fbpx

Sosial Media Marketinq (SMM) Nədir? Sosial Media Marketinqin Biznesiniz Üçün 10 Üstünlüyü

Share this post

SMM, yəni Sosial Media Marketinq – Özəl marketinq xidmətləri olaraq sosial media üzərində hazırlanan reklam, viral video, anket, səhifə idarəçiliyi kimii bir çox mövzunu əhatə edir. Qısaca Sosial media marketinq (SMM) – Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsidir.

Düşünün ki, çox az xərclə biznesinizin bilinirliyini, trafikini və satışını artırmaq üçün həftədə cəmi 6 saat vaxt sərf edirsiniz. Bəli! Marketoloqların təxminən 90% -i sosial medianın öz şirkətləri üçün geniş təsir bağışladığını iddia edirlər və bu onun bir çox üstünlüklərindən biridir. Sosial şəbəkələr artıq hər bir marketinq strategiyasının əhəmiyyətli hissəsidir və sosial mediadan istifadənin faydaları o qədər böyükdür ki, bu səmərəli üsulu tətbiq etməyən hər kəs fenomenal bir marketinq imkanından məhrumdur.

Sosial media marketinqinin, marketinqdə başarı üçün əsas ünsür olduğunu görmək asandır və bir çox marketoloqlar platformalardan istifadə edərək biznesin böyüməsi potensialının fərqindədirlər. Yenə də, bu mütəxəssislərdən bəziləri hansı taktikaların tətbiq olunacağına və effektiv olduqlarına əmin deyillər. Social Media Examiner-ə görə, hazırda marketoloqların təxminən 96% -i sosial media marketinqində iştirak edir, lakin onların 85% -i hansı tulların istifadə üçün ən yaxşı olduğuna əmin deyillər. Bizim köməyimizlə, sosial medianın biznesinizi bazara çıxartmaq üçün üstünlüklərini hərtərəfli izah edərək qarışıqlığı azaltmağa çalışacağıq.

1. Artan Marka Bilinirliyi

Sosial media, kontentinizi yayınlamaq və biznesinizin görünürlüyünü artırmaq üçün istifadə olunan ən səmərəli digital marketinq metodlarından biridir. Sosial media strategiyasını həyata keçirmək, markanın tanınmasını əhəmiyyətli dərəcədə artıracaq, çünki geniş istehlakçı auditoriyası ilə interaksiya quracaqsınız. İlk olaraq biznesiniz üçün sosial media profilləri yaradın və başqaları ilə qarşılıqlı əlaqəyə başlayın. Səhifənizi bəyənmə-ləri və paylaşma-ları üçün işçilərinizi, biznes partnerlərinizi və sponsorlarınızı yönləndirin.

Sadəcə insanların kontentinizlə interaksiya qurması marka bilinirliyini artıracaq və biznes olaraq reputasiyanızı inkişaf etdirməyə başlayacaq. Paylaşılan hər bir post potensial müştərilər olmalarına səbəb ola biləcək yeni fərdlərdən ibarət şəbəkəyə təqdim olunacaq. Bu da biznesiniz haqqında nə qədər çox insan bilirsə, bir o qədər yaxşıdır deməkdir. Həftədə cəmi bir neçə saat sərf edərək, marketoloqların 91% -dən çoxu sosial marketinq səylərinin təsirini xeyli artırdığını iddia edirlər. Şübhə yoxdur ki, sadəcə bir sosial media səhifəsinə sahib olmaq, markanıza fayda gətirəcək və müntəzəm istifadə ilə biznesiniz üçün geniş auditoriya yaradacaq.

2. Daha çox gələn trafik

Sosial mediada sizin biznes marketinqiniz olmadan, gələn trafikiniz adi müştərilərlə məhdudlaşır. Markanızla tanış olan insanlar, ehtimal ki, əvvəlcədən təyin edib yarışdığınız açar sözlərlərlə eyni açar sözləri axtarırlar. Sosial medianı marketinq strategiyanızın bir hissəsi olaraq istifadə etməsəniz, sadiq müştəri dairənizdən kənarda olan hər kəsə çatmaqda daha çox çətinlik çəkəcəksiniz. Marketinq miksinə əlavə etdiyiniz hər bir sosial media profiliniz veb saytınıza giriş qapısıdır və post etdiyiniz hər bir kontent yeni bir müştəri əldə etmək üçün başqa bir fürsətdir.

Sosial media, müxtəlif keçmişləri və davranışları olan müxtəlif tip insanların bir qaynayıb qarışdığı bir məkandır. Fərqli insanlarla birliktə fərqli ehtiyaclar və fərqli düşüncə tərzləri gəlir. Kontentinizi mümkün qədər çox platformada sindikasiya etmək (yayınlamaq) bu şəxslərə biznesinizə orqanik olaraq çatma imkanı verir. Məsələn, bəlkə də köhnə bir istehlakçı demoqrafiyasında yer alan biri Facebook-da müəyyən bir açar sözü istifadə edərək veb saytınızı axtaracaq, lakin bir millennial (yetkin yaşına 2000-ci ilin əvvəllərində çatan biri) tamamilə başqa bir sosial media platformasından istifadə edərək axtarışlarına başlaya bilər çünki, onlar məhsullar üçün tamamilə fərqli şəkildə axtarış verirlər. Sosial mediada marketinq etməklə biznesinizi bütün dünyadakı daha geniş yönlü istehlakçılara effektiv şəkildə təqdim edə bilərsiniz.

3. Təkmilləşdirilmiş Axtarış Motoru Rankı (Sıralaması)

Sosial mediada post etmək biznesinizə müəyyən qədər sayt trafiki gətirsə də, əhəmiyyətli dərəcədə başarı əldə etmək üçün daha çox səy tələb olunur. Axtarış motoru optimizasiyası daha yüksək səhifə sıralamasına nail olmaq və biznes saytınıza trafik əldə etmək üçün çox vacibdir. Sosial media birbaşa axtarış motorları rankını artırmadığı halda, Social Media Examiner, bir il və ya daha çox müddətdə sosial mediadan istifadə edən marketoloqların 58% -nin hələ də təkmilləşdirilmiş axtarış motorları sıralamalarına nail olduqlarını bildirir. Açar sözləriniz üçün ən üst sıralarda yer ala bilmək, trafikinizdə inqilab yaradacaq və biznesiniz üçün müsbət nəticələr doğurmağa davam edəcəkdir. Qəbul edək ki, hər kəs məlumat əldə etmək üçün Google-dan istifadə edir və ehtimal ki, axtardıqları şeylərin cavabları normal olaraq nəticələrin ilk səhifəsində olduqda digər səhifələrə keçməyəcəklər. Əgər biznes saytınız axtarış motorları nəticələrinin başında yer almasa, axtarış motorunuzun optimallaşdırılması strategiyasını düzəltməlisiniz.

Özünüzü sosial media vasitəsilə ən yaxşı şəkildə sıralamaq üçün hədəf açar sözlərinizi birləşdirən yüksək keyfiyyətli kontent yaradın. Bloqlar, infoqrafika, keys metodları (nümunə araşdırmaları), biznes məlumatları və işçilərin fotoşəkilləri kimi kontent, biznesinizin sosial media profilini maraqlı və etibarlı edəcəkdir. Keyfiyyətli content post etməyə başladıqdan sonra, izləyicilərin kontentinizi “bəyənəcəkləri” və “paylaşacaqları” bir sosial media toplumu qurmağa başlayacaqsınız. Ən əsası, bu sizə, biznesiniz haqqında yazacaq və gələn linklər (backlink) təqdim edəcək sektor influenserlərinin qarşısına çıxmaq üçün daha çox fürsətlər verir – bu da axtarış motoru sıralamalarını birbaşa artırmağa kömək edəcəkdir.

4. Daha yüksək konversiya faizləri

Görünürlüyün artması ilə sizin biznesiniz konversiya üçün daha çox imkanlar əldə edir. Hər bloq postu, şəkil, video və ya şərh, izləyiciləri şirkətinizin veb saytına apara və trafiki artıra bilər. Sosial media marketinqi, biznesinizə, insanlaşma amili ilə müsbət təəssürat yaratmaq imkanı verir. Markalar, sosial mediada kontent paylaşaraq, şərh verərək və statuslar göndərərək interaktiv olduqlarında bu, markanı insanlaşdırır. İnsanlar şirkətlərdən çox, digər insanlarla iş görməyi üstün tuturlar. Marketoloqların 51% -dən çoxu istehlakçılarla münasibətlərin inkişafına vaxt ayırmağın satışda müsbət nəticələr göstərdiyini iddia edirlər. Ziyarətçidə nə qədər yaxşı təəssürat yaratsanız, məhsul və ya xidmətlərinizə ehtiyac duyulduğunda sizin biznesinizi düşünmək ehtimalları bir o qədər yüksək olacaqdır.

Tədqiqatlar onu da göstərdi ki, sosial media ənənəvi marketinqə görə 100% daha yüksək bir nisbətlə satış imkanına (lid) sahibdir. Bir marka onlayn olaraq qarışılıqlı əlaqədə olduqda, markanın hesablarını izləyən istehlakçılar çox vaxt biznesin etibarlılığına daha çox güvənməyə başlayırlar. İnsanlar dostlarına, ailələrinə və icmalarına bağlı qalmaq üçün sosial media platformalarından istifadə edirlər. Əgər insanlar danışırlarsa, interaksiyada olurlarsa, niyə də markanızı bu marketinq miksinə daxil etməyəsiniz? Böyük ehtimalla, məhsullarınız və ya xidmətləriniz lazım olduqda, ümumiyyətlə biznesinizin keyfiyyətinin sosial sübutunu təqdim edərək markanızdan dostlarına danışacaqlar. Social Media Examiner tərəfindən bildirildiyi kimi, marketoloqların təxminən 66% -i həftədə ən az 6 saat sosial media platformalarından istifadə edərək satış imkanları yaratmanın (lead generation) faydalarını görür. Markanızı insanların paylaşdığı, bəyəndiyi və danışdığı bir atmosferə qoymaq, mövcud trafikdəki konversiya faizlərini yalnız və yalnız yaxşılaşdıra bilər.

5. Daha yaxşı müştəri məmnuniyyəti

Sosial media şəbəkə və kommunikasiya platformasıdır. Bu platformalar vasitəsi ilə şirkətinizin səs tonunu yaratmaq, şirkətinizi insanlaşdırmaqda vacibdir. Müştərilər səhifələrinizə şərh yazdıqları zaman, avtomatlaşdırılmış mesaj yerinə personallaşdırılmış cavab aldıqlarını gördüklərində məmnun olurlar. Hər bir rəyi qəbul edə bilmək, ziyarətçilərinizin ehtiyaclarına qarşı diqqətli olduğunuzu və ən yaxşı ziyarətçi təcrübəsini təmin etməyi hədəflədiyinizi göstərir.

Biznesinizin sosial media hesablarındakı hər bir müştəri interaksiyası, müştərilərinizə olan yaxınlığınızı açıq şəkildə nümayiş etdirmək üçün bir fürsətdir. Bir fərdin istər sualı olsun, istərsə də şikayəti olsun, sosial media şəxslərarası dialoqdan istifadə edərək məsələni həll etməyə imkan verir. Şəxsi mesajları tərtib etmək üçün vaxt ayıran, özünü müştəri məmnuniyyətinə həsr etmiş bir marka, hətta müştəri şikayətinə cavab vermiş olsa da, təbii şəkildə müsbət qarşılanacaqdır.

6. Təkmilləşdirilmiş marka sədaqəti (loyallığı / sadiqliyi)

Demək olar ki, bütün bizneslərin əsas hədəflərindən biri sadiq müştəri bazasının inkişaf etdirilməsidir. Müştəri məmnuniyyəti və marka sədaqətinin bir qayda olaraq əl-ələ olduğunu nəzərə alsaq, mütəmadi olaraq istehlakçılarla interaksiyada olmaq və onlarla bir bağ qurmağa başlamaq lazımdır. Sosial media, yalnız, markanızın məhsullarını və tanıtım kampaniyalarını təqdim etməklə məhdudlaşmır. Müştərilər bu platformaları bizneslə birbaşa əlaqə qura biləcəkləri bir xidmət kanalı olaraq görürlər.

Milennial nəsil, ən çox marka sədaqəti olan müştərilər kimi tanınır. 1980-ci və 2000-ci illərin əvvəlləri arasında anadan olmuş millenniallar ABŞ tarixində ən böyük nəsildir – və bazarı tamamilə istehlak edəcəkdir. Tədqiqatlar göstərir ki, müştərilərin bu seqmenti sosial mediada onlarla birbaşa interaksiyada olan markalara qarşı 62% daha sadiqdir. Bu texnologiya yerliləri, öz markaları ilə ünsiyyət tələb etdiyindən, bizneslər, ən təsirli istehlakçılarının diqqətini çəkməkdən ötrü sosial media marketinqini həyata keçirməlidirlər.

7. Daha çox marka nüfuzu

Müştəri məmnuniyyəti və marka sədaqəti hər ikisi, biznesinizin daha nüfuzlu olmasında ayrıca rol oynasa da, kommunikasiyada birləşirlər. İstehlakçılar şirkətinizin sosial mediada post paylaşdığını, xüsusən müştərilərə cavab verdiyini və orijinal kontent paylaşdığını görəndə, bu sizi daha etibarlı göstərir. Müştərilərlə müntəzəm olaraq qarışılıqlı əlaqə qurmaq, biznesinizin müştəri məmnuniyyətini önəmsədiyini və mövcud ola biləcək sualları cavablamağa hazır olduğunu göstərir. Razı qalan müştərilər əla bir məhsul və ya xidmət haqqında söz yaymağa can atırlar və ümumiyyətlə, fikirlərini bildirmək üçün sosial mediaya müraciət edirlər. Sosial mediada sizin biznesdən bəhs edən müştərilərə sahib olmaq, biznesinizi reklam edəcək və yeni ziyarətçilərə sizin dəyərinizi və marka nüfuzunuzu göstərəcəkdir. Müsbət satınalma təcrübəsindən bəhs edib danışan bir neçə məmnun müştərini əldə etdikdən sonra məhsulunuzdan və ya xidmətinizdən həzz alan həqiqi müştərilər tərəfindən sizin üçün reklam hazırlanmasına icazə verə bilərsiniz.

8. Səmərəli

Sosial media marketinqi bəlkə də bir reklam strategiyasının ən səmərəli hissəsidir. Profilin qeydiyyatı və yaradılması demək olar ki, bütün sosial şəbəkə platformaları üçün pulsuzdur və investisiya etmək qərarına gəldiyiniz hər hansı bir ödənişli tanıtım digər marketinq taktikaları ilə müqayisədə nisbətən ucuzdur. İqtisadi cəhətdən səmərəli olmaq belə bir üstünlükdür, çünki investisiya baxımından daha çox gəlir əldə edə və digər marketinq və biznes xərcləri üçün daha böyük büdcə saxlaya bilərsiniz. Sosial mediada pullu reklamdan istifadə etmək qərarına gəlsəniz, sizi nələrin gözlədiyini görmək üçün hər zaman kiçiklə başlayın. Daha rahat bir duruma gəldikdə, strategiyanızı incələyin və büdcənizi artırmağa çalışın. Sadəcə az miqdarda vaxt və pul xərcləməklə konversiya faizlərini əhəmiyyətli dərəcədə artıra və nəticədə əvvəlcə yatırdığınız pulunuzdan investisiya gəliri (ROI) əldə edə bilərsiniz.

9. Bazar İçgörüsü (İnsayt) qazanın

Sosial medianın ən dəyərli üstünlüklərindən biri də bazar insaytıdır. İstehlakçılarınızın düşüncə və ehtiyaclarını bilavasitə onlarla danışaraq bilmənin bundan daha yaxşı yolu nə ola bilər? Profillərinizdəki fəaliyyətə nəzarət edərək, biznesinizin sosial mediada gözdən qaçırdığı müştərilərin maraqlarını və fikirlərini görə bilərsiniz. Sosial medianı əlavə bir araştırma tulu kimi istifadə etmək sektorunuzu anlamağınıza kömək olacaq məlumatlarla sizi təmin edəcəkdir. Böyük bir izləmə əldə etdikdən sonra istehlakçıların demoqrafiyasını analiz etmək üçün əlavə tullardan istifadə edə bilərsiniz. Sosial media marketinqinin başqa bir diqqətəlayiq tərəfi, kontentin yayım siyahılarını mövzuya görə bölüşdürmək və hansı tip kontentin ən çox görüntülənmə (impression) yaratdığını müəyyənləşdirməkdir. Bu tullar gəlir əldə etməkdən ötrü mükəmməl kombinasiyanı tapmaq üçün müxtəlif sosial media platformalarındakı postlara əsaslanan konversiyaları ölçmək imkanı verir.

10. Düşüncə Liderliyi

Sosial mediada içgörülü və yaxşı yazılmış kontent yerləşdirmək, bir sahə üzrə mütəxəssis və lider olmaq üçün əla bir yoldur. Düşüncə lideri olmaq üçün xüsusi bir yol yoxdur – bu, onlayn şəbəkə tulları ilə dəstəklənən işi gərəktirir. Özünüzü mütəxəssis etmək üçün sosial media platformalarından istifadə etdiyinizdən və varlığınızı təmin etdiyinizdən əmin olun. Ünsiyyətcil olun, auditoriyanızla əlaqə qurun, kontent paylaşın və nüfuzunuzu artırın. Sosial media kampaniyanız digər marketinq səyləri ilə uyğunlaşdıqda, bacarıqlarınız vurğulanacaq və izləyiciləriniz sizi axtaracaqlar. Müştərilərinizlə birbaşa əlaqə qurmağınız, onların dəyər verəcəyi bir münasibət yaradaraq sahənizdə nəzərə çarpan influenser olmağınıza imkan verir.

Bizə Yazaraq Bugün Başlayın!

Sosial media marketinqinin üstünlükləri açıqdır, buna görə də biznesinizə uyğun profillər yoxdursa, onları yaradın! Biznesinizin məlumatlarını doldurun və izləyicilər qazanmağa başlamaq üçün interaktiv kontent paylaşın. Qeyd edildiyi kimi, biznesinizlə əlaqəli insanlardan profilinizi qurmağınız üçün səhifənizi “bəyən”mələrini və “paylaşma”larını xahiş edin. Tutarlı yeniləmələr ilə doğru sosial media marketinq strategiyası, artan trafikə, daha yaxşı SEO-a, daha yüksək konversiya faizlərinə, inkişaf etmiş marka sədaqətinə və daha çox şeyə səbəb olacaqdır. Sosial medianı, marketinq strategiyanıza tətbiq etməməyiniz üçün faktiki olaraq heç bir səbəb yoxdur. Bu qədər səmərəli olduğu üçün itirəcəyiniz bir şey yoxdur. Çox güman ki, artıq sosial mediada rəqabətiniz mövcuddur, buna görə də potensial müştərilərinizi sizdən almalarına imkan verməyin. Nə qədər tez başlasanız, bir o qədər tez də biznesinizin böyümənisini görəcəksiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.