək investisiya gəlirinə yəni, ROI-yə malikdir. E-mail marketinqin faydaları sonsuz görsənir, lakin biz onları yeddiyə endirdik:

1. Fərqli auditoriyalara özəlləşmə (Personallaşdırma)

Fərdiləşdirmə e-mail marketinqdən istifadə etməyin bir çox üstünlüklərindən biridir. Müxtəlif tipli auditoriyalara uyğun mesaj yaratmaq daha asandır. Ənənəvi marketinqdə fərqli mesajlarla toplu sifarişləri fərdiləşdirərkən çap üçün əlavə xərclər olsa da, rəqəmsal marketinqdə e-maillər əlavə xərc ödəmədən fərqli auditoriyalar üçün mesajların personallaşdırılmasına imkan verir.

2. Bəsit və vaxta qənaət edən paylama

E-mail marketinq digər marketinq növlərinə nisbətən daha az əmək tələb edir. Paylanılan hər bir parça üçün tələb olunan və ya etiketlənmiş bir yazı yoxdur. Şəxs bir neçə dəqiqə ərzində siyahıdakı və ya müəyyən bir kateqoriya daxilindəki minlərlə şəxslə ünsiyyət qura bilər.

3. Daha yaxşı nəticələr üçün test e-mailləri

Müxtəlif mesaj üslublarını sınamaq üçün daha çox imkanlar var. Bir şəxs bir e-mail kampaniyası üçün çoxlu sayda mesajlar yarada bilər. Beləliklə, şəxs hansı yanaşmanın alıcılardan ən yaxşı cavab aldığını görmək üçün split testdən istifadə edərək müxtəlif formatlarda testlər edə bilər.

4. E-mail marketinq səmərəlidir

E-mail kampaniyaları digər marketinq formalarına nisbətən daha sərfəlidir. Araşdırmalar göstərir ki, e-mail kampaniyaları digər marketinq metodlarına nisbətən 20 qat daha sərfəli ola bilər. Dolayısıyla bu, marketoloqlara müəyyən bir büdcə ilə daha çox insana çatmaq fürsəti verir.

5. Müştəri sadiqliyini (loyallıq) təmin edir

Müştəri sadiqliyi, istehlakçının marka ilə mütəmadi qarşılıqlı əlaqəsini tələb edir. Mövcud bir müştəri üçün marketinq xərcləri digər marketinq növlərindən 6-12 qat aralığından daha ucuz ola bilər. Müştəri ilə müntəzəm marketinq əlaqələri satışlara apararkən eyni zamanda əlaqələr qurmağa da imkan verir.

6. E-mail izləmə və analiz

Bu marketinq növündən istifadə edən bir biznes üçün daha yaxşı izləmə imkanları var. Nəticələr 48 saat ərzində əksər kampaniyalar üçün istifadəyə hazırdır. Klikləmə faizi (click rate), açılma faizi (open rate), tez çıxma faizi (bounce rate) və digər önəmli metriklər marketoloqlara əsas kampaniya metriklərini izləmək üçün bir çox metodlar verir.

7. E-mail marketinqlə müştərilərə çatmaq asandır

E-mail bülletenləri, müştərilərə çatmaq üçün ənənəvi marketinq metodlarından daha yaxşı bir üsuldur. Çünki, e-mail istifadəçilərinin 72%-i öz bildiriş qutularını gündə 6 dəfədən çox yoxlayır. Eyni zamanda, internet istifadəçilərinin 92%-ində minimum bir e-mail hesabı var. Marketoloqlar bu tip kampaniya ilə telefonlarında, mobil cihazlarında və kompüterlərində hədəf auditoriyalarına çata bilərlər.

E-mail marketinq kampaniyasından istifadə etməyi sınayın

Marketoloqlar, yuxarıda sadalanan üstünlüklər və daha çoxu da daxil olmaqla, e-mail marketinqə etdikləri investisiyalardan xeyli gəlir əldə edə bilərlər. Daha yüksək investisiya gəliri (ROI), təkmilləşdirilmiş effektivlik, əlçatanlıq və müştəri sadiqliyinin artmasından zövq almaq istəyirsinizsə, NM Digital Team ilə əlaqə qurun və e-mail marketinq kampaniyalarımızın sizin biznesinizi, markanızı tanıtacağı bütün yolları sizə başa salacağıq.

NM Digital Team-in e-mail marketinq komandası MailChimp, Constant Contact, Sendinblue, Mailshake, SendBlaster, Apollo daxil olmaqla bir çox e-mail platformalarında təcrübəlidir. NM Digital Team ilə tərəfdaşlıqdan əldə edəcəyiniz bəzi əlavə üstünlüklər:

  • Xüsusi və markalı e-mail şablon dizaynı
  • E-mail avtomatlaşdırılması və A / B testi
  • Kampaniya strategiyası, quraşdırma və idarəetmə
  • Dərinləməsinə baxış (insayt) və aylıq hesabat
  • Kontentin yazılması və kreasiya (şəkillər, video və s.)
  • Abunəçi artıran kampaniyalar
  • Siyahı seqmentasiyası
  • Sosial media və remarketinq kampaniyaları kimi digər marketinq üsulları ilə əməkdaşlıq.

 

TƏKLİF ALIN

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.