E-mail Marketinqin 10 Əla Faydası. Biznesiniz üçün E-mail Marketinq Strategiyası

Share this post

 

İstədiyiniz zaman və hər yerdə auditoriya ilə əlaqə qurduğunuzu düşünün. Bəli, bu gün bu e-mail marketinq ilə mümkündür.

E-maildən istifadə edən yalnız millenniallar deyil. İstehlakçıların 91% -i mobil telefonun köməyi ilə gündəlik e-mailden istifadə edir və hər yerdə öz qutularını yoxlayırlar: işləyərkən, yemək yeyərkən hətta, ayaqyolunda olarkən. 2022-ci ilə qədər 4.2 milyard elektron poçt istifadəçisinin olacağı proqnozlaşdırılır. Buna görə də e-mail marketinqi işləyir. E-mail marketinq, biznesiniz və auditoriyanız arasında kommunikasiya xətlərini açıq saxlamaq, münasibətlər qurmaq və diqqət mərkəzində olmaq üçün sizi dəyərli bir fürsətlə təmin edir.

Elektron poçt marketinqinin digər üstünlüklərini kəşf etmək üçün oxumağa davam edin.

Niyə e-mail marketinqi işə yarayır?

Bəzi marketinq kanallarından fərqli olaraq, e-mail marketinqi müştərilərinizlə ardıcıl əlaqə saxlamağa imkan verir. Sadə (Abunəliyiniz üçün təşəkkürlər) olun, alqışlayın (Xoş gəlmisiniz), səmimi (Ad gününüz mübarək) olun. Bu tip e-maillər müştərilərinizə dəyər verdiyinizi bildirməyin asan və effektiv yolu ola bilər. Müştərilər, bir biznes onlara hər kəs kimi deyil, bir fərd olaraq davrandığında bu onların xoşlarına gəlir.

Göndərdiyiniz e-maillərdə bu dəyər göstərilməlidir və hədəf auditoriyanıza nə qədər çox dəyər versəniz, onlar bir o qədər bunları sizdən eşitməyi gözləyəcəklər. Bu baş verdikcə, onları qarışılıqlı əlaqəyə çəkmək daha da asanlaşır.

E-mail marketinqin üstünlüklərini dəstəkləmək üçün çoxlu datalar var:

  • ABŞ-da yetkinlərin 91 faizi, işlədikləri şirkətlərdən tanıtım e-mailləri almağı xoşlayırlar. (MarketingSherpa)
  • E-mail Facebook-dan demək olar ki, 40 qat daha effektlidir və biznesinizin yeni müştərilər qazanmasına kömək etməkdə Twitter bağlantılıdır. (McKinsey)

Constant Contact müştərisi olan Cotton Clouds kimi bir biznes üçün, çapdan e-mail bülletenlərinə keçid etmək müştərilərə çatmaqla əldə edilən satış sayını iki qat artırdı.

“Hər dəfə bir e-mail göndərəndə 15 dəqiqə içində bir satış alıram. Ümumilikdə bu bülletenlərlə köhnə bülletenimlərlə müqayisədə dörd dəfə çox satış alıram və onlar hər sifariş üçün təxminən 50 dollardan 100 dollara keçiblər. ” – Irene Schmoller, Cotton Clouds-un təsisçisi (2010-cu ildən bəri Constant Contact-ın müştərisi).

E-maillə marketinqinizi növbəti mərhələyə daşıyın

Hələ də E-mail marketinqin sizin üçün olub-olmadığını düşünürsünüz? E-mailin biznesinizin hədəflərinə çatmasına kömək edə biləcək ən yaxşı yolları açıqlayan bir siyahı hazırladıq. Beləliklə, e-mail marketinqin top 10 faydaları bunlardır:

1. Hədəflənmiş və fərdiləşdirilmiş kontent

Heç kim bir dəstə insan üçün paylaşılmış kimi görünən bir e-maili oxumaq istəməz. Bunun nə dəyəri var və bu kimə kömək edə bilər? Heç kimə.
E-mail marketinq, müştərilərinizi yüksək səviyyədə fərdiləşdirilmiş kontent göndərmək üçün onları seçimlərinə əsasən fərqli siyahılara bölməyə imkan verir. Möhtəşəm mövzu xətləri hazırlamaqdan tutmuş, müştəri ilə rezonans doğuran şəkillərə və auditoriyanıza kömək edən dəyərli kontentlərə qədər e-mail həmin fərdi mesajlarınızı çatdırmaq üçün mükəmməl bir kanaldır.

2. Etibarlılıq yaradın

Naməlum bir göndəricidən və ya bilinməyən bir mövzu xəttindən gələn mesajlar spam kimi hiss qəbul oluna bilər. Bu, sadəcə hiss olunur və müştərilər çox vaxt bu e-mailləri silirlər.
Bəzi müştərilər üçün bir emoji onları klikləməyə sövq edər və xoşbəxt edər. Digərləri üçün eyni mövzu xətti abunəliklərini geri çəkmələri ilə nəticələnə bilər. Kontentinizi oxucuların istəklərinə uyğunlaşdırmalısınız. Oxucularınızın maraqlarını və ehtiyaclarını bilmək, e-mailinizin spam qovluğuna atılmasına deyil, açılıb oxunulmasına gətirib çıxarır.

İlk öncə, istifadəçilərin sizin e-mail siyahınıza daxil olmaları üçün bir təsdiq qutusunu ehtiva edən icazə əsaslı bir e-mail siyahısı yaratmaq lazımdır. Bununla müştəri hansı e-maillər üçün qeydiyyatdan keçdiyini və sizdən bu e-mailləri neçə dəfə alacağını bilir.

3. Daha yaxşı marka tanınması

İnsanlar markanızı tanıyırlar? E-mail marketinq ilə markalaşmanızı, veb saytınızdan birbaşa e-mail dizaynınıza çəkə bilərsiniz. Lakin markanın tanınması dizayndan kənara çıxır. Auditoriyanıza ardıcıl olaraq dəyərli kontent təqdim etməklə, onlar e-maillərinizi tanımağa və hətta təxmin etməyə başlayacaqlar.. Siz hətta markanız haqqında faydalı geridönüşlər (feedback) almaq üçün e-maillərinizdən istifadə edə bilərsiniz.

Müştərilər onlara verdiyiniz kontentdən məmnundurlar? Müştərilər fərqli nəsə öyrənmək istəyərlər? Bir anket yaradın və ya sosial mediada müzakirə başladın. Onları prosesə cəlb etdikdən sonra, e-maillərinizdə dəyərli kontenti necə təmin edəcəyinizi dəqiq biləcəksiniz.

4. Satışları artırın

DMA-dan (Direct Marketing Association) gələn bir hesabata görə, istehlakçıların 66 faizi bir e-mail marketinq mesajına görə onlayn alış-veriş edirlər. E-mail marketinq vasitəsilə biznesinizi tanıtmaqla yanaşı həm də auditoriyanıza telefonlarından və ya noutbuklarından dərhal bir satınalma şansı verirsiniz.

E-mail marketinq potansial müştərilərə satış etmək, yönləndirmələri artırmaq, cari müştərilərə daha çox satış (upsell) etmək və hətta uzun müddət sizdən alış-veriş etməyən köhnə müştəriləri yenidən interaksiyaya çəkmək üçün istifadə edilə bilər. E-mailinizin kontenti nə qədər əlaqəlidirsə və düzgün hədəflənibsə, oxucunun da hərəkətə keçmə ehtimalı bir o qədər yüksəkdir.

5. Güclü müştəri münasibətləri

E-mail marketinq, birbaşa və ya mütəmadi şəkildə müştərilərin qutularına onların istədikləri məlumatları təqdim etməklə müştəri münasibətlərini qurmağa kömək edə bilər. Məhsul və ya xidmətinizlə, faydalı məsləhətlərinizlə və ya sadəcə “Ad gününüz mübarək” tipdə bir hədiyyə kuponu ilə auditoriyanızın həyatını yaxşılaşdırmağınıza kömək etsəniz, məhsul və ya xidmətinizlə onlar sizi qiymətləndirməyi və sizə etibar etməyi öyrənəcəklər. Nəhayət, onlar xidmətlərinizə ehtiyac duyduqlarında sizin verdiyiniz məlumat və dəyəri göz önündə tutub ilk sizi fikirləşərək sizin biznesinizə baxmağa başlayacaqlar.

6. Vaxtınızı və büdcənizi optimallaşdırın

Hər hansı bir biznesdə, xüsusilə kiçik biznes daxilində həmişə vaxt və büdcə məhdudiyyətləri olur. Finala çatanda böyük bizneslər, hər şeyi çıxarda bilərkən ve reklam sahəsi satın ala bilərkən, kiçik bizneslər bu lüksə malik deyillər.
E-mail marketinq ilə xərclədiyiniz hər 1 dollar üçün orta hesabla 38 dollar qazanırsınız. Üstəlik, e-mail marketinq ilə əlaqəli xərclər başlanğıcda çox aşağıdır. Vaxt öhdəliyi baxımından e-mail marketinq avtopilotda yerləşdirilə bilər, lakin yenə də fərdiləşdirilməli və individual səviyyədə abunəçilərinizə yönəldilməlidir.

7. Nəyin işlədiyini bilmək üçün hesabat verin

E-maillərinizi açan müştərilər müzakirə məsələsi olduqda sizin üçün bir fürsət pəncərəsi var. Onlar sizin e-maillərinizi öz inbokslarında görürlər və “Kimdən” adının və mövzu xəttinin nə dərəcədə rezonans doğurmasından asılı olaraq, e-maili açmağı və ya onu görməzdən gəlməyi qərara alırlar. Yaxşı açılma faizi (open rate) müştərilərin sizdən eşitmək istədikləri qədər markanızı yaxşı tanıdıqları deməkdir..
Növbəti şey, ümumiyyətlə neçə müştərinin e-mail kontentinizin içindəki linklərə klikləmək üçün vaxt ayırdığına dair sizə yaxşı bir fikir verən klikəmə faizidir (click-through-rate).

Müştəri e-mailinizə kliklədikdən sonra ideal olaraq növbəti məqsəd onları konversiyaya çəkməkdir – bir başqa sözlə e-mailinizdə arzu olunan hərəkətin gerçəkləşməsidir. E-mailinizin konversiya faizləri (conversion rates) izləməli olacağınız vacib bir metrikdir, çünki onlar e-mailinizdə hərəkətə çağırışın (CTA) nə qədər yaxşı icra olunduğunu göstərirlər.

8. Veb saytınıza artan trafik

E-maillər müştərilərin veb saytınızı ziyarət etmələri üçün əla bir yoldur. E-mailinizin kontentinin içində saytınıza bağlanan müvafiq linklər əlavə olaraq yerləşdirə bilərsiniz. Müştərilərinizi, veb saytınızda və ya bloqunuzda mövcud olan digər möhtəşəm kontent hissələri ilə interaksiyaya çəkmək üçün e-mail kampaniyalarınızdan da istifadə edə bilərsiniz. Məsələn, yerli bir dizayn kursu, məhdud sayda yerləri olan yeni dizayn sinifləri haqqında məlumat vermək üçün e-mail göndərə bilər.

Müştərilərin və potensial lidlərin (satış imkanları) bir çoxu, vaxtında veb sayta müraciət etmədikləri təqdirdə dərsə qatılmaq üçün bu fürsəti əldən vermiş ola bilərlər. Dizayn kursu, sinifləri e-mail vasitəsi ilə reklam etməklə, yerlər üçün rezervasiyaları gözləniləndən daha tez doldura bilər.

9. Nüfuz yaradın

Biznesinizi idarə edərkən hədəflərinizdən biri də öz sektorunuzda mütəxəssis kimi görsənmək ola bilər.
Müştəriləriniz sizdən eşitmək istədikləri şeylər üçün marketinq bülletenlərinizə qeydiyyatdan keçirlər. Onlar göndərdiyiniz kontenti yüksək qiymətləndirirlər və onları interaksiyada saxlamaq bir e-mail marketoloqun ən böyük qazanclarından biridir. Kontentiniz ən dəyərli marketinq vasitələrinizdən biridir və bundan marketinq strategiyanızın digər sahələrini yaratmaq üçün istifadə edə bilərsiniz. İnsanlar sizin etdiklərinizi sevirlərsə, daha çox kontent görmək üçün qeydiyyatdan keçəcəklər.

10. Həyəcan yaradın

Hər kəs xüsusi bir qrupa aid olmağı sevir, xüsusən də eksklüziv avantajlar əldə edə bildikləri zaman. Sizin müştəriləriniz eyni deyil və hər kəsə eyni ölçülü yanaşma işə yaramır. Müştərilərinizin bənzərsiz və biznesiniz üçün vacib olduqları mesajını çatdırmaq üçün e-mail kampaniyalarınızdan istifadə edin.

İstər müştərilərin bir hissəsinə buraxılışa hazır olan bir məhsulu nümayiş etdirin, istər onları sadəcə olaraq sadiq olduqları üçün mükafatlandırın, onların hamısı bu cür şeyləri bəyənirlər. Volkswagen, e-mail abunəçilərinə ildə bir neçə dəfə pulsuz film biletləri təklif edir. Starbucks bayram günlərində “qızıl üzvlərinə” pulsuz içkilər verir.

Kiçik bir biznes olaraq, müştərilərinizə nələrisə pulsuz vermək yerinə bir az da ekstra şeylər edərək uzun bir yol qət edə bilərsiniz. Müştərilərinizi mükafatlandırmaq xoş bir jestdir və marketinq məqsədlərinizi sürətləndirmək üçün əla bir yoldur, çünki hamı qazanır.

Müştərilərinizlə e-mail vasitəsilə ünsiyyətə başlayın

E-mail marketinq vasitəsilə, biznesinizlə e-mail abunəçiləriniz arasında qarşılıqlı faydalı münasibətlər yaratmaqla bu gözləntiləri və daha çoxunu qarşılaya bilərsiniz.
Qısaca, e-mail marketinq ilə büdcənizi aşmadan və bütün vaxtınızı sərf etmədən markanızı qura, marketinq məqsədlərinizi həyata keçirə özünüzü bir mütəxəssis kimi təkmilləşdirə bilərsiniz.

İNDİ BAŞLAYIN

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.