Bu məqalə, üstünlükləri və mənfi cəhətləri haqqında daha çox məlumat paylaşaraq e-ticarət dünyasını anlamağınızı təmin edəcəkdir. Elektron Ticarət, biznesinizin bütün dünyada böyüməsinə və parlamasına kömək edə biləcək güclü onlayn tullarından biridir.
Biznesləri daha canlı və gəlirli hala gətirərək əmtəə və xidmətləri onlayn şəkildə satma qabiliyyəti haqqında şübhə yoxdur. E-ticarət mağazasına başlamazdan əvvəl alıcıların trendini görmək və hər şeyə baxmaq həqiqətən vacibdir, çünki strateji qərarlar qəbul etməklə biznesinizin qloballaşmasına səbəb olan budur.
E-Ticarətin Üstünlükləri
1. Satınalma prosesini sürətləndirir və müştərilərə vaxt qazandırır
Bu, kiminsə çox uzaq və asanlıqla mövcud olmayan fiziki mağazadan müəyyən bir məhsulu alması barədə düşünəndə sözün həqiqi mənasında alış-veriş prosesini sürətləndirir. Bəs e-ticarət, müştərinin xüsusi məhsulu asanlıqla və sürətli şəkildə əldə etməsinə necə kömək edir. Məsələn – Bəzən müştəri digər filiallara baş çəksə də mağazadan, müəyyən bir məhsulu tapa bilmir. Burada e-ticarət vaxt itirmədən müəyyən bir məhsulu almağa kömək edərək mövcud tələbə tez bir reaksiya verməklə ortaya çıxır.
E-ticarət, asanlıqla onlayn əldə olunan məhsulların geniş çeşidinin seçilməsini və çatdırılmasını təmin edir. O, onlayn qlobal bazar standartlarına daxil olmağınıza kömək edir. Bu cür alış-veriş prosesi, səyahət vaxtını azaltmağa kömək edə bilər və çoxlu seçimlər arasından öz istədiyiniz məhsulu seçməyə kömək edir.
2. Müştəri gözləntisinə görə mağazanı fərdiləşdirir
Onlayn biznesin faydalarından biri odur ki, o, onlayn alış-veriş təcrübənizi artıracaq. İnternetdə edilən hər bir satınalma yer mövqeyinə görə müəyyənləşir və müştərilərin inkişaf etmiş axtarışlarına əsasən tövsiyə olunur. Bəzən müştərilər daha öncəki satınalmalarına və loyallıqlarına (sadiqlik) görə əlavə xidmətlər əldə etmək hüququna malikdirlər. Bu cür mağaza müştəriyə gözləntilərini qarşıılamaqda kömək edir.
3. Virtual dəstək mənbələrini işə götürərkən təkrarlanan xərcləri azaldır
E-ticarətdə fayda verə biləcək amillərdən biri də işçiləri işə götürməyin əlverişli olmasıdır. Belə ki, işçiləri xarici qaynaqlardan seçə və müxtəlif ölkələrdəki virtual asistantlarınızla çalışa bilərsiniz.
Eyni zamanda bu, müxtəlif yerlərdə şirkətinizin varlığını təmin edəcəkdir. Bu durumda pərakəndə satış yerləri ilə müqayisədə bir e-ticarət biznesində çoxlu işçiyə ehtiyacınız olmayacaq.
4. Müştərilərinizi asanlıqla yenidən hədəf alır
Müştərini yenidən hədəf almağın və məhsulu yaxşı şəkildə satmağın bir çox yolu var. Aşağıda müştəriləri yenidən hədəf almaq üçün istifadə edə biləcəyiniz bəzi üsullar var:
- Müştərilər ödəmə səhifəsini tərk etdikdə bir kupon paylaşın.
- Hətta daha çox satış edən (upsell) və çarpaz satış edən (cross-sell) e-maillər göndərin.
- Google-un ödənişli və orqanik axtarış nəticələrindən istifadə edin.
- Müəyyən bir müştərinin, müəyyən bir səhifəni müəyyən bir müddət ərzində ziyarət etməsindən yararlanaraq onları hədəf alın.
5. İmpulsiv satın almanı təşviq edir
İmpulsiv satınalma, müştərinin müəyyən bir məhsula qarşı fikirlərini əks etdirən ümumi davranışlarının üsullarından biridir. Bu, insanın psixoloji davranışının idarə olunması ilə əlaqədardır, hansı ki, bəzi insanlarda impulsiv satın alma meylləri kimi ifadə edilə bilən şəxsiyyət özəllikləridir. Məhsulu, şəkillərlə, başqa rəng seçimləri ilə və hətta videolarla daha cəlbedici etmək bir e-ticarət platformasında istifadə edilə bilən şeydir. Beləliklə, müştəri özünü, məhsulu mağazadan satın almış kimi hiss edər.
6. Mövcud rəylər
Mövcud rəylər, e-ticarət veb saytınıza daha çox dəyər verəcək və müştərilərin müəyyən bir məhsula daha çox inam yaratmasına kömək edə biləcək çox müsbət tövsiyələrə malikdir. Bu, məhsulunuz haqqında daha aydın və görünəbilən olmağınıza kömək edir və eyni zamanda müştərilər üçün məhsul seçimini asanlaşdırır. Çünki, rəylərin hamısı müştərilər üçün dəyərlidir və bu, məhsul və xidmətlər üzərində etibarın qurulmasına həqiqətən çox kömək edə bilər.
7. Müştəriyə ətraflı məlumat vermək bacarığı
Hər bir müştəri məhsullarına dair daha çox məlumat axtarır ki, bu da onlara satın almaları barədə ağıllı bir qərar verməyə kömək edə bilər. Bu, həqiqətən çox yardımçı olan və hər hansı bir məhsulu təsvir edən bir növ açıqlamadır. Qısaca olaraq məhsulun təsvirində açıq şəkildə paylaşılan bir növ məlumat istifadəçiyə tələblərə dair son qərar verməyə kömək edir. Ətraflı olaraq məhsulun altından paylaşılan bilgilər, müştərinin daha ətraflı şəkildə anlamasını təmin edir və onları məhsulun bütün xüsusiyyətləri və funksiyaları barədə məlumatlandırmaqla sonda satın almaya sövq edir.
8. Uyğun əməliyyat xərcləri ilə ən keyfiyyətli xidmət
Bu, bir e-ticarət platforması üçün çox vacib bir rol oynayan üstünlüklərdən biridir. Əksər hallarda, fiziki pərakəndə mağazalar icarə haqqı ödəməklə və ya özlərinin olsa belə bazarda varlığını saxlamaq üçün çox pul xərcləməlidirlər. Fiziki mülkiyyətdə olan mağazaya təsir göstərən bir neçə qabaqcadan çəkilən xərclər var. Bir e-ticarət mağazası, bir fiziki mağazada aparılan xərclərin 60% -dən çoxunu kəsməyə kömək edəcəkdir. Məsələ əməliyyat xərclərinə gələndə isə, yenə də fiziki mağazada onlayn mağazaya nisbətən çox yüksəkdir. Çünki, heyətin, məkanın, inventorizasiyanın, mağazanın dizaynının, və s. xərclərini qarşılamaq lazımdır ki, bu da kifayət qədər maddi duruma təsir edir.
9. Tez və sərfəli marketinq
E-ticarətinizi bazara çıxarmaq üçün çoxlu pul xərcləməli olmayacaqsınız. E-ticarətinizi bu onlayn dünyaya sürətli və sərfəli olan onlayn marketinqin müxtəlif yolları ilə çəkməyin bir çox yolu var. Anlamağınıza və marketinq texnikalarını yaxşılaşdırmağınıza kömək edə biləcək bəzi qeyri-adi yollar bunlardır:
- Hər zaman möhtəşəm kontentlə hərəkət edin. Bu, kreativ kontent marketinqi ilə bazarda daha çox görünməyinizə kömək edir.
- Hətta məhsul və xidmətlər haqqında məlumat verən kreativ marketinq videosundan da yararlana bilərsiniz.
- Sosial şəbəkələr, hər yerdə varlığınızı yaratmağınıza kömək edir, çünki hazırda bu sosiallaşmada iştirak etməyən demək olar ki, yoxdur.
- Hər bir müştəriyə digital bazar vasitəsilə çatmaq olar, sadəcə onlara yaxınlaşmaq üsullarına diqqət etmək lazımdır.
10. Məhsul almaq üçün müştərini 24/7 rahatlıqla təmin edin
Xidmətlər 24/7 mövcud olduğundan və hər zaman, hər yerdə sizə xidmət etməyə yardımçı olduğu üçün normal mağazaya görə daha çox çevikliyə sahiptir.
Son zamanlarda onlayn bazarlarda bir çox dəyişiklik var ki, bunlar sizə tövsiyə, satış dəstəyi, çat dəstəyi ilə köməkçi xidmətlər göstərir və hətta oxşar məhsulları tapmağa kömək edir. E-ticarət 24/7 və dünya səviyyəsində istehlakçılar üçün əlçatan olan platformalardan biridir.
11. Daha az mağaza qurma xərcləri və sürətli ROI (İnvestisiya gəliri)
E-ticarət haqqında danışarkən, burada oflayn mağazaya nisbətən daha az miqdarda investisiya qoyulur. Amma oflayn mağazanı qurmaq üçün böyük investisiya lazımdır, hansı ki, sizi investisiya gəlirindən yoxsun buraxaraq biznesinizə mənfi yöndə təsir edir.
Oflayn mağazanın baxımına qoyulan investisiya böyük olduğu halda, əksinə onlayn mağazada bu nəzərə çarpacaq qədər kiçikdir. Hətta səhmlərə, işçi qüvvəsinə, təmirə, elektrik enerjisinə, kirayə haqqına (əgər varsa) və sairə üçün çoxlu pul yatırdıqdan sonra belə, bunlar heç vaxt sizin investisiyalarınızdan qazanc əldə etməyinizə kömək etməyəcəkdir. E-ticarət mağazaları əlverişlidir və oflayn mağaza ilə müqayisədə çox miqdarda investisiya gərəktirmədiyini və daha çox faydası olduğunu görəcəksiniz.
12. Coğrafi məhdudiyyət yoxdur, ilk gündən dünya bazarına çıxın
Bu, müştərinin dünyanın istənilən yerindən onlayn mağazaya çıxış əldə edə biləcəyi deməkdir. Hər bir müştərinin də dörd gözlə gözlədiyi xidmət budur, çünki bəzən müştərilər anbarda olmadığından müəyyən bir məhsulu tapa bilmirlər. Lakin onlayn mağaza onları bir neçə seçimlə təmin etmək üçün sehr kimi işləyir. Beləliklə, xidmətlərdən asanlıqla yararlana bilirlər.
E-ticarət mağazası qlobal bazarda görünə bilən olmağınızı təmin edir və ilk gündən etibarən dünyanın hər yerində hər kəs üçün tam olaraq əlçatan olursunuz.
13. Resursların işə götürmə və təlim xərclərini azaldır
E-ticarətdə, mağaza ilə müqayisədə çox sayda işçi götürməyə məcbur olmayacaqsınız. Çünki onlayn mağazanı açanda işinizin yarısı, müştəriləri detallı məlumat və məhsulların görüntüsü ilə təmin edərək onlara birbaşa yaxınlaşmaqla bitmiş olur. Məhsul haqqında hər şeyi ifadə etmək üçün satıcılar işə götürməli və ya onları təlimatlandırmalı olmayacaqsınız. Bu, işçilərin işə götürülməsi və təlimatlandırması xərclərinin azaldılması nəticəsində e-ticarəti daha effektiv edir.
14. Müştərilərlə münasibət qurarkən insan səhvləri olmur
E-ticarətdə heç vaxt insan səhvləri problemi ilə qarşılaşmayacaqsınız, çünki hər bir məhsul saytda detallı şəkildə yenilənir və bu da məhsulların müştəriyə görünməsini daha da asanlaşdırır. Müştərini mağaza ilə müqayisədə onlayn alış-veriş üçün rahat hiss etdirən budur. Mağazalar, seçimlər, müqayisə və açıqlamaların olmaması səbəbindən bəzən çətindir. Ona görə də mağazaya getdiyinizdə həmişə satıcının inandırıcı olmayan şeylərlə bunları ifadə etməyə çalışdığını, lakin buna baxmayaraq, bütün bunları sona qədər eşitməli olduğunuzu görəcəksiniz.
Müştərini satın almaq və ya almamaq üçün daha çaşqın duruma gətirən budur? Bu, axtarmadığınız, istəmədiyiniz bir məhsula görə dayanmadan və dayanmadan satış ifadələrinə məruz qalmağınız kimidir.
15. Ətraf mühitə yararlıdır
Mağaza ilə müqayisədə e-ticarətin tamamilə çevrə-dostu olduğunu söyləyə bilərsiniz. Alış-veriş zamanı bir mağazaya baş çəkdiyimiz zaman bir sənəd, qəbz, kupon və s. alırıq. Bunlar ətraf mühitimizə çox zərər verir və e-ticarətin ekoloji cəhətdən təmiz və qorunması asan olan xidmətləri satın almasının səbəbi budur.
16. Məhsul və qiyməti müqayisə edir
E-ticarət dünyasında, detallı açıqlamalar paylaşan məhsulları asanlıqla müqayisə edə bilərsiniz. E-ticarətin ən yararlı yönü, məhsuldan net bir şəkildə faydalana bilməniz və onu anlaya bilmənizdir. Ancaq bir mağazaya baş çəkəndə tamamilə əksinə olur. Mağazada məhsulu tapa bilməyə bilərsiniz və onu müqayisə edə bilməyə bilərsiniz, hətta fərqləri bilmək üçün bir çox mağazaya baş çəkməli ola bilərsiniz. E-ticarət dünyasına baxdığımızda müştərilər üçün vaxta qənaət edən budur.
E-Ticarətlə Kimlər Məşğul Ola Bilər?
E-ticarətlə məşğul olacaq insanlar çalışqan olmalı, maliyyə və mühasibat biliklərinə sahib olmalı, məhsul idarəetmə və inventar anlayışlarını yaxşı bilməli, bəzi internet biliklərinə və terminlərinə də hakim olmalı, müştərini sayta cəlb edəcək kanalları yaxşı bilməlidirlər.
Elektron ticarət vasitəsilə təqdim olunan hər bir xidmət müştərilərə daha çox məlumat əldə etmək və daha az vaxt sərf etmək üçün xidmət verməkdədir.