Satış Ortaqlığı (Affiliate Marketing) Nədir? Affiliate Marketing İlə Necə Pul Qazana Bilərik?

Share this post

Bu yazıda sizə başarılı satış ortaqlığı (affiliate marketing) ilə passiv gəlir əldə etməyi öyrədəcəyik. Əgər bu mövzu sizə yenidirsə, bu yazı başlamağınıza kömək edəcəkdir.
Əgər siz artıq satış ortaqlığına girmisinizsə, güman ki, daha öncə düşünmədiyiniz şeyləri burada kəşf edəcəksiniz. Çox dərinə getməmişdən əvvəl, qısa bir təriflə başlayaq.

Affiliate Marketing (Satış Ortaqlığı) nədir?

Satış ortaqlığı, bir onlayn pərakəndəçinin sizdən qaynaqlanan trafik və ya satışlar üçün sizə komissiya ödəməsidir.

Satış ortaqlığı ilə necə pul qazanmaq olar

İndi satış ortaqlığının əsas tərifini bildiyinizə görə 5 asan addımda öz satış ortaqlığı planınızı necə yaratmağı öyrənə bilərsiniz.

1. Nişiniz üçün bir veb sayt və ya bloq yaradın

Satış ortaqlığı ilə pul qazanmaq üçün 2 şeyə qərar verməlisiniz:

  • Veb saytınızı və ya bloqunuzu necə quracaqsınız?
  • Veb saytınız və ya bloqunuz nə ilə əlaqəli olacaq?

Xoşbəxtlikdən, WordPress bu ilk hissəni asanlaşdırır. WordPress ilə hər kəs tez bir zamanda professional görünən veb sayt qura bilər. Üstəlik, WordPress sizin saytlarınızın daha yüksək səviyyədə işləmələrinə kömək etmək üçün digər veb sayt qurucularına nisbətən daha çox tullara malikdir. Və WordPress-in geniş bir kütləsi olduğundan, daxil olduğunuz hər hansı bir problemi tez bir zamanda həll edə bilərsiniz.

Satış ortaqlığı ilə pul qazanmaq istəyirsinizsə, WordPress, mütləq şəkildə gedəcəyiniz bir yoldur. Öz veb saytınızı qurmaq istəyirsinizsə, amma necə edəcəyinizi bilmirsinizsə, sizə kömək etmək üçün buradayıq. Biz sizin üçün veb sayt qura bilərik. Aşağıdakı linkdən əlaqə saxlaya bilərsiniz:

TƏKLİF ALIN

İndi sizin ortaq linklərinizi (affilate links) göstərə biləcəyiniz bir veb saytınız var və saytınızın nə haqqında olacağını müəyyənləşdirməlisiniz. Biz buna “nişinizi tapmaq” deyirik. Nişinizi seçmək üçün bir neçə suala cavab verməlisiniz:

  • Can atdığınız şey nədir?
  • Bu mövzu auditorya cəlb etmək üçün kifayət qədər böyükdürmü?
  • Bu nişdə pul varmı?

Unutmayın, məqsədiniz ehtiras və təcrübənizi digər insanların da maraqlandığı bir mövzu ilə birləşdirməkdir. Bu yolla, auditoriyanızın almaq istədiyi məhsulları həvəslə təbliğ edə bilərsiniz. Növbəti addım, ortaq məhsullarınızı (affiliate products) seçməkdir.

2. Reklamını etmək üçün satış ortaqlığı məhsullarını seçin

Daha öncə niş seçmək üçün iş görmüsünüzsə, reklam üçün satış ortaqlığı məhsullarını seçmək sizə asan olacaq. Nişinizə uyğun məhsullar seçin və kontentinizlə əlaqələndirin

Ortaq məhsulları seçməyin ən yaxşı yollarından biri də satış ortaqlığı şəbəkəsinə qoşulmaqdır. Satış ortaqlığı şəbəkələri satıcıları və satış ortaqlığı marketoloqlarını birləşdirən bizneslərdir ki, hər ikisi də pul qazana bilsinlər. Satış ortaqlığı marketoloqları, öz saytlarında ortaq məhsulların reklamını etmək məqsədi ilə daha yaxşı məhsul seçimləri etmək üçün satış ortaqlığı şəbəkələrindən istifadə edirlər. Bilinən bir çox satış ortaqlığı şəbəkələri var, amma ən populyarları bunlardır:

  • ShareASale
  • CJ Affiliate
  • ClickBank
  • Amazon Associates
  • eBay Partner

Satış ortaqlığı şəbəkələrinin faydalarından biri də məhsulun ümumiyyətlə nə qədər yaxşı satıldığına dair daha çox məlumatın olmasıdır. Daha sonra bu məlumatı satış ortaqlığı mənfəətinizi artırmaq üçün istifadə edə bilərsiniz.

İntuisiyanızla hərəkət etmək yerinə, məlumatlara əsaslanan qərarlar qəbul etdiyiniz hər an, satış ortaqlığı strategiyanızı optimallaşdırmaq imkanlarınız daha da artacaq.

3. Satış ortaqlığı menecmenti plaginindən (plugin) istifadə edin

İlk dəfə satış ortaqlığına başlayanda, yəqin ki, hamı kimi eyni şəkildə hərəkət edirsiniz: bir satış ortaqlığı proqramına qoşulursunuz, müəyyən məhsulları tapırsınız və hər yerə öz satış ortaqlığı linklərinizi yerləşdirməyə başlayırsınız.
Və bu proses, əlbəttə müəyyən bir nöqtəyə kimi həqiqətən yaxşı işləyəcəkdir.
Satış ortaqlığı dünyasında daha dərinə getməyə başladığınız zaman, satış ortaqlığı linklərinizi harada yerləşdirdiyinizi izləməyiniz, sizin üçün daha da önəmli olacaq. Bu, əgər sizin satış ortaqlığı tərəfdaşlarınız məhsul linklərini güncəlləyirlərsə, daha da vacibdir.

Təsəvvür edin, yüzlərlə müddəti bitmiş linklərinizi ayırd etmək və güncəlləmək istəyirsiniz, amma onları harada yerləşdirdiyinizi bilmirsiniz. Unutduğunuz vaxtı keçmiş linklərin saatlarla baş ağrısını çəkirsiniz və bu eyni zamanda mənfəətinizin itirilməsi ilə nəticələnir.

Xoşbəxtlikdən, satış ortaqlığı menecmenti plagini ilə bu kabusun qarşısını almaq mümkündür. Bu mənada bazarda ən yaxşılarından biri Pretty Links-dir.

 

Pretty Link, satış ortaqlığı linklərinizi daha yaxşı izləməyə imkan verən bir satış ortaqlığı menecmenti plaginidir. Qurulması asandır, istifadəçiyə çox uyğundur (hətta texnoloji biliyi zəif olan marketoloqlar üçün də) və marketinqinizi avto-pilot rejiminə salmağa imkan verir. Tərəfdaşlarınızdan köhnə satış ortaqlığı linklərini güncəlləmə tələbi gəldiyində, bunu bir günə deyil, bir neçə dəqiqəyə həll edə bilərsiniz. Üstəlik, hər hansı bir problemlə üzləşdiyinizi görsəniz, yolun hər addımında sizə kömək edəcək inanılmaz bir dəstək komandası var. Yəni, satış ortaqlığı vasitəsilə pul qazanmaq fikrində ciddisinizsə, bu yolda nizamlı şəkildə qalmağınız üçün Pretty Links kimi satış ortaqlığı menecmenti plaginini almağınınızı məsləhət görürük.

4. Satış ortaqlığı linklərini tanıtmaq üçün keyfiyyətli kontent yaradın

İndi saytınızın təməl çərçivəsi istifadəyə hazır olduğundan kontent yaratmalısınız.

Unutmayın ki, bəzi satış ortaqlığı şəbəkələri sizi satış ortaqlığı tərəfdaşı kimi qəbul etməzdən əvvəl siz çoxlu kontentə, sayt trafikinə və aylıq baxışlara sahib olmalısınız. Bu, o deməkdir ki, əgər siz bu işə başlayırsınızsa, kontent yaratmağı 1 nömrəli prioritetinizə çevirməlisiniz.
Bəs işə başlamaq üçün nə qədər kontentə ehtiyacınız var? Daha sonra paylaşmağınız üçün planlaşdırılmış təxminən 5 keyfiyyətli hazır kontentiniz olmalıdır. Yarada biləcəyiniz çox sayda kontent növləri var, amma ən populyar ikisi bloq və videolardır.

Kontentinizi yaratdığınızda, insanların ən çox məruz qalacaqları yerə satış ortaqlığı linkinizi yerləşdirin. Yaxşı bir qayda, satış ortaqlığı məhsullarınızı kontentinizin əvvəlində tanıtmaqdır. Bloqlar üçün bu, yazıların ilk 25% -i daxilində deməkdir. Videolar üçün, adətən videoçarxın ilk dəqiqəsində olur. Çünki, auditoriyanızın əksəriyyəti kontentinizin hamısını oxumur və ya sona kimi izləmir. Satış ortaqlığı linklərinizi ön plana qoymaqla, auditoriyanızın onları klikləmə şanslarını artırırsınız.

5. OptinMonster ilə satış ortaqlığı gəlirinizi artırın

Satış ortaqlığında yeni olan marketoloqlarının etdiyi ən böyük səhvlərdən biri qazanclarını 10 dəfə artırmaları üçün trafiklərini 10 dəfə artırmağın lazım olduğunu güman etmələridir. Əslində onun bu şəkildə çalışmaması sizin üçün əla xəbərdir.

OptinMonster istifadə etsəniz, mövcud trafikinizin daha çoxunu satış ortaqlığı müştərilərinə çevirərək gəlirinizi artıra bilərsiniz. Təbii ki, bu, trafikinizi kəskin dərəcədə artırmaqdan daha asandır. Bu, Top 6 Digital’ın OptinMonster ilə satış ortaqlığı gəlirlərini 30% artırmaq üçün istifadə etdiyi strategiyadır. Avtomobil oturacaqlarında valideynlərə uşaqlarına doğru olanı seçməyə kömək etmələri üçün onların bir veb səhifəsi var idi. Oxucu bu səhifəni tərk edərkən ekranda uyğun kampaniya görünürdü.

 

Bu güclü kampaniyaların konversiyaları artırdığı və satışları gücləndirdiyi təsdiq olunmuşdur. Üstəlik, siz öz satış ortaqlığı məhsullarınızı tanıtmaq üçün müxtəlif metodlardan istifadə edə bilərsiniz.

Müştərilərinizdən əldə etdiyiniz məlumatlara əsaslanaraq öz satış ortaqlığı məhsulunuzla fərdi kampaniyalar yaratmaq üçün kuki ilə yenidən hədəfləmədən (Cookie Retargeting) yararlana bilərsiniz.
Eyni zamanda siz, uyğun kontentinizdə səhifə içi hədəfləmə (Page-Level targeting) və ya popaplarla satış ortaqlığı məhsulu üçün kampaniya nümayiş etdirə bilərsiniz.

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.