SMO Nədir? Sosial Media Optimization-ın (SMO) Biznesinizə və ya Veb Saytınıza Faydaları

Share this post

Sosial Media Optimizasiyası (SMO) nədir?

Sosial medianın optimallaşdırılması (SMO), bir məhsul, xidmət markası və ya tədbir haqqında bilinirliyi artırmaq üçün tanıtım yaratmaq məqsədilə bir sıra quruluş və cəmiyyətlərdən yararlanmaqdır.

Mütəxəssislər SMO-nu onlayn marketinqin növbəti dalğası hesab edirlər. Onlar bu nəticəyə, sosial şəbəkələri və onların dünya çapında get-gedə artan istifadələrini analiz etdikdən sonra gəliblər.

Sosial media indi, söhbət etmək, fikir mübadiləsi aparmaq və şəkillər paylaşmaq üçün bir platformadan daha çox şeydir. Bu şəbəkələr, sektorlardakı kiçik və böyük ölçülü markaların onlayn marketinq strategiyalarında geniş yayılmışdır.

Bundan əlavə, SMO, sosial media və SEO-nun mükəmməl bir qarışığıdır və buna görə onun faydaları çoxşaxəlidir. Marketinqin bu sahəsi sosial şəbəkələrdən sizin veb saytınızın görünürlüyünü artırmaq məqsədi daşıyır.

Demək, ən yaxşı SEO xidməti də sosial media üçün etdiyiniz optimallaşdırma səyləri nəticəsində yaranan dəyəri doldurmaq iqtidarında deyil. Buna görə də SMO çox önəmlidir.

SMO-a investisiya qoymağa dəyərmi?

Bu, xüsusilə büdcəsi az olan, amma, sosial şəbəkələrdən yararlanmaq istəyən markalar üçün yaxşı bir sualdır. Cavab Bəli! Deməli, SMO-ya qoyulan investisiyanın göstərilən səylərə dəydiyini anlamaq üçün bəzi statistikalara və rəqəmlərə baxmaq lazımdır –

  • Hazırda dünya çapında Facebook-un istifadəçi bazası 1.71 milyard insana çatır.
  • YouTube sosial saytından 1 milyarddan çox insan istifadə edir.
  • Toplam internet əhalisinin 70% -i sosial mediadan istifadə edir.
  • Hər il sosial şəbəkələrə 200 milyon istifadəçi əlavə olunur.
  • Fortune 500 şirkətlərinin 83% -i Twitter-dən istifadə edir, qalanları da Facebook-da var

Sosial medianın inanılmaz dərəcədə böyüdüyünü görə bilərsiniz. Əgər biznesiniz bu şəbəkələrdə deyilsə, onda bu çox şey itirəcəyiniz anlamına gəlir.

Niyə SMO?

Sosial medianın veb saytların orqanik axtarış nəticələrini yaxşılaşdırmağın ən yaxşı yollarından biri olduğunu bilirik. Sosial şəbəkələrin dünyada istifadəsinin necə artdığını və bunlarıın necə gözardı edilməyəcəyini də bilirik: SMO-nun vacib olmasının səbəbləri –

  • Biznesinizə müxtəlif onlayn məkanlarda olan insanlara çatmaq və onlarla əlaqə qurmaq imkanı verir.
  • Sosial şəbəkələrdən yararlanırsız və biznesinizin çata biləcəyi əhatə dairəsini genişləndirirsiniz.
  • İnternetdəki insanlar asanlıqla veb saytınıza geri bağlana bilərlər.
  • Veb saytınıza trafik yönləndirir.
  • Marka bilinirliyi yaranır.
  • Marka sədaqəti yaranır.
  • Kontentiniz sosial kanallarda paylaşılır və yayılır.
  • Veb saytınızın görünürlüyü daha da güclənir.
  • Biznesinizin konversiya faizləri yüksəlir.

SMO-da bilinməsi gərəkən şeylər

Sosial media optimallaşdırılması vacibdir. Çünki, SMO olmadan biznesiniz sosial şəbəkələrdən ən yaxşı şəkildə yararlana bilməz. Yenə də, sosial media optimizasiyasında diqqətə alınması gərəkən çox şey var:

  • SMO saytınızı əsasən sosial media vasitəsilə optimallaşdırmaqdan ibarətdir.
  • Sosial şəbəkədən başqa bu marketinq metodu bloqlar, topluluqlar, podkastlar və s. vasitəsilə tanıtımları da əhatə edir.
  • Mütəxəssislər optimallaşdırma məqsədi ilə RSS (Really Simple Syndication – Real Sadə Sindikasiya) fidlərindən, bloqlardan, sosial bukmarklardan, foto və şəkil paylaşımlarından istifadə edirlər.
  • Bu veb saytın sosial mediada görünürlüyünü artıraraq sayta linklər yaratmaqdan ibarətdir.
  • SMO səylərindən yararlanmaq üçün 2 metod var: birincisi, kontentə sosial media xüsusiyyətlərinə əlavə etmək, ikincisi, sosial mediada tanıtım fəaliyyətləri görmək.
  • SMO, axtarış motorları xaricindəki sayt qaynaqlarınıza trafik çəkməkdən ibarətdir. Amma yenə də axtarış motorlarında sıralanma və görünmə qabiliyyətini yaxşılaşdırmağa fokuslanır.
  • Veb saytınıza linklər əldə etməyi əhatə edir.
  • Sizin sosial media optimizasiyanız eyni zamanda gələn (inbound) linklər yaratmağı da əhatə edir.
  • Siz bukmarklamalısınız və tağlamalısınız.
  • Kontentiniz paylaşılmalı və yayılmalıdır ki, digərləri bundan faydalana bilib istifadə etsinlər.
  • Kontentiniz nə qədər çox gəzirsə, səyahət edirsə, veb saytınıza və ya biznesinizə o qədər SMO faydaları çatır.

 

SMO xidmətinə ehtiyacınız var? Buradan bizimlə əlaqə saxlaya bilərsiniz.

 

SMO-nu veb saytınıza və biznesinizə faydalı etmək üçün məsləhətlər

Bəli, sosial mediada göstərdiyiniz səylər ilk etapda etdiklərinizə uyğun olaraq mükafatlandırılmalıdır. Bununla birlikdə, SMO-nun aparılma yolları və metodlarından xəbərdar olmalısınız və yalnız bundan sonra bu işi mükəmməl şəkildə görə bilərsiniz.

SMO səylərinizdən maksimum faydalanmaq üçün dəyərli məsləhətlər –

1. Diqqət cəlb edən kontent yaradın

Diqqət çəkən kontent yaratmaq və daha sonra onu yaymaq, SMO səylərinizin onurğa sütunudur. İnteraktiv və cəlbedici mövzuları əhatə etməli və həmin postları mütəmadi olaraq sosial kanallarda yayımlamalısınız. Bloqunuzu cazibədar kontentlə zənginləşdirin, diqqəti cəlb edən bir şeyi tvitləyin və auditoriyanızı məlumatlandırmaq və əyləndirmək üçün sosial platformalardan istifadə edin.

2. Bağlantılar vasitəsilə daha çox səs-səda salmağa çalışın

Əgər bir markasınızsa, sizin üçün sosial media şəbəkələşmə və əlaqə qurmaq deməkdir. İstər şəbəkəniz olsun, istər dostunuz olsun, istər rəqibləriniz, istərsə də sektor yoldaşlarınız olsun, onların hamısını tapmalısınız. Bütün ismarıclarınız, yenilənmələriniz və kontentləriniz şərhlər, bəyənmələr almalıdır ki, daha çox səs-səda yaradasınız. Bu mənada, haradan gəldiklərindən asılı olmayaraq əlaqələrdən yararlanmalısınız və sosial mediadan maksimum şəkildə faydalanmalısınız.

3. Bazanızı / auditoriyanızı böyüdün və genişləndirin

Əgər auditoriyanız genişdirsə, bundan sosial media daha çox fayda təmin edir. Bunun fərqində olan markalar sosial mediada heç kimlə ünsiyyətdə gecikmirlər. Onlar bir söhbət başlatmağın, biznesə əhəmiyyət kəsb edənlərlə və hətta əhəmiyyət kəsb etməyənlərlə əlaqə qurmağın dəyərini bilirlər. Biznesiniz üçün baza və auditoriyanı genişləndirməyin yollarını axtarmalısınız.

4. Auditoriyanı sayta geri gətirin

Onları perspektivə çevirə bilməyəcəksinizsə onda auditoriyanı genişləndirməyin məqsədi nədir? Yəni, sayta geri CTA-nın olması gərəklidir. Tizerlər (teaser) və hədiyyələr də daxil olmaqla bütün marketinq materiallarınız, auditoriyanı yenidən sayta yönləndirməyi hədəfləməlidir. Bu mənada, mesajlarınız, fikirləriniz və kontentiniz, istifadəçiləri sayta necə çatacağları barədə aydın şəkildə istiqamətləndirməlidir.

5. Kontenti mütəmadi olaraq yeniləyin

İzləyicilərinizi interaksiyada saxlamağın ən yaxşı yolu, istehlak etmələri üçün onları təzə, unikal və yenilənmiş kontentlərlə təmin etməkdir. Bu yolla, siz onları yalnız məlumatlandırmır, əlavə dəyər verir və zənginləşdirmə pəncərəsi açırsınız. Bu nədənlə, sosial fəaliyyətinizin hər yönü, durumunuz və yenilənmələriniz də daxil olmaqla sosial paylaşımlarınız hal-hazırki zamanınızla uyğunlaşmalıdır.

6. Sosial siqnallarınızı dünyaya göstərin

Sosial siqnallarınız yayılmağa və dünyaya nümayiş etdirməyə dəyər bir varlıqdır. Bu yolla istifadəçilər arasında güvən yarada və eyni zamanda yeni istifadəçilər qazanmağı hədəfləyə bilərsiniz. Beləliklə, hədəf auditoriyanın güvənini qazanmaq üçün dostlardan tutmuş şərhlərə, bəyənmələrə, tvitlərə, retvitlərə qədər hər şey göstərilməlidir və bundan yararlanılmalıdır.

7. Başqalarının işlərini tanıdın

Sosial şəbəkələr, nə verirsinizsə onu da aldığınız bir növ “ver-götür” tənzimləmə sistemidir. Bu, paylaşma və bəyənmə baxımından doğrudur. Beləliklə, sizin işlərinizi problemsiz şəkildə paylaşan hər kəsin işini paylaşmalı və tanıtmalısınız. Başqalarına qarşılıq verməlisiniz, çünki yalnız bu yuxarı pillələrə qalxmağınıza və marka varlığını qurmağınıza kömək edə bilər.

8. Auditoriyanızla interaksiyada olun

Auditoriyanızla interaksiyda olma sənətini bilsəniz, deməli SMO başarılıdır. Auditoriya ilə qarışılıqlı əlaqədə olmaq onlara əlaqəli bir şey, onlara dəyər qatan bir şey vermək deməkdir. Sosial kontentiniz eyni zamanda zənginləşdirici, məlumatlandırıcı, dəyərli və çəkici olmalıdır. Auditoriyanız hər şeydən üstündür və onları interaksiyada saxlamalısınız.

 

Ümumiyyətlə, sosial media konsaltinq xidmətlərinə etibar etmək, onları işə götürmək və biznesiniz üçün böyük perspektivlər dünyasını açmaq lazımdır. Nəticədə, sosial media görməzdən gələ bilməyəcəyiniz bir şeydir.

 

SMO-nuzu gücləndirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.