Veb Sayt Dizayn Edərkən Nələri Etməli və Nələri Etməməlisiniz. Veb Sayt Hazırlamadan Əvvəl Bilməniz Gərəkən Önəmli Məlumatlar

Share this post

 

“Ziyarətçilərə İlk təəssürat yaratmaq üçün yalnız tək şansınız var” ifadəsini eşitmisiniz, düzdür? Bəli, bu da onlayn olaraq doğrudur.

Bu yazı veb sayt dizaynında ziyarətçiləri uzaqlaşdıracaq ümumi səhvlərdən qaçınmağa kömək edə bilər. Səhifələrinizin sürətli yüklənməsindən, saytınızın mobil uyumluluğunu, ümumi əlçatanlığını və kontentinizin keyfiyyətini necə təmin edəcəyinizi araşdıracağıq.

Səhifənin sürətlə açılması

Ən birinicisi, sürətə ehtiyacınız var. İnternet istifadəçiləri səbrli deyillər və səhifələrinizin yüklənməsi çox uzun çəksə, veb saytınızı tərk edəcəklər. Sizin və ya veb saytınızı quran şəxs hər kimdirsə onun saytı sürətləndirmək üçün edə biləcəyi bir çox texniki şeylər var. Məsələn, doğru texnologiyalar seçmək və hostinq çözümləri. Ancaq bəzi sadə düzəlişlər də var.

Səhifələrinizdə şəkillər varsa, ehtiyac duyduğunuz ən kiçik şəkillərdən istifadə edin. İkon kimi yalnız kiçik şəkillər görünəcəksə, böyük şəkilləri, ölçüsü çox olan faylları istifadə etməkdən qaçının. Çox sayda proqramlar var ki, onlardan yararlanaraq şəkillərin ölçülərini kiçildə, onları daralda bilərsiniz və nəticədə bu, saytınızın yüklənmə sürətini daha da artırar.

Dizaynınızı sadələşdirin. Ümumiyyətlə, ziyarətçilərinizin brauzerlərinin yükləmələri və yenidən istifadə etmələri gərəkən şeyləri nə qədər çox məhdudlaşdırsanız, səhifələriniz o qədər daha sürətli yüklənəcəkdir. Eyni arxa fon şəklini bir çox səhifədə istifadə edin və veb saytınızı quran şəxsdən kod və skriptlərlə səmərəli olmasını istəyin. Vəziyyətinizi yoxlamaq istəyirsinizsə, saytı mobil telefonunuzda açmağa çalışın – WiFi olmadan, telefon internetindən istifadə edin və saytınızın nə qədər tez açıldığını görün.

Veb Saytınızı Dizayn Etmək İstəyirsiniz? Buraya Klikləyərək Veb Sayt Dizayn Qiymətlərimizlə Tanış Ola Bilərsiniz.

Mobil-uyumluluq

Mobil-uyumlu veb sayta sahib olmağın ən asan yolu, istifadə olunan ekranın növünü avtomatik olaraq aşkarlayan və saytın müvafiq olaraq göstərildiyi “responsiv dizayn” kimi bir yanaşmadan istifadə edərək saytı ən başdan bu şəkildə qurmaqdır.

Saytınızın nə qədər mobil-uyumlu olub olmadığını bilmək istəyirsinizsə, Google-un Mobil-Uyumlu Test Tulunu yoxlayın.

Sensorlu ekranlara xas olan sürüşdürmək və ya toxunmaq kimi xüsusiyyətləri də unutmayın. Veb saytınızın komponentlərinin bu tip “girişlərə” düzgün cavab verdiyindən əmin olun. Geniş yayılmış ikonlardan istifadə etmək və kontenti aydın və yaxşı təşkil etmək, kiçik ekranlardan istifadə edən ziyarətçilərin axtardıqlarını tapmaqlarını asanlaşdıracaqdır.

Ümumi Əlçatanlıq

Önəmli məqamlardan biri də adresinizin və telefon nömrənizin tapılmasını ziyarətçilər üçün asanlaşdırmaqdır. Bir çox cihaz GPS və xəritəçəkmə xüsusiyyətləri ilə təchiz olunmuşdur ki, bu da ziyarətçilərə yolda olarkən kömək edə bilir. Əlbəttə ki, veb saytınıza bir mobil cihazdan daxil olarkən ziyarətçilərin sizə zəng etmələrini də asanlaşdırmalısınız. Bunun üçün də telefon nömrəsini kliklənə bilən edin ki, mobil cihazdan daxil olan ziyarətçilər bir toxunuşla sizə zəng edə bilsinlər.

Eyni zamanda xatırlamalısınız ki, insanlar saytınıza Chrome və ya Firefox kimi fərqli brauzerlərdə və Windows və ya Mac kimi fərqli platformalarda baxacaqlar. Saytınız hər vəziyyətdə düzgün görünürmü? Bunu bacardığınız qədər çox kompüter, cihaz və brauzerdən bir test edin. Plaginlər yükləməyiniz istənilir? Bu, ziyarətçiləri saytınızdan uzaqlaşdıra biləcək gərəksiz bir addımdır. Sonda unutmayın ki, veb saytınız sadəcə satış etmək üçün deyil, həm də problemləri həll etmək üçündür.

Özünüzü bir ziyarətçi yerinə qoyub düşünün. Özünüzdən soruşun, mən niyə burdayam? Nə etməyə çalışıram? Hansı problemi həll etməyə çalışıram?

Məsələn, xüsusi tortlar hazırlayan bir şirniyyat mağazanız varsa, bəlkə də kimsə bir torta ehtiyac duyduğu üçün saytınızı ziyarət edir. Tort dekorasiyası stiliniz və ilham aldığınız şeylər barədə səhifələr yarada bilərsiniz. Real həyatda olan bir müştəridən bir referans və fotoşəkil də daha yaxşı bir üsul ola bilər.

Beləliklə, bunlar bir çox veb saytlarda mövcud olan bəzi ümumi səhvlərdir. Bunların qarşısını almaq üçün ziyarətçilərin hansı cihaz və brauzer istifadə etməsindən asılı olmayaraq səhifələrinizin tez yükləndiyindən və düzgün göründüyündən əmin olun. Və kontent yaratdığınız zaman müştərilərinizi düşünün. Onların ehtiyaclarını cavablandırın və bunlara əməl etsəniz müştəriləri saytınıza gətirmək sizin üçün daha asan olacaq.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Azərbaycanda Onlayn Bank Hesabı Açmaq

Salam əziz oxuyucular, bu məqalədə evdən çıxmadan onlayn (online) olaraq necə bank hesabı aça bilərsiniz mövzusunu oxuyacaqsınız. Bildiyiniz kimi, bank hesabı açmaq üçün banka getsək,

Leobank ilə Evdə Oturaraq Pul Qazanmaq

Azərbaycanda evdə oturaraq pul qazanmaq istəyirsiniz? – Leobank ilə evdə oturaraq pul qazanmaq artıq çox asandır! Bu platforma vasitəsilə siz əlavə gəlir əldə edə, vaxtınızı

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.