fbpx

İnfluenser (Influencer) Marketinq Nədir? İnfluenser Marketinq Nə İşə Yarayır?

Share this post

İstehlakçılar, markaların birbaşa reklam etdiyi kontentdən daha çox dostlarınızdan və ailənizdən gələn ağızdan-ağıza reklamlara güvənirlər. Və bu da influenser marketinqi bazarda ən isti, ən aktiv influenser marketinq strategiyası halına gətirir.

İnfluenser marketinq, ödənişli reklamlardan və birbaşa reklamlardansa, daha çox, markanız və ideal onlayn müştəriniz arasında dürüst münasibətlər qurmaqdan ibarətdir.
İnfluenser marketinqi, edə biləcəyiniz transaksiyaların sayından deyil, qurduğunuz münasibətlərdən ibarətdir.
İstehlakçılar, öz onlayn toplumlarında etibarlı bir səs axtarır və influenserlər ilə çalışan marketoloqlar, influenser auditoriyasının, onların markaları ilə əlaqələr qurması üstünlüyünə malikdirlər.

İnfluenser Marketinq Nədir?

İnfluenser (Influencer) marketinq, bütövlükdə hədəf bazarına deyil, nüfuzlu insanlara fokuslanan bir marketinq formasıdır. Potensial alıcılara təsir göstərən şəxsləri müəyyənləşdirir və bu influenserlərin (təsir göstərənlər) ətrafında marketinq fəaliyyətlərini həyata keçirir.

İnfluenser marketinqi, müasir kontentə əsaslanan influenser marketinq kampaniyasına yerləşdirilən köhnə və yeni kontent marketinq strategiyaları arasındakı bir qarışıqdır.

İnfluenser marketinqi istehlakçılara sektorunuzdakı nüfuzunuzu, etibarlılığınızı və düşüncə liderliyinizi göstərməkdən daha çox şeydir.

Ümumi şəkildə desək, influenser marketinq, istənməyən məhsulları durmadan stehlakçıların gözünə soxan, köhnə tərzdə olan və qeyri təbii səslənən ənənəvi marketinq reklamları istifadə etmək yerinə, məhsul və xidmətləri istehlakçılara satmaq və tanıtmaq üçün onlayn marketinq influenserləri, məşhurlar (artıq tanıdığınız və güvəndiyiniz insanlar), ağızdan ağıza marketinq və digər istifadəçilər tərəfindən yaradılan kontentlərin bir kombinasiyasıdır.

İnfluenser (Influencer) nədir?

Başqalarının fikir və ya davranışlarına təsir göstərən şəxs və ya qrupdur: İnfluenser, satınalma qərarında müəyyən dərəcədə əhəmiyyətli və ya nüfuzlu təsiri olan bir şəxsdir.
Sosial media influenserləri, zamanla öz auditoriyalarını sadiq, orqanik izləyicilərə çevirən insanlardır.
Marketoloqlar,sosial şəbəkələrdə yalnız yüksək dərəcədə interaktiv auditoriyaya sahib sosial media influenserləri ilə işləməlidirlər. Bu marketinq influenserinin əhəmiyyətli dərəcədə geniş auditoriyası ola bilər, ancaq əsas, həmin auditoriyanın paylaşılan kontentdə nə dərəcədə iştirak edib etməməsidir. İnteraksiya zəifdirsə, auditoriyanın gücü də azdır və təbii olaraq influenserin də təsiri azdır.

Sizin influenser marketinq strategiyanızda marketoloqlar mütəmadi olaraq sosial media influenserləri ilə əlaqə qurmalıdırlar. Bunu nə qədər tez-tez etsəniz, potensial marka influenserləri sayəsində markanız bir o qədər çox görünə bilən və interaktiv olacaq.

Çox populyar olmağı heç eşitmisiniz?

Düşünə bilərsiniz ki, çoxlu izləyicilərə sahib olmaq daha çox interaksiya və onlara daha çox əlçatanlıq deməkdir. Əslində bu yanaşma səhvdir. Sosial media influenseri çoxlu izləyici sayına çatdıqda (<1 milyon), auditoriya interaksiyasının kəskin azaldığı sübut edilmişdir.

Mikro influenserlər düşündüyünüzdən daha güclüdürlər

Digiday-ə görə, agentlik tərəfdaşlarının 55% -dən çoxu, hazırkı Instagram marketinq kampaniyasına mikro influenserləri daxil etmişdir. Ayrıca, mikro influenserlərin, 100.000-dən çox izləyicisi olanlara nisbətən, hər Instagram paylaşımlarında orta hesabla 2-5 dəfə çox orqanik interaksiya aldıqlarını bildirmişdir.

Mikro influenserlər özlərini daha orijinal hiss etməyə meyillidirlər. Onlar izləyiciləri ilə daha çox əlaqə qura və böyüyə bilərlər və daha çox inam yarada bilərlər. Orijinallıq izləyiciləri interaksiyada saxlayan şeydir.
Yuxarıdakı Instagram paylaşımında bu mikro influenser öz postunu, bir hekayəni bölüşmək və izləyiciləri ilə əlaqələr qurmaq üçün istifadə edib.

Sosial influenserlər müsbət marka bilinirliyi yaratmağa kömək edir, çatmanı (reach), izləyicilərini və ROI-ni (investisya gəliri) artırırlar. Marketoloqlar bu insanları, markalarını və marketinq kampaniyalarını tanıtmaq üçün istifadə etmək istəyirlər.

 

Instagram İnfluenser Marketinqi

İstər moda, istər marketinq, istər sağlamlıq, istərsə də həyat tərzi olsun, Instagram influenserləri özlərinə uyğun nişlərində artıq bir mütəxəssisdirlər.
Instagram, sosial media influenserlərinin istifadə etdiyi ən çox bəyənilən platformadır. İnfluenserlərin 87.1% -i onu 2018-ci il üçün bir nömrəli platforma seçiblər, ikinci yerdə isə YouTube gəlir.
Marketoloqlar, marketinq kampaniyalarını tanıtmaq və markalarını dəstəkləmək üçün istehlakçıların sevimli influenserlərini (sosial media platformalarında artıq izlədikləri və etibar etdikləri) hədəf almanın daha asan olduğunu kəşf ediblər.

Markanız üçün düzgün sosial influenserləri necə tapacağınıza dair məsləhətlər və strategiyalar əldə etmək üçün “İnfluenser Marketinqini Necə Etmək Olar” adlı bloqumuza bağlanın.

“İnfluenser marketinqdən istifadə edərkən başarılı olmanın açarı orijinallığa, şəffaflığa və uzunmüddətli bərabərlik qurmağa bağlıdır.”

Şok İnfluenser Marketinq Statistikaları:

  • Millennial istehlakçıların 70% -i məhsul almaqda həmyaşıdlarının tövsiyələrindən təsirlənir.
  • Kişilər bloq araşdırmalarından qadınlara nisbətən 2 dəfə daha çox təsirlənirlər.
  • İstehlakçıların 60% -i alış-veriş zamanı bloq və ya sosial media yazılarını nəzərə alır.
  • Bizneslər, influenser marketinqə xərclənən hər 1 dollar üçün 6.50 dollar əldə edir.
  • Uğurlu YouTuberlər videolarından milyonlar qazana bilərlər.
  • Mikro influenserlərin 59% -i, hədəf auditoriyaları ilə interaksiyada olmaları üçün Instagram-ın ən təsirli sosial media platforması olduğuna inanır.
  • Mikro influenserlərin 53% -inə bir postu tanıtmaq üçün heç vaxt pul ödənməmişdir.

İcmal olaraq desək:

Mikro influenserlərin 84% -nə hər markalı Instagram postu üçün 250 dollardan az pul ödənilir.

Bir şəxsi sosial mediaya təsir edən şəxs kimi seçən, izləyicilərin sayı deyil. Auditoriyadan reaksiya və ya bir fəaliyyət görmək, kimisə həqiqətən influenser edən şeydir.
Marketoloqların və markaların internetdə genişlənməyə və bizneslərini böyütməyə çalışdıqları zaman sosial influenser axtarmaları ən önəmli keyfiyyətdir.
Sizdən eşitmək istərdik! İnfluenser marketinqdən istifadə nəticəsində hansı nəticələr əldə edibsiniz? Sizcə, influenser marketinqi uğurludur?

Aşağıdakı eksklüziv bülletenimizə qoşulun! Sizinlə daha çox söhbət etmək istərdik!

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

More Articles

Bonanza Dropshipping Etmək. Bonanza Təliminə Qoşul

Bonanzada satış etmək istəyirsiniz? Bonanza Dropshipping nədir və bunu necə etmək olar barəsində suallarınız var? Və Bonanza Dropshipping-i öyrənmək üçün addım-addım yollar axtarırsınız? Və ya

Want To Grow Your Business?

Take The First Step By Writing To Us

Subscribe To Our Newsletter

Get Innovative And Learn The Best

Follow Us

© 2020 NM Digital Team - All Rights Reserved.